Ata-at

Vikimənbə saytından
Ata-at
Müəllif: Aşıq Əsəd
Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010.

Yenə baş qaldırıb düşmən yuvadan,
Dağlarda başlayıb, yenə at-a-at.
Bir anda kəsdirir, düşmən üstünü
Qırattək qaçışda çatır ata-at.

Döyüş aparılır nahaq haqqına,
Qüdrət Allahındır, girməz haqq qına,
Bədəndən ayrılır başlar haqına,
Yetiş bu döyüşə, sən də ata at.

Bu nər döyüşüdür, minib Qırata,
Tutub yalmanından, yatıbdır ata,
Qovur düşmənləri hey ata-ata,
Doldur güllələri Əsəd ata, at.