Ay dilbər

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Ay dilbər
Müəllif: Şifahi xalq ədəbiyyatı


Dağların başı qışda qar alar,
Yar yarın görməsə rəngi saralar.

Ay gözəlim, ay mələyim,
Gəl məni dindir, qəlbim sənindir.
Dövran nə gözəl, nə gözəl, nə gözəl.
Canan nə gözəl, nə gözəl, nə gözəl,
Ay dilbər, can dilbər, gəl dilbər,
Ellər oynasın.

Araz dərindir, suyu sərindir,
Gəl, nazlı dilbərim, bir məni dindir.

Mənbə[redaktə]

  • Xalq mahnıları. Bakı,2014, səh.20.