Məzmuna keç

Ay Pəri

Vikimənbə saytından
Ay Pəri
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Könlüm gülzannda, qış mövsimində,
Açılıb təzə gül, di dər, ay Pəri!
Həsrət öldüm, heyif görmədim üzün,
Qaldı qiyamətə didar, ay Pəri!

Çəkin getsin, mən minmənəm yad ata,
Sevə bilməz özgə oğlun yad ata,
Bu yorğun maralı qoyma yad ata,
Özün xədənginə didər, ay Pəri!

Keçə bilməm, bu dəryalar dərindir,
Ölənə tek yerim sənin dərindir.
Dur ağacdan almalan dər, endir,
Bir-bir otaqlara didər, ay Pəri!

Xoş yaraşır bazubəndlər bu qara,
Sona tellim, sənə düşməz bu qara,
Bundan artxq dözmək olmaz bu qara,
İnsafa gəl, dur aç didar, ay Pəri!

Ömrüm başa gəldi uzun gecələr,
Bu yatmamaq vallah, məni gic elər.
Niyə bilməm Gülgəz ünü gec elər?!
Dur gəl ki, vaxt oldu di dar, ay Pəri!

Həsrət toxmun mən də əkdim dəminə,
Səni allah, atdan düşmə, de minə.
Bir düşəsən Nəbatinin dəminə,
Səni tərlan kimi didər, ay Pəri!