Ay ağa, ağa

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ay ağa, ağa
Müəllif: Aşıq Ələsgər
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Dağlar sinəsində lalə seyr edər,
Səri səcdə qılar ayaq- ayağa.
Darda qalanların dadına yetər,
Sidq ilə çağırsa: ay ağa, ağa!

Yazarlar kağızın “sin” arasıda,
Nanı gətirərlər sin arasında.
Cəsəd cansız gedər sin arasında,
Nəkreyin qaldırar ay ağa, ağa.

Ələsgər, eşq atın yayın təhrində,
Nəqqaşlar yay çəkər yayın təhrində.
Dağlar al geyinər yayın təhrində,
Qışın çilləsində a yağa-yağa.