Azərbaycan çəlik qollar bağçası
| Azərbaycan çəlik qollar bağçası Müəllif: Əliabbas Müznib |
| Bu mətnə Üzeyir Hacıbəyli musiqi bəstələmiş, 1918-ci ildə Azərbaycamn dövlət himni kimi təklif olunmuşdur. Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Azərbaycan çəlik qollar bağçası,
Bakıxanlar güzarıdır bu ölkə.
Məhəmməd xan, Əhməd xanlar məskəni
Cavad xanlar məzarıdır bu ölkə.
Turan irqi bu ölkədə boy atmış,
İyidliyin sancığını ucaltmış,
Dünyaları qeyrət ilə donatmış
Qəhrəmanlar peykarıdır bu ölkə.
Mədənləri fironları qudurtdu,
İsgəndəri uzaq yerdən gətirtdi,
Nüşabəni, Sədanları böyütdü,
Sərkərdələr qəmxarıdır bu ölkə.
Turan soyu başqa soya qarışmaz,
Qul olmağa heç bir zaman alışmaz,
Qucağında yad tutmağa çalışmaz,
Düşmənlərin əğyarıdır bu ölkə.
Moskovlular gözlərini yumdular,
Turanlıya barbar deyə cumdular,
Pozuldular, axır geri döndülər,
Xırsızların qəhharıdır bu ölkə.
Məbudumuz üç boyalı bayrağı,
Kəbəmizdir hər bir ovuc torpağı,
Sevməz bu yer hər xaini, alçağı,
Doğruların asarıdır bu ölkə.