Ay yazıq-yazıq
Görünüş
Ay yazıq-yazıq Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Uçurdub ovunu xəstə düşübsən,
Halına yanan yox, ay yazıq-yazıq.
Dağ çəkirdin özgəsinə bir zaman,
İndi sinən olub ay yazıq-yazıq.
Həsrət qaldın baxar oldun daldadan,
Dərd-qəmini saxla pünhan, dalda, dan.
Üzə çıxma, təsəlli tap daldadan,
Nə bir də az yolun, ay yazıq-yazıq.
Fikrin nəydi, gəldin düşdün haraya?
Çağır görüm, mal-qoyunu haraya.
Məmmədhüseyn bənzər dağa, haraya,
Qoyuq kimi indi ay yazıq-yazıq.