Ayrıl

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ayrıl
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başma döndüyüm gülüzlü cavan!
Halal himmət eylə, gəl ondan ayrıl!
Bilməz idim belə hicran dərdini,
Lütf elə, üzümə gül, ondan ayrıl!

Qasid gəldi, qəsdən xəbər gətirdi,
Əlif olan qəddim dala yetirdi,
Axdı çeşmim yaşı üzüm götürdü,
Eynim, adaların sil, ondan ayrıl!

Eşqin atəşidi sinəmdə dəftər,
Gecə-gündüz sənsən dilimdə əzbər,
Sən ol bu Pəriyə buta verənlər,
Qolunu boynuma sal, ondan ayrıl!