Ay qurd

Vikimənbə saytından
Ay qurd
Müəllif: Rəşid bəy Əfəndiyev


Getdin gördün quzu,
Neyləyirsən istiotu, duzu?
Ye, qalsın iki buynuzu.
Getdin gördün qoyun,
Neyləyirsən oyun-moyun?
Ye, qalsın quruca boyun.
Getdin gördün camış,
Neyləyirsən torpağını, umuş?
Ye, yanında da dumuş.
Getdin gördün at,
Neyləyirsən kağız, barat?
Ye, yanında da yat.