Ay ağa, sinə (Aşıq Musa Salah oğlu)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay ağa, sinə (Aşıq Musa Salah oğlu) Müəllif: Aşıq Musa Salah oğlu |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Ömür istəmirəm, xudaya, səndən,
Yetir haqq evinə, ay ağa, sinə.
Fələk bu zülmünü almadı məndən,
İnsaf deyil, yaxşı, ay ağa, sinə.
Səndə bir etibar haşa, görmədim,
Qəza qəhrin həddən aşa, görmədim.
Kimlər dövran sürdü başa, görmədim,
Çoxları yalvardı ay ağasına.
Musanın da dərdi sinayə qaldı,
Yetmədi mürdələr, sin, ayə, qaldı.
Oxudu dərsini, “sin” ayə qaldı,
Qoymadın yetişə, ay ağa, “sin”ə.