Axmaq və keçi
Görünüş
Axmaq və keçi Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bəkil adlı bir ərəb bir dəfə on bir manata bir keçi alıb dalına
atdı, keçinin ayaqlarından iki əlli tutub evinə yola düşdü.
Yolda Bəkil öz tanışına rast gəldi; o, Bəkildən soruşdu: – Sən bu keçini neçəyə almısan?
Bəkil, keçinin qiymətin demək üçün: əllərinin ikisini də qabağa uzatdı, (“10” demək üçün) və dilini bayıra çıxartdı ki, hamısı birlikdə “11” eləsin.
Bu vaxtacan keçi qaçıb getmişdi. Heç izi-tozu da qalmamışdı. Adamlar o vaxtdan bəri deyərlər ki, “Bəkil kimi axmaqdır”.