Məzmuna keç

Ayı və arılar

Vikimənbə saytından
Ayı və arılar
Müəllif: Abbas Səhhət

Bir ayının düşdü yolu bir zaman
Bal arısı kəndisinə nagəhan.
Yıxdı yerə kəndini dərhal ayı,
Ta dağıdıb sonra yesin bal, ayı.
Agah olan tək arılar haldan,
Oldular aşiftə bu əhvaldan.
Ol ayını döyməyə bilittifaq –
Eylədilər həmlə hərə bir sayaq.
Gördü fənadır işinin axiri,
Qaçdı o saət ayı ordan geri.