Ata, bəşərə Rəhmət

Vikimənbə saytından
Ata, bəşərə Rəhmət! (1994)
Müəllif: RAUF CAVAD

Ata, sevgi-məhəbbət!
Ata, bəşərə Rəhmət!

Gəlib dünyaya Adəm,
Qoyub həyata qədəm!
Söyləyir Qorqud Dədəm,
Mən türk oğlu, türk əcəm!
Atam Adəm, ilk xilqət!

Eşit məni ey bəşər!
Mən türk oğlu Dilavər!
Verim sizə şad xəbər!
Edin xilqətə nəzər!
Adəmdən gəlir itrət!

Kim deyir Adəm ərəb!
Nə bu dəlilə səbəb!
Yaradıb bizi kim!? Rəbb!
Şükr etmək, əsas ədəb!
Qayıt özünə fikrət!

Tüm bəşər eyni bədən!
Adəm deyilmi Dədən!?
Dünya fani, sən gedən!
Bu söz var ta əzəldən!
Olmaz ki, eyni fitrət!

Söz aləm içrə gəzər!
Kimlikdən xəbər verər!
Çoxu Həqdən bixəbər!
Ey Rauf, eylə nəzər!
Açılsın göz-bəsirət!
...Müəllif:Rauf Cavad