Aydoğmuşun Göy-Böriyə məktubu
Aydoğmuşun Göy-Böriyə məktubu Müəllif: Aydoğmuş |
Mənbə: Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007. səh.90-91. |
Biz eşitmişik ki, sən elm adamlarına və xeyirxahlara hamilik edir və onlara mərhəmət göstərirsən. Ona görə də biz səni mehriban və mömin adam hesab edirdik. Lakin biz indi bunun tam əksini görürük. Sən islam ölkəsinə soxulur və müsəlmanlarla vuruşursan, onların mülkünü qarət edir və nifaq törədirsən. Əgər sən doğrudan da beləsənsə, sənin ağlın yoxdur. Bir kəndin sahibi olduğun halda, bizim üzərimizə, Həmədan darvazalarından tutmuş Xilat və İrbilə qədər torpaqların hakimlərinin üzərinə hücum çəkirsən? Tutalım ki, sən onu [Əbu Bəkri] qaçmağa məcbur edəcəksən, bəs sənə məlum deyilmidir ki, onun məmlükləri var, mən də onlardan biriyəm? Əgər Əbu Bəkr, hər kənddən bir dəstə və ya hər şəhərdən on nəfər çağırsaydı, onun qoşunu səninkindən bir neçə dəfə artıq olardı! Sənə məsləhətim budur ki, öz şəhərinə qayıdasan! Bunu sənə yalnız rəhmim gəldiyi üçün deyirəm!
Qeydlər
[redaktə]- Müzəffərəddin Göy-Böri — Atabəy Əbu Bəkrin dövründə İrbil hakimi idi. Və Atabəyə qarşı çıxmışdı.