Ayaqlaşa bilmirdi

Vikimənbə saytından
Ayaqlaşa bilmirdi
Müəllif: Molla Nəsrəddin

Teymur Ləng bir gün Mollanı cıdırda iştirak etmək üçün dəvət edir. Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub meydana gəlir. Teymur Ləng Mollanı belə görüb deyir: – Ay Molla, öküz də at ilə ayaqlaşa bilər? Bunu niyə minibsən? Molla deyir: – Vallah, çoxdandır ki, minməmişəm, amma çər dəymiş buzov vaxtında elə yaman qaçağan idi ki, at nədi, heç quş da onunla ayaqlaşa bilmirdi.