Ay pəri
Jump to navigation
Jump to search
Ay pəri Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20. |
İncimişəm bir sözündən,
Gəl könlümü al, ay Pəri.
Göz yoldayam nə müddətdi,
Məni yada sal, ay Pəri.
En yaylaqdan bizim kəndə,
Pişvazına çıxım mən də.
Bircə dəfə sən bu gündə,
Gəl yanımda qal, ay Pəri.
Məmmədhüseyn intizarda,
Gözüm yolda, qəlbim darda.
Geyin-kecin əlvan xara,
Ver ləbindən bal, ay Pəri.