Atəş

Vikimənbə saytından
Jump to navigation Jump to search
Atəş
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Cabbarlı, Cəfər (2005). Əsərləri. Dörd cilddə. I cild. (az). "Şərq-Qərb". ISBN 9952-418-87-3. 2017-05-10 tarixində arxivləşdirilib.

Ey əzizim, bir belə bəsdir dedin,
Seyyidü axund, molla söhbətin.
Varsa gücün, indi bir az yazgilən,
Şairi-mahir, üdəba söhbətin.

Al qələmi, yaz olan adbaad,
Şair ola, mair ola, bisavad.
Söylə, nədir, şair, deməkdən murad:
Ərzi qoyub, yazma səma söhbətin.

Bir də görürsən ki, yazırlar bizə.
Çarşab ilə yaxşı deyil qız gəzə.
Sözləri lap biməzədir, biməzə
Yaz bunları, at ülamə söhbətin.

Xalqa deyirlər: "Eləyin ittifaq"!
Bir deyən olsun bulara, ay qoçaq,
Bəs özünüz eyləyəcəksiz haçaq?..
Xalqa deyirsiz bu xuda söhbətin.

Vodka içirlər ağa tək özləri,
Biz bir az içsək ovurlar gözləri.
Ey əzizim, yaz bu gözəl sözləri!
Yazma dəxi molla yava söhbətin.