Məzmuna keç

Ata oğula deyir

Vikimənbə saytından
Ata oğula deyir
Müəllif: Əliabbas Müznib
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yat, cocuğum durma, yat, elm adını boşla, yat,
Yat, yat, oğul, yat, hələ dillənmə, yat!
Qeyrə baxıb durma, həvəslənmə,yat,
Sübh deyil, bax ki, xoruz bannamır,
Qarğa ilə xalq xoruzu annamır,
Başqanı səntək atası dannamır.
Yat, yat, oğul, yat, helə dillənmə, yat,
Qeyrə baxıb durma, həvəslənmə, yat,
Məhdi-cəhalətdə yatıb eylə naz,
Durma vurulsa belinə gər buraz,
Açma gözün başına dəysə qapaz,
Yat, yat, oğul, yat, hələ dillənmə, yat,
Qeyrə baxıb durma, həvəslənmə yat!
Kəllənə zor ilə döyə əcnəbi,
Qardaşına kəşf eləmə mətləbi,
“Xan məni dindirdi” de sən, ay səbi,
Yat, yat, oğul, yat, hələ dillenmə, yat,
Qeyrə baxıb durma, həvəslənmə yat!
Mömin olan şəxs gərək xar ola,
Həm döyülə, həm söyülə, zar ola,
Ac ola, susuz ola, murdar ola,
Yat, yat, oğul yat, helə dillənme, yat,
Qeyrə baxıb durma, həvəslənmə, yat!
Elmü edəb, mektəbü sənet nədir?
Bir-birə qardaş deye rəğbət nedir?
Sidqü səfa, mehrü məhəbbət nedir?
Yat, yat, oğul, yat, hələ dillənmə, yat,
Qeyrə baxıb durma, həvəslənmə.yat!