Ay qız (Aşıq Əli Şairov)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay qız Müəllif: Aşıq Əli Şairov |
Nazınla öldürmə bizi,
Rəhm eylə gəl bizə, ay qız.
Şəninə tərif deyərəm,
Müştaq olsan saza, ay qız.
Əndama geyib qırmızı,
Aşığı öldürüb nazı.
Bülbül kimi vur avazı,
Yön çevir sən yaza, ay qız.
Mailəm siyah tellərə,
Tərifin düşüb dillərə.
Sona kimi cum göllərə,
Bənzə quba qaza, ay qız.
Guşunda var qızıl tənə,
Rübənd açıq, bəyaz sinə.
Əli qaldı yana-yana,
Bir dərdimi yaza, ay qız.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.61