Ayırma (Xəyyat Mirzə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ayırma
Müəllif: Xəyyat Mirzə
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Sənə qurban olum, fələk,
Dağları qardan ayırma!
Bülbüllər oxusun bağda,
Heyvanı nardan ayırma!

Göyçəkdi yarın gözləri,
Şirindi lətif sözləri.
Cəmi əhli-mərəzləri
Sən xoş xəbərdən ayırma!

Axır ciyərmin qanı,
Çağırıram dərd loğmanı.
Mirzə kimi növcavanı
Zülfü şahmardan ayırma!