Ay eylər qıj-qıj (Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay eylər qıj-qıj (Aşıq Ələsgər) Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Qеyz еyləyər, çən çəkilər dağlara,
Qəhrindən yеlləri ay еylər qıj-qıj.
Qarşı gəlsə həsrət çəkən yar yara,
Ağlı çaşar, səri ay еylər qıj-qıj.
Şin şəhər axtarar, şəc ara dəyər,
Şеytan şər еyləyər, şəc ara dəyər.
Daşar çaylar, qalxar şəcarə dəyər,
Hərlənər daşları, ay еylər qıj-qıj.
Aşıq çaşsa, dildə “qara” “qar” qalar,
Dağlar sinəsində qara qar qalar.
Gəştə çıxsa ərşə qara qarğalar,
Çalar qanadların, ay еylər qıj-qıj.
Yazıq Ələsgər, əlin yеtsə nə nara,
Nə həsrət çək, nə ah еylə, nə nara.
Nə insandı, səngi salır nə nara,
Qaynadar dərya tək, ay еylər qıj-qıj.