Ay ana düşər

Vikimənbə saytından
Ay ana düşər
Müəllif: Aşıq Qurban
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Qürbət eldə baş yastığa gələndə,
Qəribin yadına ay ana düşər.
Əcəl yetirəndə, vaxt təng olanda,
Ona haqq rizası əyana düşər.

Könül sim axtarar, nə zərə gələr,
Pərdəli gəzməyən nəzərə gələr.
Elə ki, Əzrayıl nəzərə gələr,
Boşalar qolların, a yana düşər.

Mən xəstəyəm, gəl ələ ha al əli,
Sərraf gözüm xub tanıyır ha ləli.
Yazıq Qurban, ha sızılda, ha ləli,
Görək ki, əlinə, aya, nə düşər!?