Ayaq üstədi
Görünüş
Ayaq üstədi Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bu gün bir bağçanın seyrinə vardım,
Bu bağın bağbanı ayaq üstədi.
Könül pərvazlandı şahı görməyə,
Seyraqub yatmayıb ayaq üstədi.
Salam verdim, əleyk aldım dərdindən,
Səda gəldi dəryalardan, dərindən,
Əlim üzməm ərənlərin əlindən,
Ağam Şahi-mərdan ayaq üstədi.
Miskinəm, qılginən inayət mana,
Dəruləl məqamnan şəfayət mana,
İnşallah yetişər bəraət mana,
Haqq özü yatmayıb, ayaq üstədi.