Ayrıldım (Çoban Əfqan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ayrıldım
Müəllif: Çoban Əfqan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Müjdə deyin düişənlərə,
Bu gün mən yardan ayrıldım.
Öz ömrümün inçisindən,
Dönlətdəi, vardan ayrıldım.

Sellər kimi coşub daşdım,
Hündür qayalardan aşdım,
Öpdüm, qucdum, halallaşdım,
Sinəsi qardan ayrıldım.

Əfqan kəsdi gümanını,
Haqq eləsin divanını,
O satdı, öz imanını,
Bietibardan ayrıldım.