Ay qız (Qaracaoğlan)
Görünüş
Ay qız (XVII əsr) Müəllif: Qaracaoğlan |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Nə baxırsan daldalardan,
Dad əlindən aman, ay qız!
Kipriklərin qanım içir,
Cəllad qaşın kaman, ay qız!
Hərdəm qarşımda əsirsən,
Hərdəm barışır, küsürsən,
Gah asırsan, gah kəsirsən,
Yoxmu səndə iman, ay qız!
İstərəm qadanı alam,
Gərdəninə qolum salam,
Sənin ucundan abdalam,
Gəl eyləmə güman, ay qız!
Birçə qoymur qanlı fələk,
Şadlanıban biz də gülək,
Əlbət bir gün ollam gərək,
Olma mənlə yaman, ay qız!
Qaracaoğlan lək çəfa,
Yarla eylə əhdü vəfa,
Bir vaxt sürdü sənlə səfa,
Keçdi xeyli zaman, ay qız!