Ay ağalar, bir nigarın oduna
Görünüş
Ay ağalar, bir nigarın oduna Müəllif: Molla Vəli Vidadi |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Ay ağalar, bir nigarın oduna,
Dәli könlüm yana-yana düşübdür.
Mәn ki, düşüb bu odlara yanaram,
Nә sәmәndәr, nә pәrvanә düşübdür.
Açılıb cәnnәt tәk camalın gülü,
Ötәr çövrәsindә şeyda bülbülü,
Bu gülşәnin yasәmәni, sünbülü,
Nә bir bağә, nә bostanә düşübdür.
Könül dost kuyinә etdikcә güzәr
Qanlı qәmzәsindәn etmәzmi hәzәr?
Çıxdı gözüm, bir dәm eylәdi nәzәr,
Gör necә kәsilmәz qanә düşübdür.
Qaş vә gözü durub qanın almağa,
Zülf tökülüb din-imanın almağa.
Vidadi xәstәnin canın almağa,
Xәt bir yana, xal bir yana düşübdür.