Məzmuna keç

Ayı və şir

Vikimənbə saytından

Əlbir olub bir ayı bir şir ilə
Ovladılar dovşanı tədbir ilə

Olmadılar razı onu bölməyə
Iş axır çatdı ölüb öldürməyə

Çeynədilər,dişlədilər ,diddilər
Bir-birini al qana qərq etdilər

Tülkü uzaqdan görüb bu haləti
Bildiki heç birinin yox taqəti

Gəldi ovu götürüb etdi hərar
Uzaqdan baxaraq qaldı onlar