Məzmuna keç

Ay eylər of-of

Vikimənbə saytından
Ay eylər of-of
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Bağban bar bəsləyib bara yetəndə,
Dərəndə meyvəsin eyləməzmi isss...
Yar badə dəstində yara yetəndə,
Dadanda ləzzətin eyləməzmi isss...
Bekar arvad cavan əri qocaldar,
Küsər öz bəxtindən ay eylər of-of!

Çalış hər bir işə yara, yetəndə,
Dərdə əlac olar yara yetəndə,
Həsrət çəkən könül yara yetəndə
Görüş zamanında eyləməzmi isss...
Bir bədəsil çıxsa yaxşı nəsildən,
Görənlər ah çəkib ay eylər of-of!

Elə danış deməsinlər səy sənə,
Bir dərdimi yetirmisən səysənə,
İnsan qəfil yuxusundan səysənə,
Oyanıb yuxudan eyləməzmi isss...
Mərd igidin sərəncamı pozulsa,
Dost görər yurdunu, ay eylər of-of!

Nəcəf deyər, dost qadanı az alım,
İnsafdırmı mən dərdindən azalım.
Sən gələndə biz tərəfə, a zalım,
Həsrət çəkən könül eyləməzmi isss...
Bir səyyad ki, şikarını bulmaya,
Boylanar dalınca, ay eylər of-of!!!