Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Qasım bəy "Zakir" təxəllüs

Vikimənbə saytından
Quba Azərbaycan ədəbiyyatı. I cild. Qasım bəy "Zakir" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Qarabağ-Şuşa şəhəri


Qasım bәy Zakir Qarabağın mümtaz nücәbalarındandır. Onun atası Әli bәy, Әli bәyin atası Şahverәn bәy vә onun atası Kazım ağadır ki, Şuşa şәhәrinin banisi mәşhur Pәnah xanın doğma qardaşı Hüseynәli ağanın oğludur.
 
Qasım bәy tәvәllüd edibdir hicrәtin 1199-cu tarixindә--ki, tarixi-mәsahiyyәnin 1784-cü sәnәsinә mütabiqdir, -- Şuşa şәhәrindә. Tәlim vә tәrbiyәsi haman şәhәrdә olubdur. Өz әsrü zamanının övsafü әhvalına görә çәndan elmü kәmal әxz etmәyә müvәffәq olmayıbsa da, türk vә fars dillәrini layiqincә tәhsil edibdir.
 
Mәhәlli-süknası yay fәslindә Tanyaq vә ya Şuşa qalası olarmış. İlin sair fәsillәrini özünә mütәәlliq Xızırıstan qәryәsindә keçirәrmiş. Qasım bәyi görәnlәrin, o cümlәdәn mәn fәqirin atası mәrhum Әhmәd bәy Köçәrlinin rәvayәtinә görә, o zati-şәrif xoşsurәt vә xoşsima, ağ bәdәnli, uca qamәtli, zәifülbünyә bir vücud imiş. Göyçәk, ağıllı vә göy rәngә mail gözlәri var imiş. Simasından, hәrәkәt vә süknasından asari-nәcabәt vә rәşadәt görünәrmiş. Danışığı fәsih vә sövtü dilkәş olmağa görә, çoxları özünә mail edәrmiş vә o danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündmәzac olduğu üçün tәrpәnişindә dәxi çapüklük görünәrmiş. İnsaf vә mürüvvәtdәn xaric sözlәr vә işlәr şairi tәbii halından çıxarıb, onun qeyzü hiddәtinә sәbәb olarmış. Amma acığı tez sönüb tövbә vә istiğfar edәrmiş. Adәti halında ziyadә xoşxülq, hәlim, rәhimli vә mürüvvәtli bir adam imiş, sahibi-әqlü tәdbir. Buna şahid şairin öz kәlamı da ola bilәr:
 
Tanır mәni mәcmuyi-otuz iki Cavanşir,
Bir mәrdi-xoşәxlaqәmü hәm sahibi-tәdbir.
 
Rövşәndi qamu alәmә zatımda xudavәnd
Xәlq eylәmәyib mu qәdәri hiylәvü tәzvir.
 
Eymәndilәr әzbәs ki, olub ram, rәm etmәz
Gördükdә mәni badiyәdә ahuyü nәxcir
 
Әl vurmazam әsla sipәri-dәfn-bәlayә,
Yağdırsa kamandar fәlәk qәsdimә sәd tir,
 
Vә lakin şairin belә gözәl xülqü vә xoş rәftarı vә tәbiәtindә olan mülayimәt vә tәvazö vә hәmçinin onun әqli-sәlimi vә hüsni-tәdbiri onu xәtavü bәladan eymәn saxlaya bilmәdi.
 
Şair bir işdә müttәhәm olub -- ki, tәfsili aşağıda zikr olunacaqdır,--çox böyük bәlalara vә cәfalara giriftar oldu vә әgәr bәzi alinәsәb vә alihimmәt vә qәdirşünas möhtәrәm şәxslәr Zakirә lazımi kömәk göstәrmәsә idilәr, yәqin ki, şair dәxi dә ziyadә fәna hala düçar olub, Qazax şairi Mustafa ağa Arif kimi cani-әzizini Rusiyanın soyuq vә qarlı çöllәrindә puç vә zay edәcәk idi.
 
Әhvalat bu üzrәdir ki, Qasım bәyin qardaşı oğlanlarından bir nәfәri -- Behbud bәy ismindә qaçaqlığa vә quldurluğa qurşanıb, Qarabağ vilayәtindә bir çox şuluqluq vә binizamlıq vә fәsad törәdir. Bir neçә hәsud vә bәdxahların tәhrik vә iğvası ilә ol vaxtın divanbәyisi Qasım bәydәn müştәbeh olub, ondan şaki vә mütalibәçi olur vә Behbud bәyin qәtlü qarәtindә Zakirin uşaqları da müttәhәm olunur.
 
Ol vaxtın divanbәyisi knyaz Tәrxanov xeyli kuşiş vә tәdbirdәn sonra Behbudu hәlak etdirir; evini vә malını dağıdıb tar-mar elәdir vә Mustafa bәyi --ki, Behbud bәyin qardaşı idi, -- bir neçә adamlar ilә әsir edib Şuşa qalasına göndәrir (sonradan haman Mustafa bәyi Tәrxanov işqola qoyub, ona tәlim vә tәrbiyә verdiribdir).
 
O neçә adamlar ki, müttәhәm olunmuşdular, onların içindә mәrhum Qasım bәy dәxi var imiş. O pişnәhad etdiyi sübut vә dәlayilә ümәnayi-dövlәt mültәfit olmayıb vә onun haqqında bәdgüman olub, özünü vә oğlu Nәcәfqulu bәyi vә qardaşı oğlu İskәndәr bәyi Sibiryaya göndәrmәyә qәti surәtdә hökm verir, әyalü әtfalını Şuşa mәhbәsxanasında dustaq, malü әmvalını tarac etdirir, Xızırıstan kәndini dağıdıb zir-zәbәr qılırlar.
 
Bu zülmü şәrarәt vә xilafi-qanun işlәr Zakirә hәddәn ziyadә tәsir edib, onu pәrişan vә digәrgun elәyir. Bir tәrәfdәn illәr ilә cәm qıldığı malü dövlәtinin tarümar olmağı, digәr tәrәfdәn әbәs yerә hörmәt vә abrunun getmәsi, düşmәnin tәnü şәmatәti yazıq kişinin yüz illiyini geri salır.
 
Bu böyük müsibәt Zakirә üz veribdir mәhәrrәm ayında hicrәtin 1272-ci tarixindә. Ol vaxt şair müsinn halında imiş, ömründәn altmış yeddi il keçir imiş. Cәnab Nәvvab öz «Tәzkirә»sindә vә cәnab Mәhәmmәd ağa Müctәhidzadә «Riyazül-aşiqin»dә sinnü salı tәyinindә bir növ sәhv etmişlәr. Hәr halda Zakir altmış beş sinnindә vәfat etmәyibdir vә tarixi-vәfatı 1271-ci sәnәdә olmayıbdır, ondan çox sonra vaqe olubdur. Buna şahid Zakirin öz kәlamıdır. Başına gәlәn müsibәti gözәl bir tәrkibbәnddә bu minval nәzmә çәkib zalimlәrdәn şikayәt elәyir:
 
Bu mahi-mәhәrrәmdә dü si hәft mana sal,
Müddәtdi ki, pәrqu kimi әbyәzdi pәru bal.
 
Şahiddi xudavәndi-tәalavü tәbarәk,
Tәrpәtmәmişәm mәn süxәni-nahәqә saqqal.
 
Haşa yetirәm bir kәsә asibü mәzәrrәt,
Gәr eylәmzsәn bu sözümә bavәr, o jurnal!
 
Ta gördüm o bәdbәxt[1] olub hәmrәhi-gümrah,
Halatı müfәssәl yazıban eylәdim irsal.
 
[1] Bәdbәxt -- Behbud bәyә işarәdir.
 
Labüd qalıb oidan sora dönә-dönә etdim
Tәrğib onun dәfinә bu zalımı filhal.
 
Guş eylәmәyib pәndi-xirәdmәndi o nakәs,
Axır qoşulub bir-birinә bir neçә cühhal.
 
Hәr kimә düçar oldu, tutub basdıvü kәsdi,
Verdi özünü küncә tamam murovi-mahal.
 
Beş-altı kәm-alat cavan ilә olurmu
Hifz edә vilayatı mәni- piri-bәdiqbal?!
 
Düşmәn sipәhi tәk bir obanın yoxü varın,
Bir hәftә qalıb eylәdi mәcmuunu pamal.
 
Әrradәyә yığdırdı qamu әhlü әyalı,
Sәqfi-fәlәyә çıxdı o gün naleyi-әtfal.
 
Hәccacü Өmәr-Sәd deyildi belә birәhm,
Ol .... bicliyinә hiç yox işkal.
 
Bәd kar hәramtuşәdәn әsla iraq olmaz,
Bic olmayanın zülmü olur, bu sayaq olmaz!
 
Şairin sözlәrindәn belә anlaşılır ki, biçarә öz bәdbәxt bәradәrzadәsini -- yәni Behbud bәyi düzlüyә irşad edib, nә qәdәr ona öyüd vә nәsihәt veribsә dә ki, pis yoldan daşınsın, mәrdümazarlıq etmәsin vә xalqa zülmü vә sitәmi rәva görmәsin, amma mәrhumun nәsihәti xudsәr vә bişәrm Behbuda әsәr etmәyibdir vә axırda Zakir naәlac qalıb, әhvalatı müfәssәlәn yazıb lazım olan yerә göndәribdir.
 
Vә lakin divan әmәlәsi Behbudun qorxusundan murovi-mahal ilә qaçıb özlәrini küncә verirlәrmiş. Bu tamahı çox, hünәr vә cürәti yox olan divan qulluqçularının barәsindә haman tәrkibbәndindә belә yazıbdır:
 
Gün kimi tutub alәmi bu şöhrәti-bica,
Divan әmәlәcatına yox әdldә hәmta.
 
Vallah, yalandır, dәxi billah, yalandır,
Şol söylәnәn әhval quru ismdir әmma.
 
Keyfiyyәti-mәlumdәn ötrü mәn özüm dә
Bir neçә biladi elәdim seyrü tәmaşa.
 
Yüz tәşnәlәbi-qәhr olasan, xadimi-dövlәt
Vermәz bir içim su sәnә ta almaya dәrya.
 
Simü zәr ilә doldurasan ta gәrәk ovcun,
Ondan sora zahir qıla şayәd yәdi-beyza.
 
Suzü tәbişi-nari-sәqәr gәrçi yamandır,
Әhli-qәlәmin gәl-gedinә bәnzәyә haşa!
 
Yeksәr hәmә tәmmavü bәdәtvarü dilazar,
Bunlar kimi mәxluq cahan içrә yox әsla,
 
Hәr kimsә ki, düşdü tora, müşküldü xilası,
Çәkmәzlәr әl ondan, şirәsin sormayalar ta.
 
Hәr nәfsә nüzuli-mәlәkül-mövt nә hacәt,
Bәs ariz üçün vәdeyi-fәrda, pәsi-fәrda.
 
Düşmәz buların sәmtinә ta ruzi-qiyamәt
Tәklә Hacı Qurbani görәn kәs dәxi qәta.
 
Tutmuşdu Qarabağı zәrü simü dәvabı,
Tapmaz minә bir yabı gedә qonşuya hala.
 
Divan demә, hәrgiz buna kim, afәti-candır,
Mәn söylәmәdim, nola ki, mәşhuri-cahandır.
 
Tәrkibbәndin bu bәndindә Zakir divan әmәlәcatının qüsurunu şairanә zikr edib, onların әvamün-nasә etdiyi zülmü sitәmi göstәrir. Burada cayi-tәәssüf vә heyrәt budur ki, altmış-yetmiş sәnә bundan irәli divan xidmәtçilәri xәlayiq ilә nә növ rәftar edirmişlәrsә, indi dә o gunә rәftar etmәkdәdirlәr. Bu müddәti-mütәmadiyәdә -- ki, az qalıbdır tamam bir әsr etsin, -- onların әxlaqü adabında bir tәbәddülat, bir tәrәqqi әsәri müayinә olunmur.
 
Zahirdә әdalәt vә sәdaqәt mәmurları vә zakon tәrәfdarları adlanırlarsa da, әsl hәqiqәtdә әhli-zәlәmәdirlәr. Şüğlü sәnәtlәri şәrarәt vә fәsad törәtmәkdir, xilafi-qanun vә әdalәt işlәr etmәkdir. Hәr qism fәnnü fürcәlәri xalqın malını yemәk vә özünü avamlıqda saxlamaq dairәsindә işlәnir. Dәryalarca vermәsәn, bir içim su almaq sәnә müyәssәr olmaz; qızıl vә gümüş ilә ciblәrini doldurmasan, işin yerimәz vә muradına çatmazsan. Onların tamahı hәzrәt Әli Zülfüqarından kәskinraqdır. Bәdbәxt o kimsәnәdir ki, onların toruna düşә. Onun tamam şirәsini çәkmәmiş, onu xilas etmәzlәr. Tәklәli Hacı Qurbanın gününә salmayınca yaxasından әl çәkmәzlәr. Necә ki, bir vaxt onun malü dövlәti bütün Qarabağı tutmuşdu, amma indi divan toruna düşәndәn bәri bir yabı da tapmır ki, minib qonşuya getsin.
 
Hәr şeydәn bәdtәri vә ürәk sıxıntısı verәni әhli-qәlәmin get-gәli, fәrda-pәsfәrdasıdır. Әrizәçi üçün bu get-gәl nüzuli-mәlәkül-mövtdәn bәdtәrdir. Odur ki, şair dәruni-qәlbdәn onların haqqında deyibdir:
 
Divan demә hәrgiz buna kim, afәti-candır,
Mәn söylәmәdim nola ki, mәşhuri-cahandır.
 
Divan әmәlәcatının hücumundan sonra Zakir keçir o şәxslәrin zәmminә ki, onun bu bәlalara düçar olmasına öz sәltәnәtlәri ilә filcümlә bais olublar vә onlardan, xüsusәn, birisinin ki, fәsadçılar babasıdır vә şair ilә onun şәxsi әdavәti var imiş, belә nәzmә çәkir:
 
Bir kәs yüz ola arifü danavü xirәdmәnd,
Hәr lәhzәdә tәsnif qıla qafiyeyi-çәnd.
 
Çün dövr qarışdırdı, dәxi yadına düşmәz
Әtfalü әyalinin adı, fikr edә hәrçәnd.
 
Bir neçә zamandır ki, mәni dami-bәlası
Ol zalimi-birәhmin edib Bakidә pabәnd.
 
Seyr eylәdim әlminnәtü-lillah neçә şәhri,
Qalıbdı hәmin Tabasaran, Ağqoşa[2], Dәrbәnd.
 
[2]-Tabasaran vә Ağqoşa -- Şimali Qafqazda yer adlarıdır.
 
Heyhat, әdavәtlә deyәm bir kәsә böhtan,
Yox mәndә kәlambaz süxәn, tariyә sövgәnd.
 
Bu .... xәlqi-cahan içrә tapılmaz,
Cәhlü hәsәdü büxldә nә mislü nә manәnd.
 
Bişübhәvü şәk töxmi-dәdü divdürür bu,
Haşa ki, doğa növi-bәşәrdәn belә fәrzәnd.
 
 
 
Göndәrmәk ilә iki uşağı, sәni tarı,
Qüttai-tәriqә bu nә ibrәtdi, bu nә pәnd?!
 
Xәtm oldu bizә, düzdi-vilayәt kefә baxsın,
İymirli, Dirağırdә, Sәfikürdi, Şıxavәnd.
 
Hәqqa, әvәzi-çaqqala baqqalı boğarlar,
Doyranbasanın[3] yerinә dağıldı bizim kәnd.
 
[3]-İymirli, Dirağırdı (Diylağırd), Sәfikürd, Şıxavәnd vә Doyranbasan Qarabağda Şuşa uyezdindә kәnd adlarıdır. Bunların әhalisi sabiqdә oğurluqla iştihar bulmuş nadinc bir mәxluq imişlәr. İndi bir növ halal kәsbә mәşğul olmaqla güzәran edirlәr. Amma yenә dә içlәrinin oğrusu vә әyrisi tükәnmәyibdir.
 
Mәşhur mәsәldir ki, düşәr qarә gәzәn kәs,
Ev yıxanın evin yıxar, әlbәttә, xudavәnd.
 
Çox zarü tәzәrrö elәmә, eybdi, Zakir,
Tәqdiri-qәzayә gәrәk adәm ola şakir!
 
Hәr şeydәn artıq şairin halını mütәğәyyir edәn, onu qeyzü cuşa gәtirәn, onun nazik tәbinә tәhrik verәn düşmәnlәrin bәşaşәti vә әğniyanın şәmatәti olur. Cümlәnin günahı, qüttai-tәriqin törәtdiyi fәsad vә şәrarәt şairin övladına isnad, әqrәbasına xәtm olunur. Bundan sonra daha әhli-zәlәmә keyfә baxsın, yolkәsәnlәr şad olsunlar:
 
Hәqqa, әvәzi-çaqqala baqqalı boğarlar,
Doyranbasanın yerinә dağıldı bizim kәnd.
 
Oğrular safa çıxdı, doğrular fәlakәtә düçar oldu. Atalar sözünün misdaqınca: «Oğru elә bağırdı, doğru bucağa girdi».
 
Bu hüzngәtirici hal vә keyfiyyәt indi dә bizim bu nizamsız vә әsassız zәmanәmizdә kәsrәt ilә ittifaq düşmәkdәdir.
 
Zakir müttәqi vә mütәdәyyin bir şәxs olduğu üçün özünә xitabәn deyir:
 
Çox zarü tәzәrrö elәmә, eybdi, Zakir,
Tәqdiri-qәzayә gәrәk adәm ola şakir.
 
Ol vaxtın hakimi Tarxan-Mouravov haqqında -- ki, onun hökmü binagüzarlığı ilә şairin kәnd-kәsәyi vә mal-dövlәti tarac vә özü vә әhlü әyalı ilә әsirü mәhbus olunmuşdu, -- Zakir fars dilindә suzişli vә xeyli mövzun bir tәrkibbәnd inşad qılmışdı. Bu tәrkibbәndin bir yerindә şair Qarabağ әhlinә dәxi filcümlә bir niş vurubdur vә әhli-vәtәnin bivәfa vә bietibar olmaqlarını göstәribdir. Өz әhli-vilayәtindәn şair hәmişә şaki olub, dostu Mirzә Mehdiyә göndәrdiyi bir namәdә bu sayaq yazır:
 
Bizim kimi bir-birinin bәdxahi
Tapılmaz, gәzәsәn alәmi dahi.
Onun üçün qәzәb edib ilahi,
Xainik aşnaya, yada, әzizim!
 
Tarxanovun şәnindә yazdığı kәlamın bir bәndindә Zakir әvvәlcә ona vә zatına lәn oxuyub, sonra qarabağlılara keçir:
 
Bedin zeşt әxlaqo әtvar tof!
Bedin rәsme-aino rәftar tof!
Bozorgi ke, başәd setәmpişe lәn,
Әmiri ke, başәd cәfagәr tof!
Әgәr hәmçenanәst Tәrxaniyan,
Bәr an qoume-nacenso mordar tof!
Zәhi pure-әrşәd ke, bәr valideyn
Konәd kәsb xәrvar-xәrvar tof.
Bezat, beoulade-an naxәlәf
Konәnd aqelan lәno hoşyar tof.
Әgәr rast quyәm, bәr u eyb nist,
Beәhle-Qәrabağe-biar tof!
Bezaher әniso bebaten xәbis,
Hәme bәd del aşena yar, tof!
Ze ğәmmaz in raz bayәd nәhoft,
Betәrsәm resanәnd әxbar, tof!
Kәsi ke, nәhәd dәste-xod bәr zәmin
Ze vey sәr zәnәd fetnehaye-çenin.
 
Әgәrçi Mouravov-Tarxanovun hökmü vә qәtnamәsi mucibincә Qasım bәy Zakir vә onun oğlu Nәcәfqulu bәy vә qardaşı oğlu İskәndәr bәy gәrәk Sibiryaya gedә idilәr, vәli bәzi sahibmәnsәblәrin vә Gürcüstan nücәbalarının vasitәsi ilә, xüsusәn sәrdarın mütәrcimi mәrhum Mirzә Fәtәli Axundovun kömәkliyi ilә Zakir Sibiryaya göndәrilmәdi. Ancaq o, Bakıda üç-dörd ay gözdustağı halında qalıb sonradan vәtәninә müraciәt elәdi.
 
Nәcәfqulu bәy vә İskәndәr bәy dәxi Sibiryada çox müddәt qalmadılar. Onlar da bir az vaxtdan sonra vәtәnlәrinә qayıtdılar. Әxşasi ki, Qasım bәyin vәtәndәn sürgün olunmağına sәbәb olmuşdular, onun hәcvinә layiq olub, qiyamәtә kimi töhmәt altında qaldılar:
 
Ço şaer berәncәd bequyәd heca,
Bemanәd heca ta qiyamәt beca.
 
O hәcvlәrin bәzilәri haqq isә dә, burada zikr oluna bilmәz, әzbәs ki, onlarda namәrğub sözlәr dәxi istemal olunubdur. Amma bir neçәsi keyfiyyәti-halı bәyan etmәk üçün öz mәqamında zikr olunacaqdır. Zakirin hәr qisim әşarü kәlamı mövcuddur -- qәzәliyyat, mürәbbeat, müxәmmәsat, şeri-müstәzad, tәrkibbәnd, tәrcibәnd vә sairә. Fars dilini dәxi mükәmmәl surәtdә bilirmiş vә bu dildә bir çox abdar şer vә qәzәllәri vardır.
 
Türk qәzәllәri var ki, Füzulinin qәzәllәrinә bәrabәrdir. Müxәmmәs vә qafiyәlәri Vaqifinkindәn әskik deyil. Amma asarü әşarının cümlәsindәn artıq әhәmiyyәtlisi vә mәişәtimizә münasibәtlisi Mirzә Fәtәli Axundova, Qutqaşınlı general İsmayıl bәyә, qubernator Mixail Petroviç Kolyubakina, Rәhim bәy Uğurlubәyova, Cәfәrqulu xana, Baharlı Mirzә İsmayıla, Zәngilanlı Mәhәmmәd bәy Aşiqә, Mirzә Mehdiyә vә qeyri müasiri olan dost-aşnalarına yazdığı mәktublardır ki, cümlәsi nәzm ilә açıq vә sadә dildә yazılmışdır. Bu mәktubatda dürlü mәsәllәr, zәrif kinәyәlәr vә müәmmalı kәlmәlәr vardır ki, azdan çox vә nazikdәn yoğun mәnalar anlamaq gәrәkdir.
 
Şair Bakıda әsirvar zindәganlıq edәn vaxtı öz hali-dilini vә başına gәlәn qәzavü qәdәri Kolyubakinә yazıb, bicürmü günah iki nәfәr zalım, bimürüvvәtin hiylә vә şәrarәti ilә vәtәndәn dәrbәdәr düşmәsini bәyan edir.
 
Bilmәk gәrәkdir ki, ol vaxtları Kolyubakinin Bakıya qubernator olmaq sәdası dәxi söylәnirdi. Vә bu xәbәr şairi bir növ xatircәm vә tәskinül-qәlb etmişdi. Budur Kolyubakina yazdığı namә:
 
Sәndәn sora, ey taci-sәr, başıma
Gәrdişi-zәmanә nәlәr gәtirdi!
İki bimürüvvәt ittifaq edib,
Vilayәtә yüz şurü şәr gәtirdi.
 
Qaçaqlıq binası edәn tәk Behbud,
Pişnәhad eylәdim öz әrzәmi zud,
Tәrәfgirlik oldu axırda, nә sud,
Mәnim doğruluğum zәrәr gәtirdi.
 
Yüz ilin ocağın bicürmü günah
Eylәdilәr viran, vallahü billah!
Bu taleyi-zәbun, bu bәxti-siyah
Daim mәnә xövfü xәtәr gәtirdi.
 
Hәştadә yetişdi sinnü salımız,
Bu dövlәtdә ağarmışdı yalımız;
Getdi dövlәtimiz, mülkü malımız,
Nәxli-tәmәnnamız kәdәr gәtirdi.
 
Nücәba hörmәtin gözlәr nücәba,
Nasәza yaraşmaz böyüyә әsla;
Pәdәrindәn deyil yәqin bil, amma
Hәr kimsә ki, nami-pәdәr gәtirdi.
 
Әdalәt var idi bundan әzәlә,
Yaman yerә yetib iş gәlә-gәlә;
Dirәxti-bәxtimiz, әfsus ki, belә
Varә-varә acı sәmәr gәtirdi.
 
O kәslәr ki, eylәmişdi xәyanәt,
Әylәşib evindә rahәt, fәraqәt;
Mәnim uşaqlarım bivәchü cәhәt
Gözlәrindәn xuni-cigәr gәtirdi.
 
Bundan әqdәm kimin olsa üsyanı,
Derlәrdi vayenni sud kәssin anı;
Bilmirәm necoldu, o zakon hanı?
Naçalnik zakuni-digәr gәtirdi.
 
Mәzәrrәti әfzun әdalәti yox,
Görünmәyib әsla belә....
Өz gәlmәyinә mәmnun idik çox,
Dalısınca keçәl Nәzәr gәtirdi.
 
Tutubdu alәmi zülmi-bihesab,
Müşküldür gәtirmәk bu möhnәtә tab;
Köynük, Bilәcәyi[4] etmişdi xәrab,
Bizim kәndә ondan betәr gәtirdi.
 
[4]- Köynük, Bilәcәk -- yer adıdır.
 
Aşura günü tәk bir sәhәr çağı,
Yığdı әrabәyә övrәt-uşağı,
Şamә rәvan etdi bimürvәt yağı,
Görәn yaxa yırtıb, hәzәr gәtirdi.
 
Әcәb әyyam imiş әyyami-sәlәf,
Gәrәk o günlәrdә olaydıq tәlәf;
Çәyirtkә bir tәrәf, dolu bir tәrәf,
Şum qәdәmi gәldi, şәrәr gәtirdi.
 
İki namәrd uyub biri-birinә,
Yetmәk olmaz heç birinin sirrinә;
Lәnәt gәlsin .... pirinә,
Bәd binanı .... gәtirdi
 
Adamda insafü mürüvvәt gәrәk,
Quyruğun kәsmәklә tula olmaz köpәk;
İlan әti yeyib yerikdә bişәk,
O madәr ki, belә pәsәr gәtirdi.
 
Neçә gün söylәndi bu yerdә әhval,
Qubernator olur ol nikuxisal;
Malımız, mülkümüz mücdәdir әlhal,
Hәr kim gәlib doğru xәbәr gәtirdi.
 
 
Ey sahibi-şövkәt, ey mәdәni-şan,
Dadxahәm sizә, aman, әlaman!
Bu zülmü insana eylәmәz insan,
Mәgәr ki, qәzavü qәdәr gәtirdi.
 
Hәmin bu mәzmunda mәrhum Zakir çәrxi-kәcrәftardan şikvә vә nalә qılıb, piranәsәrlikdә vәtәndәn dәrbәdәr düşmәsini, şan vә rütbәsinin puç olmasını, mal vә dövlәtinin badi-fәnaya getmәsini, oğrulara vә quldurlara tay-tuş olmasını ürәkyandırıcı dil ilә dostu Mirzә Fәtәli Axundova yazır. Bu mәktub qarelәrә dәxi dә ziyadә tәsir edir:
 
Piranәsәrlikdә çәrxi-kәcrәftar
Eylәdi vәtәndәn dәrbәdәr mәni;
Neylәmişәm, bilmәm, dövri-zalimә,
İncidir düşәndә[5] bu qәdәr mәni.
 
[5]-Bu sözü iki cürә oxumaq olur; bir «düşәndә»--yәni gahda bir, gah-gah vә bir dә «döşündә» -- yәni sinәsindә mәni bu qәdәr incidir.
 
Qarabağ mülkündә mәn bәxtisiyah
Bir ağ gün görmәdim, allaha pәnah;
Saldı bәlalәrә bicürmü günah
Bir neçә müfsidü töxmixәr mәni.
 
Mәn bir piri-tәnha, zülm bihesab,
Müşküldür gәtirmәk bu möhnәtә tab
Yaman deyә-deyә eylәdi xәrab
Hamıdan ziyadә üç nәfәr mәni[6].
 
[6]- Bu üç nәfәrin biri Mirzә Adıgözәl oğlu Hüseyn bәydәn vә digәri Nәmirli Әmiraslan bәydәn ibarәtdir. Üçüncüsü, çox ehtimal var ki, Cәfәrqulu xana işarә olsun. Şair xanın adını açıq yazmayıb «Yekәpәr» ismi ilә bir neçә mәqamlarda onu müttәsәf qılmışdır. Әzbәs ki, Cәfәrqulu xan böyük cüssәli vә qәviheykәl bir vücud imiş.
 
Biri fasiq, facir, hәdsiz zinakar,
Biri әyri-üyrü, xeyli nahәmvar,
Biri danışanda baş-ayaq atar,
Bir neçә it tutdu bixәbәr mәni,
 
Adәm idim, әbәs yerә zay oldum,
Vilayәt içindә mәn rüsvay oldum,
Oğrulara, quldurlara tay oldum,
Sanırdı xәlayiq peyğәmbәr mәni.
 
Dövlәtlidәn dövlәt, kordan mәzәrrәt,
Harda bihәya var, zatına lәnәt!
Süxәnçin sözilә etdi aqibәt
Pәsәrimdәn cüda bipәdәr mәni.
 
Dövlәti-alidә ağarıb saqqal,
Bir xilafım yoxdu, bu mәn, o jurnal;
Bir zaman gördüm ki, yazıbdı filhal
Qüttaüttәriqә bәrabәr mәni.
 
Yetmişindә zurna çalmaq öyrәnәn
Gәrәk axirәtdә çala....;
Az qalıb hәştadı tamam edim mәn,
Sәn indi yazırsan әhli-şәr mәni.
 
Yetmәk olmaz hәrcayinin sirrinә,
Yalanı yeridir doğru yerinә;
Lәnәt oxur şәrirlәrin pirinә
Diyari-qürbәtdә kim görәr mәni.
 
Hәr kimin vilayәtdә simü zәri var,
Yüz adam öldürә, hәbsdәn çıxar;
Yegәnsiz[7] danışmaq nә yanә çatar,
Bihörmәt eylәdi simü zәr mәni.
 
[7]- Yegәn -- pul mәnasındadır.
 
Dәrdbilmәzә dәrdi-dili açınca,
Ruzigarın cәfasından qaçınca,
Namәrd körpüsündәn rahәt keçincә --
Razıyam apara o sellәr mәni,
 
Kişi yoxdu, baxma çula-çuxaya,
Adam gәrәk dağa-daşa toxuya;
Getmә-getmә -- deyib qoydu yuxuya
Axırda itirdi Yekәpәr mәni.
 
Dalınca deyilәm bir şüğlü karın,
Bilmәnәm dövrünü leylü nәharın;
Hәvәsi-vüsalın, zövqi-didarın
Qoymaz yuxu yatam ta sәhәr mәni.
 
Rәhi-müsibәtdә keçmişәm candan,
Müxәnnәsdir qorxan bir qaşıq qandan;
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nәr mәni!
 
Olmuşam Bakıda sakin, fәrağәt,
Zövqi-tәmaşası misali-cәnnәt;
Ziyadә dәrdisәr, dәxi nә hacәt,
Fәramuş eylәmә, müxtәsәr, mәni.
 
Bu mәktubda şair öz tәbii istiqamәt vә dәyanәtindәn söz açıb, hәr qisim dәrdü bәlalara tab gәtirmәyini bәyan edir. Әgәrçi şairin simü zәri yoxdur ki, onların kömәyi ilә özünü safa çıxartsın, vәli o, tәbәn ğәnidir vә heç bir vәch ilә özünә qәbul etmәz ki, әksilib, dәrdbilmәzlәrә dәrdi-dilini söylәsin.
 
Şair sinәsini ruzigari-cәfakarın oxlarına sipәr edib, namәrdlәrdәn yetәn kömәyә әsla etina etmәz:
 
Namәrd körpüsündәn rahәt keçincә
-Razıyam apara o sellәr mәni.
 
Çul vә çuxaya bәzәnib zahirlәrinә zinәt vә sığal verәnlәrә kişi demәk şayәstә deyil. Hәqiqәtdә mәrd igid o kәsdir ki, özünü dağa-daşa toxuyub haqq yolunda mәrdanә dava elәsin.
 
Şairә ariz olan bәla onu mәqmum vә pәrişan etmir. Şair rahi-müsibәtdә candan vә başdan keçibdir. Bir qaşıq qandan qorxan, şairin әqidәsincә, adam deyil vә paşadan, xandan dәxi onun bakı vә ehtiyatı yoxdur.
 
O adamlar ki, düşmәnçilik üzündәn onu bәlalara vә әziyyәtlәrә giriftar ediblәr, belә güman etmәsinlәr ki, onu mәğlub qılıblar. Xeyr! Bu, böyük sәhvdir!
 
Şair necә ki, ölmәyibdir öz ali mәqamında durub büxlü hәsәdlә iştihar bulan dәnitәblәrә -- ki, әqrәb misal yer üzündә qeyrilәrә niş vurmaq üçün sürünürlәr, -- yuxarıdan aşağa hәqarәt nәzәrilә baxır. O dәnitәblәr şairin müqabilindә qorxaq tülkü vә çaqqal misalında bir mәxluqdurlar, şair isә xövfü hәrasdan uzaq vә kәnar «şiri-nәr» kimi bir vücuddur:
 
Ehtiyacım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nәr mәni!
 
Ancaq şairi mәhzunü mәlul edәn dusti-hәqiqisinin, yәni mәrhum Mirzә Fәtәlinin fәraqıdır ki, ona dair yazmışdır:
 
Hәvәsi-vüsalın, zövqi-didarın
Qoymaz yuxu yatam ta sәhәr mәni.
 
Dusti-cani vә rәfiqi-mehribanı olan Mirzәyә göndәrdiyi namәlәrә bir müddәt cavab almayıb vә uşaqlarının Sibiryaya getmәyindәn dilgir vә mәyus olub, atidә zikr olunan namәni ona göndәrir:
 
Gözüm yolda qaldı, könül intizar,
Gәlmәdi cavabi-namәlәr sәndәn.
Bir aydan artıqdır gedib uşaqlar,
Yetişmәdi bizә bir xәbәr sәndәn.
 
Aşina, müsahib, yarü hәmsayә
Lazımdır yetişә qövrә, hәrayә;
Kitabәtin dәyәr mali-dünyayә,
Nә hacәt istәmәk simü zәr sәndәn?
 
Tәk yaradıb sәni vahidü yekta,
Әxlaqına, әtvarına mәrhәba!
Neylәmisәn Molla Sәfi, Bәybaba
--Mәmnundu, әzizim, bu qәdәr sәndәn?
 
O vilanın yoxdu bu yer tәk pisi,
Tәqәllübü, hәrzәkarı, xәbisi;
Yaxşı gördüm tamam әhli-Tiflisi,
Razıyam nәhayәt biştәr sәndәn.
 
Olan dәmdә mәnә mәnzil Şadno,
Hәr tәrәfә eylәr idim tәküdo;
İvana bәy, Kolyubakin, İliko[8]
Çalışırdı, әlhәq, bәrabәr sәndәn.
 
[8]-İvana bәy, Kolyubakin, İliko -- Qasım bәyin tanışlarıgürcü nücәbası imiş ki, onun özünün vә övladının tәmizә çıxması vә xilası yolunda sәyü tәlaş edirlәrmiş.
 
Hәsәn bәyә[9] söylә әmri-mәlumi,
Qәziyyә mәlumdur deyәndә Rumi,
Sәrәfraz eylәrsәn yüz bәxtişumi,
Zahir olsa әgәr bu hünәr sәndәn.
 
[9]- Hәsәn bәy--mәşhur general Hәsәn bәy Ağalarovdur ki, o da Zakirin qurtarmağı üçün çox çalışmışdır.
 
Tutub damәnini sәn tәk әmirin,
Tәvәqqein eylәr iki әsirin[10],
Qarabağ mülkündә bir mәrdi-pirin
Tәmәnnası budur, taci-sәr, sәndәn!
 
 [10]-Bu iki әsirdәn birisi Zakirin oğlu Nәcәfqulu bәy vә o birisi bәradәrzadәsi İskәndәr bәydir.
 
Qoyma ki, qürbәtdә gedәlәr zayә,
Sayә salmaq tәqazadır hümayә;
Laçın balasıdı gәmiş sonayә,
Seyd etmәk olardan, balü pәr sәndәn.
 
Salıbdır bәlayә dәnәbgan ali[11],
Dağılıb әmlaki, dövlәtü mali;
Sakit eylәmәyә bu qilü qali
--İstәr o xoştәbü suxәnvәr sәndәn.
 
[11]-«Dәnәbgan ali» kәlmәsini lazımdır «bәndәgan ali»» mәzmununda anlamaq. Bu sayaq Cәfәrqulu xan öz nökәrlәrin vә müqәrriblәrin öyrәtmişdi ki, sözlәri tәrsinә söylәsinlәr, tainki lazım olan mәqamda hüzzar onların danışmaqlarını anlamasınlar.
 
Tutuşub mәnimlә çәrxi-bәdәfal,
Yerә girsin görüm ha belә iqbal!
Bizim üstümüzdә, ey nikuxisal,
Eşitdim incinib Yekәpәr[12] sәndәn.
 
[12]- Yekәpәr--necә ki, saabiqdә zikr olundu,--Cәfәrqulu xana işarәdir.
 
Baş verәn zamanda bu әmri-әbәs,
Gәrәk ona sәn deyәydin: «Ey tәrәs,
Sәn bir ağacsan ki, ömründә heç kәs
Nә sayә görübdür, nә sәmәr sәndәn».
 
Çoxların qılıbsan çörәyә möhtac,
Axtarır, tapılmaz dәrdinә әlac
Fironu Hamanü Zöhhakü Hәccac
Ola bilmәz ola sitәmgәr sәndәn.
 
Bidәtin yandırıb qövmü әshabi,
Müşküldü gәtirmәk bu zülmә tabi,
Düşüb Cәbrәilli, Maralyan, Babi,
Horadiz, Qoyucaq dәrbәdәr sәndәn.
 
Zülmü sitәminlә alәm dolubdur,
Әhli-beytin rәngi-ruyi solubdur,
Neçә rövşәn xanimanlar olubdur
--Şәbi-yelda kimi tirәtәr sәndәn.
 
Böyük oğlun gәzәr payi-piyadә,
Şol biri dә tәlәf oldu aradә;
Xah kodxuda, xah büzürgzadә,
O kimdi çәkmәyә yüz hәzәr sәndәn?
 
Sikkә olmaz evladının cibindә,
Rizqlәri yırtıq çuval dibindә;
Can verdi madәrin özgә evindә,
Nә düxtәr yarıyıb, nә pәsәr sәndәn.
 
Өmri-tәvilinә budur ki, dәlil,
İstәmәz üzünü görә Әzrail;
Bundan sonra hәlә yaşarsan yüz il,
Vәchi budur, әcәl yan gәzәr sәndәn.
 
Ülәmayә dersәn föhşü latayil,
Tәriqi-islamә deyilsәn qail;
Bu hal ilә yenә çox әqli zail
--Gәlib eşiyinә zad istәr sәndәn....
 
Tәsәllütün yetsә şeyxülislamә,
Anı bizdәn betәr salırsan damә;
Әbәs yerә düşmә xәyali-xamә,
Nifrәt eylәr, billah, kim görәr, sәndәn.
 
Mәn sәni tanırdım, işlәrin qandır,
Yüz deyәlәr, elә haman-hamandır,
Elә bilsin padişahi-zamandır--
Hәr kim iraq olur, müxtәsәr, sәndәn,
 
Tәğәllübdә, tәfәnnündә ustadsan,
Doğru sözün yoxdu, kizbә mötadsan;
Qatili-imamsan, İbni-Ziyadsan,
Lazımdır eylәmәk әlhәzәr sәndәn.
 
Vәsfi-sifatından danışdım xeyli,
Eşitsin hәr kimin var isә meyli;
Elә yalqız Zakir deyil gileyli,
Azürdәdir alәm sәrasәr sәndәn.
 
Әgәrçi sabiqdә şairin Cәfәrqulu xan ilә ülfәt vә mürafiqәti var imiş vә yek-digәrinә bir neçә zәrifanә mәktubat yazıblar ki, onların barәsindә aşağıda filcümlә mәlumat verilәcәkdir, vәli sonradan sәbәb nә olubsa bunların mabeynindә soyuqluq bәhmә gәlibdir vә yuxarıda zikr olunan kәlamdan mәlum olunur ki, Cәfәrqulu xan Zakirin haqqında böyük pislik vә bәdguluq edibdir vә hәtta Mirzә Fәtәli Axundov Zakirin xilasına vә safa çıxmağına divan hüzurunda çalışdığı zamanda xani-mәzkur ona mümaniәt göstәrib vә bir növ Mirzeyi-mәrhumdan rәncidә olubdur. Necә ki, bu hala şairin öz sözlәri şәhadәt verir:
 
Tutuşub mәnimlә çәrxi-bәdәfal,
Yerә girsin görüm ha belә iqbal
Bizim üstümüzdә, ey nikuxisal,
Eşitdim incinib Yekәpәr sәndәn.
 
Qasım bәyә üz verәn qәzada vә pürxәta әmrdә kömәkçi olanların birisi dә qutqaşınlı Nәsrulla Sultanın xәlәfi-әrcümәndi general İsmayıl bәy imiş. Şairin ona yazdığı bir neçә mәktubati-mәnzumәsindәn mәlum olunur ki, ona artıq bәndәçiliyi vә ixlası var imiş.
 
Zakir öz әhli-vilayәtindәn şikayәt edib, onların bihimmәtü birәhm vә bir-birinә yağı olmaqlarını zikr qılıb, İsxmayıl bәyi «Qutqaşın tәrlanı» vә «Şәki şahbazı» әlqabı ilә sifәtlәndirir vә ondan bu sayaq kömәk vә mәdәd dilәyir:
 
Bu әhldәn mehribanlıq görmәdim,
Mәgәr bizә ola o yandan mәdәd.
Qutqaşın tәrlanı, Şәki şahbazı,
Sakini-biladi-Şirvandan mәdәd.
 
Qarabağ әşxası yeksәr yağıdır,
Әvvәldәn axıra zülm ortağıdır;
Bir gecәdә canavarlar dağıdır,
Olmasa kәllәyә çobandan mәdәd.
 
Nücәbalәr qәdrin bilir nücәba,
Әxlaqına, әtvarına mәrhәba!
Daş-daş üstә durmaz alәmdә әsla,
Dәymәsә insana insandan mәdәd.
 
Qәzayi-möhnәtdә qalmışam möhtac,
Uşaqlarım olub vәtәndәn ixrac;
Tәbibi-haziqsәn, eylә bir әlac,
Yoxdur mәnә özgә dәrmandan mәdәd.
 
Yığılsa bir yerә yüz alinәsәb,
Danışığın mәnat, sözün müntәxәb;
Alәm bilir bivasitә, bisәbәb
Müşküldür arizә divandan mәdәd.
 
Hәzrәti-İsmayıl olsun dәlilin,
Yetiş imdadına piri-әlilin!
Necә fәrzәndinә ol dәm Xәlilin--
Cәbrail gәtirdi qurbandan mәdәd,
 
Әsasi-qiyamәt olanda bәrpa,
Kimdir qövrә yetәn ondan masәva;
Sәrdәftәri-rәsul, xәtmi-әnbiya
Tәnzili-ayeyi-Qurandan mәdәd.
 
Çәrxi-fәlәk salmış mәni bu halә,
Malu mülküm tamam getdi zәvalә;
Qaidәdir şәrmәndeyi-әyalә --
Yetişir sahibi-ehsandan mәdәd.
 
Gәlmәyibdir mütlәq ruyi-zәminә
Tab edәn mәnim tәk qәza qәminә;
Zövrәqi-әltafın dili-hәzinә,
Gümanım var, verә tufandan mәdәd.
 
Namәrd әtәyindәn tutasan yüz il,
Etibarım yoxdur hәll ola müşkil;
Olsa, olacaqdır dәrdinә, ey dil,
Xәlәfi-Nәsrullah Sultandan mәdәd,
 
Zakirәm hәmişә sәn tәk sәrvәrә,
Xoş göstәrsin sәni xaliq nәzәrә
Eyb etmәz alişan ümәralәrә --
İstәmәk duayi-pirandan mәdәd.
 
Başqa bir mәktubunda Qasım bәy yenә Qutqaşınlı İsmayıl bәyi tәrif vә tövsif qılıb, başına gәlәn qәzavü qәdәri tәhrir edir, vәli öz halından şikayәt etmir.
 
Şair özünü aşiqlәr sinfinә daxil qılıb, qiylü qala düşmәsini tәbii vә adi işlәr cümlәsinә nisbәt edir, zira ki, insanın başına qisim-qisim bәlalar gәlmәsә vә o, cürbәcür bәlalara vә müsibәtlәrә mübtәla olmasa, әnvai-tәcrübә vә imtahanlar sınaq olunmasa, ruzigarın kürәsindә әriyib dәsti-qәza ilә vurulan çәkiclәr altında döyülmәsә, qәllü qәşdәn hәrgiz pak ola bilmәz vә dәrәceyi-kәmala irişmәz.
 
Şairin könlü pәrvaz edib biladi-Misri vә Nil çayının kәnarlarını seyrü tamaşa etmәk istәyir, taki çox sәfәrlәrdәn vә tәcrübәlәrdәn sonra lazımn ittilaat vә kәmalat әxz edә bilsin:
 
Kәmala yetmәk olmaz bisәyahәt, haliya könlüm --
Tәmaşayi-biladi-Misrü seyri-rudi-Nil istәr,
 
Şair özünü әnbiya zümrәsinә daxil edib, ruzigarın cәfasından azürdәdil olmağı eyni-sәfahәt vә hәmaqәt hesab edir, çünki ruzigardan yetişәn cәfalar pis olsa idi, onları әnduhpәrvәr vә bәlakeş İdris, İbrahimxәlil vә Әyyubi-sәbur özlәri üçün eyni-sәlah vә rahatlıq bilmәzdilәr, şaki olardılar.
 
Şair özünü hәzrәt Yaquba varis bilib, o dәxi fәrzәndi-әzizinin qürbәtdәn gәlәn buyi-fәrәhәfzası ilә xatirini şad vә könlünü qәmdәn azad elәyir:
 
Cәfayi-dәhrdәn azurdәlik eyni-hәmaqәtdir,
Bәlanı xoş tutar İdrisü Әyyubü Xәlil istәr,
 
Mәnәm varis bu gün Yәqubә, fәrzәndi-әzizimdәn --
Gәlәr buyi-fәrәh gәh-gәh, әgәr rәbbi-cәlil istәr.
 
Bu sözlәrdәn sonra şair yenә Qarabağın şәrir biqәrәzlәrinә rücu edib, tәqazayi-tәbiәtlәrindәn naşi zülmü fәsadı zikr qılıb vә şeytәnәtlәrinin ucundan vәtәni-mәlufundan xaric olmağını suzişli sözlәrlә bәyan edir. Yenә şairin könlü әziz vәtәninin gülüstanında seyr elәmәyi arzu edir. Vәli onun әl-ayağı qürbәt vilayәtdә dar qәfәs içindә bağlıdır vә qәfәs qeydindәn azad olmağa dәlil istәyir:
 
Edәr yadi-gülüstani-vәtәn qürbәtdә dil mürğü,
Qәfәs qeydindәn azad olmara daim dәlil istәr.
 
Vәli şair tәvәkkül әhlidir. Hәr yetәn namәrdә şәrhi-hal etmәyi özünә ar bilir. Uzun illәr boyu girdabi-bәla vә müsibәtdә zarü zәbun qalsa da, әlini xakü xaşakә uzadası deyil vә dәnitәblәrә hәrgiz pәnah aparmaz. Hәngami-zәrurәtdә dә olsa, şair nanәcib vә namәrd kimsәlәrә әl uzadıb kömәk dilәmәyi özü üçün böyük qәbahәt bilib, birkәrәlik ölüb qurtarmağı ona tәrcih verir. Necә ki, bu barәdә özgә bir kәlamında demişdir:
 
Namәrd әtәyindәn kişi hәngami-zәrurәt --
Tutmaqdan isә yaxşıdır ölmәk, a filani!
 
Namәnin axırında Zakir zarafatyana İsmayıl bәydәn tәvәqqe edir ki, Mirzә Fәtәliyә yazsın ki, ona --yәni Zakirә bir döpü pәrvәrdә zәncәbil vә özü dә bir sarı kürki-Әrdәbil göndәrsin, çünki Bakının sazaqlı külәyinin әlacı isti Әrdәbil kürküdür. Mәzkur namәni eynilә aşağıda yazırıq:
 
Sәni alәmdә, ey arami-can, hәr kim zәlil istәr, --
Anı zillәtdә bu qәmdar könlüm ayü il istәr.
 
Şәrabi-cami-bәzmi-iltifatın nuş edәn hәrgiz
Nә kövsәr arizu eylәr, nә abi-sәlsәbil istәr.
 
Mәni qövğayi-şәhri-bәhri-Baki tәlxkam etmәz,
Nәdәn kim, aşiqi-şeyda olanlar qalü qil istәr.
 
Kәmalә yetmәk olmaz bisәyahәt, haliya könlüm --
Tәmaşayi-biladi-Misrü seyri-rudi-Nil istәr.
 
Mәnә derlәr ki, sәn «peyğәmbәrәm» -- derdin, nә işdir bu?
Demәzlәr mәrdi-mömin möhnәtә әcri-cәzil istәr.
 
Cәfayi-dәhrdәn azürdәlik eyni-hәmaqәtdir,
Bәlanı xoş tutar İdrisü Әyyubü Xәlil istәr,
 
Mәnәm varis bu gün Yәqubә, fәrzәndi-әzizimdәn --
Gәlir buyi-fәrәh gәh-gәh, әgәr rәbbi-cәlil istәr.
 
Mәni-piri-süxәndanın nәdir cürmü, xudavәnda,--
Üqubәtdә o bişәrmü cәfakarü mühil[13] istәr?
 
[13]- Tәrxan -- Mouravova işarәdir.
 
Tapılmaz beylә bir bәdhal zalim hiç millәtdә,
Yığılsa bir yerә Әndi, Kumık, Axtı, Rutil istәr,[14]
 
[14]- Әndi, Kumık, Axtı, Rutil -- Dağıstanda olan mahalların vә kәndlәrin adlarıdır.
 
Mәsәldir ki, xәta bir böylә adәmdәn iraq olmaz,
Bu bir әmri-müşәxxәsdir, nә vәhyi-Cәbrәil istәr.
 
Qarabağ içrә ağ gün görmәdim mәn, tirәbәxt oldum,
Onunçün xatirim ol qövmi-birәhmi qәtil istәr.
 
Şәriri-biqәrәz olmaq tәqazayi-tәbiәtdir,
İnanma bir kәsi xoşnud alәmdә bәxil istәr.
 
Bizim mәrdümlәri, zinhar, pәnd әfsari bәnd etmәz,
Oların, naqeyi-kalmık kimi, burnu qәzil[15] istәr.
 
[15]- Qәzil -- qıldan hörülmüş ipә deyirlәr.
 
Edәr yadi-gülüstani-vәtәn qürbәtdә dil mürğü,
Qәfәs qeydindәn azad olmağa daim dәlil istәr.
 
Nәhayәt, şәrhi-hal etmәk yetәn namәrdә müşküldür,
Sәnin tәk bir әmiri-pakzadü baәdil istәr.
 
Tәvәkkül әhliyәm mütlәq, yapışmam xarü xaşakә,
Füsurdә cismim olsun salha qәrq abi-sil istәr.
 
Sәxavәt, ya vәsatәt zat ilәndir mәrdi-biәslә
Muradı hasil olmaz yüz düşә bir kәs dәxil istәr.
 
Nihali-mәqsәdi sәrsәbz olub әflakә yetmәzmi,
O kәslәr ki, rizayi-xatiri-piri-әlil istәr?
 
Süxәn meydanı, qiblәm, tәng idi, söz müxtәsәr keçdi,
Sәnin övsafını nәzm etmәyә bәhri-tәvil istәr.
 
Yetәn tәk şәhrә hacı bәndәyә bir tәxt bәxş etdi,
Bilir ki, bazdәsti olsa, hәr yerdә tüfil[16] istәr.
 
 [16]- Tüfil -- tәrlan vә qızılquş üstündә oturmaq üçün qayrılan kürsüdür.
 
O yerdәn azimi-Tiflis çoxdur, yaz ki, Mirzayә,
Filani bir döpü pәrvәrdә sizdәn zәncәbil istәr.
 
Әgәrçi var dağistani kürkü Zakirin, әmma
Cәnabından dәxi bir sarı kürki-Әrdәbil istәr.
 
Deyildi sabiqәn әhli-tәvәqqe, şimdi Bakudә
Әlaci-kәsrәti-sәrma üçün çizi-qәlil istәr.
 
Dağılmış xanimanı, incimin әxzü süalından,
Tikәndә quş yuva çör-çöp yığıban, zir-zibil istәr.
 
Qasım bәy Zakir hәqiqi bir milli şair imiş. Өz әsrinin aynası olubdur vә mәişәti-milliyyәsini --necә ki, var imiş, -- eyni ilә yazıb, bizim üçün böyük bir yadigar qoyubdur. Өz әsrindә şayani-diqqәt olmuş olan bir şey qoymayıbdır ki, ona әl aparmamış olsun. O vaxtın adamlarının adabü әxlaqını vә dolanacaqlarının övzavü әsasını mahir nәqqaş kimi özlәrinә mәxsus rәnglәrlә çәkib bizә göstәrir. Mәişәtin hәr bir sinif vә tәbәqatına әtraflı nәzәr yetirib, sairlәrin gözlәrinә görsәnmәyәn şeylәri görüb, tәftiş vә tәnqid edibdir.
 
Dusti-hәqiqisi Mirzә Fәtәli Axundova vilayәtin şuluqluğundan, oğruların vüfurundan, yolkәsәnlәrin әndazәdәn çıxıb tüğyan etmәklәrindәn, hakimi-vilayәtin vә divan qulluqçularının onlar ilә yekdil vә yekcәhәt olmaqlarından, hacı vә mәşhәdilәrin bәd әmәllәrindәn, ailәlәrdә hәyavü hicabın götürülmәyindәn vә filcümlә, müasir[lәr]inin әxlaqi-zәmimәlәrindәn vә çirkin işlәrindәn vә bununla bahәm ata-babadan qalan gözәl adәt vә ayinlәrin mәhvü nabud olmağından şikayәt edib deyir:
 
Çәkilib köksümә dağlar, dügünlәr,
 Kafirә olmasın nәsib bu günlәr!
Qınamasın mәni könlübütünlәr,
Fikrim dağınıqdır, xatirim övraq.
 
Demәk olar ki, Zakirin әsrindәn biz yaşadığımız zamana kimi müsәlmanların mәişәtindә çәndan tәfavüt vüqua gәlmәyibdir. İndi dә sabiqi adәt üzrә ömür keçirmәkdәdirlәr. Zahirdә guya bir az tәrәqqi әsәri görünür, amma hәqiqәti-hala diqqәt yetirdikdә yәqinlik hasil olur ki, müsәlmanlar mәnәvi vә hәqiqi tәrәqqidәn yenә dә çox uzaqdırlar. Hәtta tәqәllübdә, xәyanәtkarlıqda, büxlü hәsәddә vә biri-birinin canına vә malına düşmәn olmaqda irәlikindәn bir az da artıcıq qabağa gediblәr.
 
Şairin yetmiş sәnә bundan әqdәm yazdığı fәna hal indi dә müşahidә ol(un)maqdadır:
 
Hәddәn aşıb büxlü hәsәd, şәrarәt,
Yoldaş yoldaşına eylәr xәyanәt;
Alimdә әmәl yox, bәydә әdalәt,
İşlәrimiz olub saf gәrdәn-bucaq.
 
 
O ki, qaldı insana zinәt verәn gözәl sifәtlәrә --ki, ibarәt olsun sәdaqәt vә istiqamәtdәn, dәyanәt vә qeyrәtdәn, ittihad vә ittifaqdan, әdl vә mürüvvәtdәn, cürәt vә hәmiyyәtdәn -- bu qisim sifәtlәrdәn din qardaşlarımız daha da ziyadә kәnar düşüblәr vә nә vaxtı millәtimiz nicat vә sәadәt yolunu arayıb tapacaqlar, allah bilir.
 
Bu tәrәqqi әsrindә bizim belә geridә qalmağımız vә qәflәtdә yaşamağımız tezliklә mәhvü nabud olmağımıza şәhadәt verir.
 
Axundova yazdığı namәni Zakir bu sayaq başlayır:
 
Xәbәr alsan bu vilanın әhvalın,
Bir özgәdir keyfiyyәti-Qarabağ.
Hәqdi bundan әqdәm görübsәn sәn dә,
Hanı o qaidә, o qanun, sәyaq?
 
Qüttaüttәriqin vüfuru vardır,
Yaylaqda, aranda qatar-qatardır;
Yenә vurhavurdur, apar-apardır,
Bizim başımızda çatdadı çanaq.
 
Bu şerlәrdәn sonra şair Qarabağda oğurluğa vә quldurluğa mәşğul el-obanın adlarını bir-bir* sadalayıb, «Zәrgәr Drağard» adamlarının haqqında deyir:
 
Zәrgәr Drağarda alәm-aşikar--
Bir ucdan oğurlar, bir ucdan satar;
Vay odur sahibi at başı tutar,
Yüz yerdәn tökülür üstünә çomaq.
 
Sonra Qarabaldır vә Әrәblәr xalqına vә Әrәs qırağında olan kәndlәrin әhalisinә vә bilümum vilayәtdә müşahidә olunan qaydasızlığa keçib yazır:
 
Qarabaldır xalqı, xüsus Әrәblәr,
Qarınca dәmәyә necә dәn çәkәr,
İşdәdir sübhәdәk, ta ki, gecәlәr,
Döyürlәr, kim gәlib eylәsә soraq.
 
Belә vilayәti dağıtsın tarı,
Ziyadә mәğşuşdu Әrәs kәnarı;
Xurda, Parababi, Qarğabazarı,
Maralyan, Horadiz, Nüzyar, Qoyucaq.
 
Hәr obadan çıxar otuz ya әlli,
Өzü cәlәkәsәn, adları bәlli;
Yenә şorta-şortdu Adıgözәlli,
Min evdәn artıqdır yığıntı kazak.
 
Әgәr xәbәr alsan Molla Sәfini,
Oğru, dürüst qarışdırıb kefini;
O, qәlәdә biçәr ölü kәfәni,
Çöldә üç atını soyublar çılpaq.
 
Qarabağda nә day qaldı, nә dana,
Bu gün-sabah qaçar hәrә bir yana
Tәnbih etmәk ilә Xınzırıstana,
Xub saldı nizamә ölkәni qoçaq.
 
Әdalәtdә yoxdur bir kәsrü kәmi,
Mundan sonra vilayәtin nә qәmi;
Әlbәt, dağıdarmış külli-alәmi
Ağzından süd iysi gәlәn iki uşaq.
 
Biriidәn şikayәt edәsәn әgәr,
Danışmağa qoymaz, sözünü kәsәr,
Qardaş malı kimi ortadan bölәr,
Murovlar[17] olublar oğruya ortaq.
 
[17]-Murov -- Zakirin әsrindә dövlәt tәrәfindәn tәyin olunmuş mahal böyüklәrinә deyirlәrmiş ki, rusca «uçastkovı zasedatel» adlanırmış.
 
Görsәn tanımazsan Yarımsaqqalı[18],
Çıxıb әndazәdәn dövlәtü malı;
Xandәmirov çaldı, çapdı mahalı,
O ki, tutub özün keçәl qurumsaq.
 
[18]- Yarımsaqqal -- Şuşsa şәhәrinin polisa rәisi Әmircanovdan ibarәtdir ki, saqqalının ortasını qırxdırarmış.
 
Gәdә-güdә olub sahibmәslәhәt,
Gündüz axşamadәk danışır xәlvәt,
İşlәrimiz belә keçsә bir müddәt,
Qәdimilәr olur tamam şil, axsaq.
 
Gündә bir gәtirir zakoni-tazә,
Fikri budu xәlqi verә güdazә;
Bizdәn dә mәhrәmdir biri knyazә,
Nә mәhrәm, füzulü heyvәrә, yanşaq.
 
Hәddәn aşıb büxlü hәsәd, şәrarәt,
Yoldaş yoldaşına eylәr xәyanәt;
Alimdә әmәl yox, bәydә әdalәt,
İşlәrimiz olub saf gәrdәn-bucaq.
 
Ülәmalәr üz döndәrib xudadәn,
Usanmaz bir lәhzә cövrü cәfadәn,
Başı әmmamәli seyyid-molladәn--
Taәtdә övladır o qatmaqurşaq
 
Hәq bilir ki, beli şallı hacılar
Zәhrimar tәk xәlqin ağzın acılır;
Düşәndә gözlәmәz
Bu әhldәn sinәdağәm, sinәdağ!
 
Adın qoyub Kәrbәlayi, Mәşәdi,
Neylim, peşәlәri yaman peşәdi;
Çoxun gördüm
Belә millәt olmaz, qoyun oturaq!
 
Gәrәk bu alәmdәn eylәmәk hәzәr,
Өz yerindә deyil çünki xeyrü şәr,
Bihörmәt olubdur pәdәrә pәsәr,
Yüzdә biri yaxşı olur ittifaq.
 
Kәmali-cürәt ilә demәk olar ki, millәtimizin әxlaqü әtvarında dәxi bu müddәti-mütәmadi әrzindә artıq bir tәrәqqi vә islahat vüqua gәlmәyibdir. Xah nücәbalarımız, xah ruhani sinfi vә xah mötәbәr hacılarımız vә mәşhәdlәrimiz haman Zakir dövrünün adamlarıdır. Zahirdә geyimlәri vә libasları modaya müvafiq dәyişirilibsә dә, kәmalü mәrifәtdә, azacıq da olsa, tәrәqqi etmәyiblәr. Necә ki, bu barәdә şair deyibdir:
 
Gәldim ki, görüm bu necә xandır,
Gördüm ki, elә haman hamandır.
 
Namәnin axırında Zakir şәmmәi öz halından yazıb, Mirzeyi-mәrhumdan tәvәqqe elәyir ki, onun uşaqlarının xilası barәsindә bәzi möhtәrәm şәxslәri vasitәçi elәsin vә onu unutmasın vә sonra Mirzәnin fәraqında çәkdiyi möhnәti izhar qılmaqla oxucuları dәxi dә artıq mütәәssir, mәhzun qılır:
 
Cәmşid bәyә yetir sәlami-әfzun,
Knyaz Behbudova әrz etsin әknun;
Nә rәvadır bisilisit, bizakun
Viran ola nahәq yerә bir ocaq.
 
İki nәfәr sadә cәvanü novrәs,
Heç birindәn yoxdur rәncidә bir kәs
Bir yanı Kolbasan, bir yanı Әrәs,
Kim görüb onları hәmkari-qaçaq?
 
Böyüklük әmirә xoş sәadәtdir
Vә lakin rәvişi әdl-әdalәtdir;
Yıxılana, qaidәdir, adәtdir,
Dayaq olan kәsә hәqq olur dayaq.
 
Fәraqәt oturub hәr kәs bir işdә,
Nә yazda yarıdıq, nә dә ki, qışda;
Ya rәb, neylәmişik bu dağılmışda
Hәram oldu bizә bir qarış torpaq?!
 
Çәkilib köksümә dağlar, dügünlәr,
Kafirә olmasın nәsib bu günlәr!
Qınamasın mәni könlübütünlәr,
Fikrim dağınıqdır, xatirim övraq.
 
Mәqsudimiz hasil olmadı bizim,
Yeksandı hicrindә gecә-gündüzüm;
Bu bәdbәxtin halәtindәn, әzizim,
Barı o viladә olgil göz-qulaq.
 
Gәrçi vilayәtdә çox idi әhval,
Müyәssәr olmadı şәrh edim әlhal,
Bir parasın yazdım, elәdim irsal,
Bu şәrt ilә: nә diş bilsin, nә dodaq.
 
Ziyarәt elәyib şeyxülislami,
Zakiri-hәzindәn yetir sәlami;
Hacı Yusif, Molla Әhmәd tәmami,
Haçan ola bir dә deyәk, danışaq.
 
Belә açıq vә sadә dildә heç bir şair öz vilayәtinin övzavü әhvalını vә müasirlәrinin dolanacağını bu sayaq doğruluqla aydın vә aşkar yazmayıbdır.
 
Bu kәlam nәzmlәnmiş nәsrdir. Bunda olan rәdif vә qafiyәlәr elm zoru ilә vә savad gücü ilә icad olunmayıbdır. Bunlar camaatımızın ağzında müdam işlәnәn sözlәrdir. Şair özü dә el içindә nәşvü nüma tapmış eloğlu olduğu üçün asanlıqla o sözlәri öz mәxsusi malı kimi sәrf edir. Hansı bir şerdә belә bir sadә misra vә qafiyәlәrә rast gәlmәk olar: «Bizim başımızda çatdadı çanaq», «qoyun oturaq», «qurdu badalaq», «hamıdan qıvraq», «bir qarış torpaq», «dayaq olan kәsә hәqq olar dayaq», «bir qәdim ocaq», «olgil göz-qulaq», «nә diş bilsin, nә dodaq», «deyәk, danışaq» vә habelә.
 
Bu sözlәrin tәmami zәrbül-misal mәqamında müttәsil dilimizdә cari olan sözlәrdir. Necә ki, millәtimiz diridir, bu sadә sözlәr onun dilindә işlәnәcәkdir vә nә qәdәr ki, bu sözlәr istemaldan düşmәyәcәkdir, yәni әcnәbi lisanlardan әxz olunmuş qәliz ibarәlәrin hücumu altında boğulub tәrk olmayacaqdır, millәtimiz dәxi ölmәyib, diri vә salamat qalacaqdır. Necә ki, bir millәtin danışdığı dil itib-batmayıbdır, o millәt özü dәxi itib-batmayacaqdır vә hәyat üzrә baqi qalacaqdır. Elә ki, dil unudulub istemaldan düşdü, dilin sahibi dәxi çox yaşamayacaqdır vә onun fövt olmasına şәkk qalmayacaqdır. Bu barәdә rusların mürәbbisi vә әdibi Uşinski «Ana dili» sәrlövhәsilә yazdığı mәqalәsindә deyir: «Madam ki, bir millәtin özünә mәxsus ana dilisi xarici dillәrin tәqәllüb vә tәsәllütündәn salamat qalıbdır, o millәt özü dә salamatdır. Әgәr onun cәmi maddi vә mәnәvi dövlәtini әlindәn alasan, vәli ana dilinә toxunmayasan, o millәt fövt olmaz vә az müddәtin zәrfindә yenә özünә mal vә dövlәt cәm edәr. Vә bilәks heç bir mal vә dövlәt ilә bir millәti әhya etmәk olmaz, zәmani ki, onun ana dilisi vә milli lisanı olmaya».
 
Mәrhum Zakirin öz milli dilinin şivәsi vә ruhunu nә dәrәcәdә bilmәyi onun nәzm ilә tәrtib qıldığı bir çox nağıl vә hekayәlәrindәn görünür. Onlardan bir neçәsini «Balalara hәdiyyә» nam adlı kitabçamızda dәrc etdirmişik. Tanış olmaq istәyәnlәr o kitaba rücu etsinlәr.
 
Mirzә Fәtәli Axundova yazdığı başqa bir namәsindә Zakir yenә Qarabağın әhvalından filcümlә mәlumat verib, hәr bir sinfin şüğlü karını vә әmali-şәniәsini Mirzәyә kәşf qılır. Bu namә daha da ziyadә şairanә yazılmışdır. Namәnin ibtidasında şair öz könlünә üz tutub bir növ qәflәtdәn bidar etmәk qәsdilә baharın yetişmәyini xәbәr verir vә ona xitabәn deyir: «Ey könül, dünyanın qәmi sәnә ha qalmayıbdır?! Beş günlük ömrün var, ye, iç; eyş-işrәtlә vaxtını keçirib, zövq-sәfaya mәşğul ol! Gәrdişi-dövranın möhnәt vә cәfasını ancaq gәrdişi-şәrab apara bilәr. Әgәr özün sufilik biruz edib, şәraba meyl etmәsәn dә, barı qeyrilәrin eyş-nuşuna tamaşa qıl vә bahar fәslinin ruhpәrvәr havası ilә qәlbini tәzәlәndir. Bax gör qadirü rәhman sәnin könlünü açmaqdan ötrü nә türfә şeylәr yaradıbdır, nә gözәl nemәtlәr әta buyurubdur.
 
Sonra şair keçmiş әsrlәrdә olan böyük padşahları, bimurad aşiqlәri vә namdar pәhlivanları bir-bir yad edib deyir ki, onlara qalmayan dünya sәnәmi qalacaqdır? Bәs, vaxtı fövt edib möhnәtdә keçirmәk yaramaz!
 
Bu tәnbih vә tövsiyәdәn sonra şair Mirzә Fәtәlinin özünә rücu edib zәrifanә deyir ki, sәn mәnim kimi deyilsәn. Tiflisin içindә olursan; mәskәnin dә yol üstündәdir; gәlib-gedәnә tamaşa edib, kef vә lәzzәt aparırsan. Xüsusәn bazar günlәri Hallavarın gözәllәri bәzәnib, dәstә-dәstә kәlisayә cәm olurlar. Onlara baxdıqca sәnin ruhun tәzәlәnir. Şair ona mәslәhәt görür ki, axunddan[19] xәlvәt, mümkün olsa, düşәndә bir Balaәhmәdi dә yanına alıb, gedib mәlәksimaya baxsın. Belә zarafatdan sonra şair keçir öz vilayәtinin övzavü әhvalını şәrh qılmağa. Onun öz kәlamına rücu edәk:
 
[19]- Axund -- yәqin ki, burada şeyxülislama işarәdir.
 
Nә xabi-qәflatdir, divanә könül,
Aç gözünü, süni-xudayә bir bax!
Sәnә ki, qalmayıb qәmi alәmin,
Seyri-baği-zövqü sәfayә bir bax!
 
Qıl tamaşә novәrusi-baharә,
Qәnimәtdi beş gün ömri-dübarә;
Sәhni-çәmәnlәrdә qümri, hәzarә
Nә xoş verib sәda-sәdayә, bir bax!
 
Gәrdişi-dövranın, ey xanәxәrab,
Aparır möhnәtin gәrdişi-şәrab;
İçmәsәn dә içmә özün meyi-nab,
Eyşü nuşi-bayü gәdayә bir bax!
 
Yasәmәnin әtri çöküb calәyә,
Gәlir gülüstandan buyi-qaliyә;
Gahi bәnәfşәyә, gahi lalәyә,
Gahi dә nәrgisi-şәhlayә bir bax!
 
Sәrvü sәnubәrin afәti-xәzan
Soyub libasını qoymuşdu üryan;
Gәlib tәrәhhümә sәrvәri-rәhman,
Verdiyi xәlәti-zibayә bir bax!
 
Әgәrçi xәstәsәn, dur bir ayağә,
Ahәstә-ahәstә güzәr qıl bağә;
Qәh-qәhi-minayә, rәqsi-üşşaqә,
Cah-cәhi-bülbüli-şeydayә bir bax!
 
Seyrә çıxıb dәstә-dәstә gözәllәr,
Çiçәk dәrib tәr buxağә düzәrlәr,
Qaqqıldaşa-qaqqıldaşa gülәrlәr,
Canlar alan sövtü sәdayә bir bax!
 
Şәqayiq, qәrәnfil, süsәn, nәstәrәn
Zәbani-hal ilә oxur müstәhsәn;
Hәvayi-kuhsar, sәfayi-çәmәn
Tәn edәr cәnnәtül-mәvayә, bir bax!
 
Necә oldu Cәmşid, Firidun, Kavus,
Söhrabi-namvәr, Fәramәrzü Tus,
Әsasi-İsgәndәr, gәnci-Dәqyanus
Tamam getdi badi-fәnayә, bir bax!
 
Bu dari-dünyanın yox etimadı,
Sәnin dә rehlәtin bugün-fәrdadı;
Sal yadına nәqli-Şirin-Fәrhadı,
Sәrgüzәşti-Mәcnun-Leylayә bir bax!
 
Mәnim tәk deyilsәn, әzizim, sәnin
Kür kәnarı, yol üstüdür mәskәnin;
Lәzzәtini apar gәlib-gedәnin,
Nazәnini-fәrdi-әlayә bir bax!
 
Hallavarın bu sәmtinin gözәli,
Bazar günü gәlisayә çox gәli;
Laçın tumaqәli, tәrlan cilvәli,
Sәri tәr cığalı sonayә bir bax!
 
Duyuq düşsә әgәr vermәzlәr rüxsәt,
Unutma, gah-gah düşәndә fürsәt
Molla Әhmәdi dә axunddan xәlvәt,
Al yanına, mәlәksimayә bir bax!
 
Fisqü fücur hәddәn aşıb Şişәdә,
Erkәyi, dişisi yaman peşәdә;
Mәnәm qalan hәmin bu әndişәdә,
Zәmanә dönübdür, qövqayә bir bax!
 
Sürahi solunda, badә sağında,
Mәzә qabağında, mey dodağında,
Çeşmә kәnarında, çay qırağında
Әmmameyi-seyyid, mollayә bir bax!
 
Vaiz bizә oxur şәrhi-Mustafa,
Hәramә mürtәkib olmayın әsla!
Өzü lüm-lüm udar batindә, әmma
Zahirdә dediyi mәnayә bir bax!
 
Kimdi baxan peyğәmbәrә, imamә,
Bu dağılmış düşәn deyil nizamә.
Orucluqda şürbi-meyi-gülfamә,
Mahi-mәhәrrәmdә zinayә bir bax!
 
Sәhra mәrdümini şәhr әhli görcәk
Yalvarıb, yapışıb oturdar çömlәk;
Beş arşında sürüşdürür üç çәrәk,
Tacirә seyr eylә, sövdayә bir bax!
 
Baqqal qoyar tәrәziyә imanın,
Әsәl qiymәtinә satar ayranın,
Qudurmuş it kimi dolar dörd yanın,
Deyәn yoxdur Ali-Әbayә bir bax!
 
Pinәçilәr bafta taxar boynuna,
İmperial tökәr vәrәq oynuna,
Qovurmaçı saat qoyub qoynuna,
İddiayi-әla, әdnayә bir bax!
 
Hәramilәr kimi yol üstә yatar,
Tamojnaya çakәr olub, mal tutar,
Dünbәk çalar, şәrab içәr, baş atar,
Qövli-bәyzadәyә, tәrsayә bir bax!
 
Dolanır bazarı darra, kvartal,
Döyülür sifәtlәr, yolunur saqqal;
Gecә get cibinә beş-on manat sal,
Gündüz gәlib nırxa, bahayә bir bax!
 
Hәddәn aşıb bu viladә şәrarәt,
Hәr kim bir iş görә, puluna minnәt;
Mu qәdәri yoxdur әdlü әdalәt
Vә lakin şöhrәti-bicayә bir bax!
 
Böyüklәrin işi deyil demәli,
Dәnidәn betәrdir feli, әmәli;
Böylә görmәmişdik bundan әzәli,
İndi karü bari-rüsvayә bir bax!
 
Xanzadәlәr şişә taxır rәyәti,
Өzlәrinin deyil malü dövlәti;
Orda tәpәr, harda düşsә fürsәti,
Mujikә seyr elә, ağayә bir bax!
 
Palajenya nәqli ta olub möhkәm,
Gәrәk bәy azalda zülmün dәmadәm;
Dәxi dә artırır bu әhli-biqәm,
Yanında çalınan zurnayә bir bax!
 
Piranәsәrlikdә mәn oldum rüsva,
Düzәlmәdi işlәr, cana yetdim ta;
Gör nә oyun tutdu, әzizim Mirza, --
Zakirә, tәqdiri-qәzayә bir bax!
 
1848-ci sәnәdә çıxan zakonun hökmüncә xanzadә vә bәyzadәlәrin ixtiyarı azalır vә rәiyyәt tayfasına bәzi ixtiyarat vә әmniyyәt vәdә olunur. Vәli qanun vә qaydaya adәt etmәmiş xanzadәlәr çәndan tәzә zakona mültәfit olmayıb, irәlikindәn dә ziyadә bacardıqları zülmü rәiyyәtlәrin haqqında әsirgәmәzlәrmiş.
 Burada Zakir xanzadәlәrin avamlığını vә vәhşiyanә hәrәkәtlәrini tәyib vә tәzmim edib deyir: Bu әhlibiqәmin halına heç bir şey tәfavüt etmәz; yanlarında çalınan zurnaya bax ki, onları bidar vә huşyar qılmaz.
 
Әgәrçi burada şair xanların vә bәylәrin avamlığını, zülm vә istibdad tәrәfdarı olmaqlarını zәmm elәyir, vәli bu palajeniyanın (qәrardadın)" hökmü --ki, xanzadә vә bәyzadәlәr ilә rәiyyәt tayfasının arasında gәrәkdir bir növ müsavat olsun, -- onun özünü dә müztәrib vә pәrişanhal elәyir vә buna sәbәb şairin ezünün nücәba vә xanzadә silkinә daxil vә mәnsub olmasıdır.
 
Hәmin bu mәzmunda ikinci dәfә olaraq tәzә bir zakonun elan olunması Zakiri daha da artıq mәğmum vә dikәrkun edib, aşağıda tәhrir olunan nalә vә şikvәlәrin inşadına sәbәb olur:
 
Çıxmadı, qurtulaq dәrdü bәladan,
Gundә bir zakuni görәn canımız.
Hәr ayın başında bir yol dәyşilәn
Adәtu qanuni görәn canımız.
 
Tәfavut qalmadı gәdayә, bәyә,
Barkeşlәr indi keçib yedәyә[20];
Qәnaәt eylәsin bezә, qәdәyә
Cameyi-gülguni görәn canımız.
 
[20]- Barkeşlәr -- yәni yük heyvanları indi yedәyә keçibdir. Rəiyyәt tayfasının layiqi-hörmәt vә etina olmasına işarәdir.
 
Bundan isә yegdir diyari-qürbәt,
Al başını, dur get, әlbәt, sәd әlbәt;
Yalavac әyaldan çәksin xәcalәt
Bәzәkli xatuni görәn çanımız.
 
Yazü qış hәmişә sevgili canan
Geyәrdi әyninә libasi-әlvan;
Olmasınmı indi sәrv tәk üryan
Qamәti-mövzuni görәn canımız?!
 
Fәtulә-fәtulә sәfheyi-rudә,
Gәh tәrfi-zәnәxdә, gahi әbrudә,
Pәrişan olmazmı qubaraludә
Müәttәr kisuni körәn canımız?!
 
Mübarәkdir bu dünyanın nizamı,
Nәhayәt, müşküldür öyrәtmәk xamı;
Yad edib ağlayın keçәn әyyamı,
Mehnәti-әfzuni görәn canımız!
 
Ac qaldıqca rәxtixabi sataçaq,
Gәlә-gәlә quru yerdә yatacaq;
Uzaqdan sikkәyә güllә atacaq
Min tümәn altuni körәn çanımız.
 
Saldıq başımıza nә növi daşı,
Harda biz görmüşük belә pәrxaşı?
Rәiyyәtlә boyunduruq yoldaşı --
Çakәri-dilxuni görәn canımız.
 
 
Nә gündә yaradıb xudavәnd bizi,
Bir yana apara bilmәdik izi.
Gahi Avanesi, gahi Sәrkizi,
Gahi dә Semyoni görәn canımız.
 
Bәy ikәn adımız oldu mülkәdar,
Daxi mundan belә bizimçün nә var?
Mükәddәr olmazmı sahibiixtiyar--
Әvәki, Әrtuni görәn canımız.
 
Satarıq, sovarıq olub qalanı,
Hәq bilir sözümün yoxdu yalanı,
Salsın alta indi öküz palanı
Balışi-pәrquni görәn canımız.
 
Sәrxeyl ikәn yeksәr qaldıq ayaqda,
İşlәrimiz keçir yaman sayaqda,
Nә tirәbәxt oldu bu Qarabağda
Taleyi-meymuni görәn canımız.
 
Tağar-tağar arpa, buğda әkilәn,
Biçilib, döyülüb dama tökülәn;
Qan axıt gözündәn, ipәk çәkilәn --
Xali tәrazuni görәn canımız.
 
Bu tövr ilә getmәk müşküldür yola,
Nә sağa mümkündür qaçmaq, nә sola;
Gәrәk indәn belә digәrgun ola
Kari-digәrguni görәn canımız.
 
Aparılır qaravula, keşiyә,
Qәht olub bir deşik, girәk deşiyә
Buriya döşәsin evә, eşiyә,
Qalini, bahuni görәn canımız.
 
Bu zülmü insana eylәmәz insan,
Saf cana yetişdik, aman, әlaman!
Bir neçә lamәzhәb, adı müsәlman
Mürtәdü mәluni görәn canımız.
 
Gәldi, getdi, heyif, әmiri-nәcib,
Feyzi-nәzәrindәn olduq binәsib;
Necә qәbul eylәr naәhl tәbib
Haziq Әrәstuni görәn canımız.
 
Lazımdır ki, edәk belә qonağa
Ellik ilә malü-mülki sadağa;
Өzgә әmir ilә tutmaz әlaqә
Ta doyunca muni görәn canımız.
 
Әdalәtli, mürüvvәtli canişin,
Tәkyәmiz onadır küllühüm hәmin;
Sәnaxandır ona ta ruzi-pәsin,
Xәlqә rәhnümuni görәn canımız.
 
Mәlcәi-füqәra, mömini-zәlil,
Hamiyi-züәfa, mürşidi-dәlil,
Kәrәmi abi-Kür, әtasi Edil,
Sәxası Ceyhuni görәn canımız!
 
Qasım bәyin bәrgüzidә әsәrlәrindәn birisi dә mollaların şәnindә vә üsuli, şeyxi-mәzhәblәrin әqaidinә dair yazdığı hәcvasa kәlamıdır ki, onun mislini bu vaxta kimi Azәrbaycan şüәrasının asarü әşarında görmәmişik. Bu kәlamda Zakirin әn müqtәdir vә rәvantәb bir şair olması yәqin olunur.
 
Ondan sonra gәlәn şairlәrdәn bir çoxu bu kәlama nәzirәlәr yazıblarsa da, heç birisi belә fәsahәt vә bәlağәtdә mәtlәbi yetirә bilmәyibdir. Onunla oxucuları aşina etmәyi özümüzә borc bilib, burada onu dәrc edirik.
 
Şuşa qalasının ruhanilәri vә xüsusәn, şeyxi vә üsulimәzhәb mollaların әqaid vә әtvarı babında yazılmış hәcvasa kәlamdır ki, Qasım bәy Zakirin tәbi-sәlimindәn nәşәt etmişdir:
 
Neçәlәr silsileyi-tәbimә tәhrik verir,
Rişteyi- nәzmә çәkәm yәni düri-qәltani.
 
Budu xahişlәri kim, baxmayıb ağü bozuna,
Elәyim hәcv tamam bayü gәdavü xani.
 
Neylәyim, ölkә bulaşıb nәcisә bir günә,
Pak qılmaz onu gәr bağlayasan ümmani
 
Vermәsәn vüsәt әgәr nәzmә, olur namәrğub,
Elәsәm cümlәsini şәrh, düşәr tulani.
 
Çarә oldur ki, yenә hәr biridәn bir şәmmә
Söylәyib, ta ki, qılam hәcv Әmiraslani.
 
Çünki ol fasiqü facir kimi hәcvә layiq --
Tapmaq olmaz, gәzәsәn Gәncә, Şәki, Şirvani.
 
Qalsın, axırda onunla olunur xәtmi-kәlam,
Fәsli-әvvәl danışaq mәzlәmeyi-mollani.
 
Ah, [bu] müftәxorun dad әlindәn, sәd dad --
Ki, salıblar necә gör mәmlәkәtә qövğani!
 
Hәrcü mәrc eylәdilәr mәzhәbi-isna-әşәri,
Etdilәr zirü zәbәr bargәhi-imani.
 
Hәr әlif-ba oxuyan adını ruhani qoyub,
Bilmәz öz әbcәdini, ruha çәkәr suhani.
 
Alimü fazilü ustad, müridü mürşid,
Nә qәdәr ki, görәsәn dövrdә sәrgәrdani.
 
Hәmә qövğalәri bәhri-dirәmü әqmişәdir,
Hәmә tәqvalәri şali-әmәli-Kirmani.
 
Vermәrәm mәn oların taәti-bibәhrәsinә --
Tarı şahiddir özü, mәsiyәti-düzdani.
 
Yenә filcümlә üsul ilә üsuli danışır,
O ki, şeyxi lap elә dibdәn urur baltani.
 
Etmәyib şәrmü hәya göz görә Әbdüllahә
Eylәr isbat sәrasәr sifәti-yәzdani.
 
Bişü kәm xaliqü mәxluqdә bir fәrq gәrәk,
Elәsәn nik nәzәr, bunda tәfavüt hani?
 
Bir quru ismdәn özgә dәxi hәqqә nә qalır,
Lәnәt olsun sәnә, ey münkiri-hәq ruhani!
 
Bәs deyilmi olalar, vasiteyi-külli-vücud,
Bәs deyil mәzhәri-feyzü kәrәmi-rәbbәni?
 
Bәs deyilmi olalar şafeyi-ruzi-әrәsat,
Bәs deyilmi sәbәbi-fәthi-dәri rizvani?
 
Nә rәvadır ki, dәxi bir dә edәk hәqqә şәrik
Biz imami, necә ki, ermәnilәr İsani.
 
İki tarı yenә mümkündü süluk eylәyәlәr,
Gәrәk on dörd yerә bunlar bölәlәr dünyani.
 
Qasimi-rizq demәk gәr bu isә, şamü sәhәr
Şiri-yәzdan götürüb dәstinә paylar nani.
 
Bu dәnirütbә nә layiq o şәhi-kövneynә,
Haşa-lillah götürә mәnsәbi-fәrraşani.
 
Yoxsa qәsdin budu ki, ruzirәsan onlardır,
Sәnәti-sanei müşküldü tapa insani.
 
Yoxdu bir ruzirәsan bari-xudadan qeyri,
Odu murü mәlәxә rizq verәn asani.
 
Mahiyi-bәhrә qılır qәtreyi-barani qәza,
Seyd edir bipәrü balә mәgәsi-pәrrani.
 
Müşrikü mürtәdü mәrdud, nәsaravü yәhud,
Vәqfdir cümlәyә xani-kәrәmü ehsani.
 
Doğrudur, raziqü mühyiyyü mümitdәn qeyri
Hәr sifәt kim, deyәlәr var sifәti-imkani.
 
Bir deyәn yoxdu ki, ey asiyi-dәrgahi-ilah,
Bir xәyal eylә ki, kimdir dediyin böhtani.
 
Gedәcәk duzәxә, bişübhә, o mövla hәqqi,
Xaliqi-mövtü hәyat kim bilә ol mövlani.
 
Hәm dәxi bir dә deyirlәr ki, Rәsulun Cibril
Batinindәn gәtirir zahirinә Qurani.
 
Belә gәr olsa, cәmii-şüәra mürsәldir --
Ki, yazıb hәr biri bir cild, iki cild inşani.
 
Onların da yenә vardır neçә ülül-әzmi --
Hafizü, Sәdiyü Cami dәxi hәm Xaqani.
 
Mәn dә peyğәmbәri-namürsәliyәm Kolbasanın,
Ümmәtim Tanyaqü Külqışlaqü Xızrıstani.
 
Tutuban rahi-digәr xarici olmaq yegdir --
Bu isә tövrü tәriqü rәhi-müslimani.
 
Bilmәzәm hiç nә vәch ilә bu lamәzhәblәr
Bәhs edirlәr ki, mükәllәfdi qamu әşyani.
 
Әqldir rәhbәri-nikü bәdü hәqqü batil
Şey ә ki, vermәyib ani, necә tapsın ani?
 
Tifl ta baliğ olunca ona yoxdur tәklif,
Nә dәlil ilә mükәllәf bilәsәn heyvani?!
 
Tanımaz ana-bacı, bir-birinә cift olur
Nә nikahi, nә tәlaqi, nә dә siğәxani.
 
Gәllәdәn gәr xәbәr alsan ki, de rәbbin kimdir?
Göstәrәr ciddü yәqin ilә sәnә çubani.
 
Bәndәsindәn nә tәvәqqe elә rәbbin ki, özü
............................................................
 
Küfrdür qabili-tәsbihi-tәala bilmәk --
Füzleyi-xәlqi yeyәn sağsağani, qarğani.
 
Aşiqin taәti mәşuqә sәzavar gәrәk,
Bixirәdlәr nә bilir rәsmü rәhi-fәrmani?
 
Zihәyata, tutalım, cәhl ilә isbat etdin,
Var oların da dedin hissü şüurü cani.
 
Elә insaf, nәbatat, cәmadat, gözüm,
Kim inanır ki, tapa mәrifәti-yәzdani?
 
Bu nә qövğa, bu nә kavuş, mәgәr görmәmisәn
Oxunan vәqtdә sәn sureyi-«Әrrәhmani»?
 
Cümlәsin bari-xuda növi-bәşәrdәn ötrü
Xәlq edib, hәr biri bir dәrdin ola dәrmani.
 
İns nlә cinnәdi tәklifi-xudavәndi-cәlil,
Ülәma böylә ki, tәfsir edәr Qurani
 
Şeyxi şәyyaddı hәrçәnd, üsulidә dәxi
Yoxdu bir mu qәdәri mәrifәti-insani.
 
Cümlә bәdkarü dilazarü mühilü kәzzab,
Cümlә bidinü süxәnçinü şәrarәt kani.
 
Әllәrindә hamının sәbheyi-sәddanәlәri,
Dillәrindә hamının şamü sәhәr yalani.
 
Birisi bihәmә çiz biri ilә başlar cәng,
Hakimi-şәrә çәkәr, şahid olur qalani.
 
Bilә, ya bilmәyә bir yaxşı ziyafәt eylә,
Sal samavarә odu, dövrә gәtir fincani!
 
Bir içim çay ilә yüz şahidi-bidin tapılır,
Necә kim, Әli bәyin çıxdı göyә әfğani[21].
 
[21]- Bu şerlәr Әli bәy ilә mәşhur hiylәsaz Kәrbәlayı Allahverdinin arasında vüqua gәlәn mürafiәyә dairdir. Әli bәy Kәrbәlayı Allahverdiyә 22 tümәnin vәchindә verdiyi sәnәdi KәrbәlayıAllahverdi hәkki-islah edib, 22 sıfrayı çöndәrib 1200 edibdir vәbir para bidin şahidlәrin kömәyi ilә hakimi-şәrin tәrәfdarlığı ilә 22 tümәnin әvәzindә Әli bәydәn 1200 tümәn alıbdır.
 
Cәfәri-kar ki, eşitmәz, çalalar zurna sәsin --
Der imiş mәn hamıdan yaxşı eşitdim ani.
 
Yeddi gündәn sora bir şәxs Dızaqdan yetişib,
Qaziyi-şәhr yazıbdır biri dә filani.
 
Eşidiblәr ki, olur şahidi-şiә mәqbul,
Bağlayıb uzun Hüseynәli dәri-dükkani.
 
Hәzrәti-qazi vә yanındakı Ağanovruz
Eylәyib hәr biri bir tәrz münasibxani.
 
Biri bәqqali-bәdәfalü kәlambazü füzul,
Biri әhli-zәlәmә zadeyi-Şәkkәrbani[22].
 
[22]-Şәkkәrbani--şairin әsrindә pis yola qurşanan bir arvadın adıdır.
 
Belә şahidlәr ilә bir kәsә din olsa sübut,
Kişi neylәr dәxi rәncü tәәbi-kimyani?
 
Hәr kimin var isә hәmmamı, edәr borcun әda,
Bari bizlәr kimiyә atmayalar böhtani.
 
Tümәn oğlu Nuru[23] netsin ona, ya özgә vәkil,
Әhli-Tәbriz tәfәnnündә ötüb şeytani.
 
[23]- Nuru Tümәn oğlu Әli bәyә vәkil imiş. Vәli Kәrbәlayı Allahverdi onu da aldadıbdır vә o, işi uduzubdur.
 
Yox mәzәmmәt yeri bu babdә hәrgiz Әlidә,
Rindi-şәhr ola özü, әsli ola Mәmqani[24],
 
[24]- Kәrbәlayı Allahverdi Tәbrizdә anadan olmuşsa da, әslәn Mәmәqanlı imiş.
 
Hәr nә oldusa ona, qazidәn oldu, әlhәq,
Var idi çünki onunla kәdәri-pünhani.
 
Pәmbeyi-eyşini verdi yelә ol bәdbәxtin,
Saldı bir dәrdә ki, heç nüsxәdә yox dәrmani.
 
Yazdı bimәksü tәvәqqüf iki saәtdә hәmin
Surәti-şәri hәzarü dü sәd tumani.
 
Şәrtdi şәr hüzurunda rәhü rәsmi-әdәb,
Nә ki, sәrkub oluna bir tәrәfin әqrani.
 
Molla, nә molla, әsiri-şikәmi-әndәr piç,
Qazi, nә qazi ki, sir olmaz içә ümmani.
 
Filhәqiqә, mәn onun müxlisi-dirinәsiyәm,
Leyk doğru demәyin şәrdә yox üsyani.
 
Doğruluq qalmayıb әsla bu fәna alәmdә,
Sәrnigun ola, görüm, böylә yaman dövrani.
 
İstәr idim dәxi dә nәzmә verim tul, vәli
Dil dedi: -- Өmr keçib, qәt elә bu hәdyani.
 
Әmiraslanә gәrәk dәftәri-digәr yazıla,
Çünki ol bәdәmәlin qeyr gәrәk dastani.
 
Yaxşı hәcv eylәr idi bu dәmin adәmlәrini,
Sağ gәr olsa idi indi ol İbni-Cani[25].
 
[25]- İbn Canı -- Kәrbәlayı Abdulla Canı oğludur ki, onun barәsindә yuxarıda yazılmışdır.
 
Rişteyi-tәbimә yox tab verәn, çәrx әfsus
Elәyib xak ilә yeksan qәdi-Babani[26].
 
[26]-Qәdi-Babani -- yәni mәrhum Mehribanlı Baba bәy ki, onun haqqında da filcümlә mәlumat verilmişdir.
 
Getdi hәmdәrdlәrim, bisәrü saman qaldım,
Bu ribati-kühәnin yoxdu sәrü samani.
 
Dәmi-rehlәtdi, könül, bari iqamәt açma,
Mizban xar tutar dir köçәn mehmani.
 
Keçdi hәdyan ilә övqat, bağışla, ya rәb,
Behәqi-ali-Әli cürmi-mәni-pirani.
 
Nәçidir maliki-rizvan üzünә açmaya dәr,
Ola hәr kimsәnәnin әldә onun fәrmani.
 
Zakiri-rusiyәhәm, gәrçi günahım çoxdur,
Var dәstimdә vәli Ali-Nәbi damani.
 
Kәlamın axırında Qasım bәy haqq vә doğruluğun bu puç dünyada mәhvü nabud olmasını kәmali-tәәssüflә izhar edib, belә yaman dövranın sәrnigun olmasını arzu edir vә etmәmәk dә olmaz.
 
Bir yerdә ki, «bir içim çay ilә yüz şahidi-bidin» tapılsın vә sәbheyi-sәddanә әldә ola-ola dillәrdә yalan söylәnsin vә hakimi-şәr dәryalarca kamına çәkib yenә sir olmasın, daha belә vilayәtdә doğruluq qala bilәrmi vә belә dövranın abad olunmasını arzu etmәk rәvadırmı?
 
Şair özü dәxi dünya zindәganlığından bizar olub, onda artıq yaşamağı istәmir, rehlәt zamanı yaxınlaşmağını dәrk edib axirәt mәnzilinә köçmәyә hazırlaşır.
 
Bir tәrәfdәn dәxi şairi dünyadan soyudan mehribani rәfiqlәrinin tәmamәn getmәsi olubdur; «rişteyi-tәbinә tәhrik verәn» yoxdur; ruzigari-qәddar İbn Canını fövt edibdir vә çәrx dә «qәddi-Babanı xak ilә yeksan qılıbdır»; «bu ribati-kühәnin yoxdu sәrü samani». Digәr tәrәfdәn dә sahibxanә dir köçәn qonağı dost tutmaz. Ona binaәn lazımdır dünyadan bir az üzüsulu getmәk.
 
Bu hal ona şәhadәt verir ki, Zakir dünyada xeyli vaxt ömür sürübdür. Necә ki, özü iki-üç yerdә öz sinnü salına işarә edibdir. Şair hәştad sәnәyә kimi yaşayıbdır.
 
Kolyubakina yazdığı kağızda deyir:
 
Hәştada yetişdi sinnü salımız,
Bu dövlәtdә ağarmışdı yalımız;
Getdi dövlәtimiz, mülkü malımız,
Nәxli-tәmәnnamız kәdәr gәtirdi i. a.
 
Mәrhum Mirzә Fәtәliyә yazdığı kağızda yenә öz sinnindәn söz açıb deyir:
 
Az qalıb hәştadı tamam edәm mәn,
Sәn indi yazırsan әhli-şәr mәni i. a.
 
Vә bunlardan әlavә şairin bir neçә mәqamlarda qocalıqdan şikayәt etmәsi onun xeyli әlil vә düşgün olmasına dәlalәt edir. Mәsәlәn, bir yerdә yazır:
 
Ağzımda uçuq qәbrә dönüb otuz iki diş,
                        Üç-dördü qalıbdır.
Bir-birini tutmaz dәxi onlar görә bir iş,
                        Kökdәn boşalıbdır....
 
Vә yenә bu şikayәtnamәsinin axırında yazır:
 
Saqqal dönüb ağ sümüyә, söylәmә, Zakir,
                                   Qәflәtdәn ayıl sәn!
Sövdayi-qiyamәtdә gәrәk әr ola mahir,
                                   Dur, düş yola, tәrpәn!
Köçmәk dәmidir, yatma, kişi, çapükü şakir
                                    Taәt yolun öyrәn!
Bahörmәt ikәn çarә odur mәrgi arayım,
                                     Şayәd ola qismәt?!
 
Yenә qocalıqdan şikayәt edib, bir şerinin axırında yazır:
 
İltimasım budu kim oldu, xilas eylә mәni,
Oğul-uşaq әlinә vermә saqalım, qocalıq!
 
Hәr halda altmış sinnindә olan şәxsdәn bu qisim şikayәt sadir olması tәbii deyil....
 
Şair sәyahәt qәsdilә Tәrtәrbasana -- ki, Cavanşir mahalından ibarәtdir, -- azim olur ki, o yerlәri seyr edib, könlü açılsın vә şayәd Bәrdә şәhәrinin keçmişdәki şenlik vә abadanlığından bir әsәr bulsun vә bir müddәt şurişi-zәmanәdәn fariğ vә asudә olsun. Tәrtәrbasana nә tәmәnna ilә azim olduğunu Zakir bu sayaq nәzmә çәkir:
 
O viladә mehribanlıq görmәdim,
Gәlmişәm indi dә Mehriban[27] gәzәm;
Seyr elәyim tamam Tәrtәrbasanı,
Varmı aşiqinә can qıyan gәzәm.
 
[27]-«O viladә» demәklә yәqin ki, şair Şuşa uyezdinә işarә edir; «Mehriban gәzәm» -- şairin dostu Baba bәyin vәtәni vә vәfat etdiyi «Mehriban" kәndinә işarәdir ki, Cavanşir mahalındadır.
 
Tülәk tәrlan ovlağıydı bu yerlәr,
Bәrdә torpağına eylәyim güzәr;
Görüm qalıbdırmı Şirindәn әsәr,
Baxam hәr tәrәfә nigaran gәzәm.
 
Xosrovi-Pәrvizin şanü şövkәtin,
Fәrhadın әlәmü qәmü möhnәtin,
Şapurun çәkdiyi nәqşü surәtin
Arayıb, axtarıb bir zaman gәzәm.
 
Dolanıb sәrasәr çarsu bazarı,
Gәtirәm nәzәrә sәmti-minarı,
Görsәm, xәbәr alım bülbüli-zarı,
Necoldu ol gülü gülüstan, gәzәm.
 
Deyim hanı munda gәzәn gözәllәr?
Teyhulu meşәlәr, sonalı göllәr?
Çayın kәnarında tikilәn ellәr?
Yoxdu heç birindәn bir nişan gәzәm.
 
Ol baş-başa verәn sәrvi-rәnalәr,
Hәr guşәdәn gәlәn sövtü sәdalәr,
Zәrrin piyalәlәr, meyi-sәhbalәr,
Gәrdişi-badeyi-әrğәvan gәzәm.
 
Bu minval ilә şikәstә Zakir bülbüli-zardan әhval cәm edib deyir: Bu diyarın adәt vә qanununu mәn tәvarixdә oxumuşam. Onları xeyli müstәhsәn surәtdә tәhrir qılıblar. Bayram gecәlәrini sübhә kimi bu şәhәrin әhalisi çirağan edib, eyşü işrәtdә keçirirlәrmiş. Bәyzadә vә әmirzadәlәr boynu qәlladәli sәgi-şikar ilә övqatını seydgahlarda sürәrlәrmiş. Böyüklәr astanasında pәhlivanlar vә qızmış nәrlәr küşti tutarlarmış. Bir yandan cәvahirfüruşlar, bir tәrәfdәn zәrgәrlәr gözәl nazәninlәrә bәzәk vә zinәt әsbabı mühәyya edәrlәrmiş. Karvansaralarda qәlәndәrlәr qәsidә oxuyub, tacirlәr vә sәyyahlar vә hәr qisim qәribü qürәba sübhә kimi şirin nağıl vә hekayәtlәr söylәrmiş. İndi onlardan bir әsәr vә bir nişanә varmı? Şairin öz kәlamına rücu edәk:
 
Aşiqә söylәrmi qasid әnqәrib,
Qәm yemә, dilrüba sәnәdir nәsib?
Zimistan qeydindәn çıxan әndәlib
Axtarırmı tәzә aşiyan, gәzәm?
 
Cәvahirfüruşlar satırmı gövhәr?
Xublar yaraşığı görürmü zәrgәr?
Karvansaralarda tacir, qәlәndәr,
Necә keçәr şami-qәriban, gәzәm.
 
Gecә-gündüz daim bangi-cәrәsdәn,
Qulaq tutulurmu sәdavü sәsdәn
Bakıdan, Dәrbәnddәn, Krım, Çәrkәsdәn
Gәlirmi mәtai-bipayan, gәzәm.
 
Sayeyi-sәrvdә mәcmәi-xuban
Yenә әylәşirmi xoşdilü xәndan?
Yoxsa ki, onlara saqiyi-dövran
İçiribdir mey yerinә qan, gәzәm?
 
Nazәninlәr ta tülui-afitab
Oturub gecәlәr çәkirmi gülab?
Çeşmi-aşiq kimi fәvvarәdәn ab
Tökülürmü hovza nümayan, gәzәm?
 
Sonra şair yenә bülbüldәn soruşur ki, müzәyyәn mәhәllәlәr vә münәqqәş otaqlar yenә irәliki halında dururmu vә yenә otların içindә xanәndә vә nәvazәndәlәr gözәl nәğmәlәr oxuyurlarmı? Tövlәlәrdә köhlәn atlar kişnәşirmi? Hamamlar yenә әzәlki kimi rövnәqlidirmi vә onlara külli ağçalar sәrf olunurmu? Bağlarda vә bağçalarda seyr edәnlәr vә nazәnin cananlar yenә qaqqıldaşa-qaqqıldaşa gәzirlәrmi?
 
Amma çox әfsus ki, şair burada zikr qıldığı şәnlikdәn, tәrәqqi vә tәmәddündәn564 bir әsәr görmәyib, mәyus vә pәrişan olur vә bülbüli-biçarә ona belә xәbәr yetirir:
 
Bülbüli-biçarә verdi xәbәri,
Dedi ki, qalmayıb şәnlik әsәri,
Mәn Zakirәm, onu görәndәn bәri
Gәrәk Mәcnun olub, biyaban gәzәm.
 
Şair özü guya bülbüli-әfsürdәdilin belә hüznavәr xәbәrini pişәzvәqt dәrk edib deyir: Bu puç dunyaya etibar yoxdur; bunun bir sәfası müqabilindә yüz cәfası var. Ona binaәt yәqindir ki, keçmiş şövkәtü cәlaldan, sәrvәtü maldan vә namdar şәxslәrdәn bir әsәr yoxdur. Tamamını «qara yer» öz kamına çәkibdir. İndi әlac ona qalıbdır ki, mәn dә özümü qibleyi-hacәt olan imamzadәyә yıxıb, onun mübarәk sәhnindә döşәnәn tәnlәrә huşü diqqәtlә nәzәr edib, öz sağlığımdan peşman olam:
 
Qibleyi-hacәtә yıxıb özümü,
İmamzadәyә sürtüb üzümü,
Xak olan tәnlәrә dikib gözümü,
Olam sağlığıma peşiman, gәzәm.
 
Hәrgiz bu cahanә yoxdur etibar,
Sәfası bir isә, yüz cәfası var.
Baş götürüb gedim diyarbәdiyar,
Elәyim alәmi imtahan, gәzәm.
 
Hәr kәs Zakirin bu kәlamını başdan-ayağa diqqәti-tamam ilә oxuyub, onda şair yad etdiyi mәqamları seyrü tәfәrrüc qılsa vә әzәlki hal ilә indiki övzavü әhvalı tәtbiq etsә, bilaşübhә, onun dә ürәyi qan ilә tutulub, gözlәrindәn bilaixtiyar yaş tökülәr. Odur ki, biçarә bülbülün verdiyi xәbәr şairin keyfini pozub, halını pәrişan elәyir vә Mәcnunsifәt onu kuhü biyabana salır:
 
Mәn Zakirәm, onu görәndәn bәri
Gәrәk Mәcnun olub biyaban gәzәm.
 
Necә ki, yuxarıda zikr olundu, sabiqdә Cәfәrqulu xan ilә Zakirin mabeynindә ülfәt vә zarafat var imiş. Onun xana yazdığı namәlәrdәn bir neçәsi başdan-ayağa lәtifәli vә zәrifanә yazılmış şerlәrdir. Xanın Cәbrayıla getmәyi barәsindә şair istehza tәriqi ilә yazıb izhar edir ki, iki gündәn ziyadә orada qalmasın; әvvәla özünә xan deyәn kәs gәrәkdir xalqı incitmәsin vә saniyәn, o yerin adamlarında nә mәrifәt var ki, xan onların söhbәtindәn vә ülfәtindәn bir feyz kәsb edә bilsin:
 
O babili Vәli Mәmmәd deyil mütlәq sәnin babın,
Nә layiq şahbazın hәmnişini bir qürab olsun.
Qoyucaq, Daşkәsәnlidәn güzәr qıl badi-sәrsәr tәk,
Әli-allahidәn daim gәrәkdir ictinab olsun.
 
Şairin әqidәsincә adamın malı vә dövlәti olmasa da, yola gedәr, ta ki, hәmnişini vә yoldaşı әhli-zövqü kәmal olsun. Şuşa şәhәrindә şair hәr qisim әziyyәt vә cәfanı ancaq müsahib dәrdindәn qәbul edir:
 
Bu şәhri-Şişәdә gәr bizi şişә taxsalar xoşdur --
Ki, hәmsöhbәt bizә ol növi-qövmi-bihesab olsun.
 
Nә hasil әhli-sәhra söhbәtindәn, abi-әngurun
Gәrәkdir neçә müddәt şişәdә qalsın, şәrab olsun.
 
Yenә Zakir başqa bir namәsindә mәslәhәt üzü ilә Cәfәrqulu xana yazır:
 
Өzün bil, xani-valaşәn, sözüm budur sәnә әvvәl,
Sәnin hәmsöhbәtin daim gәrәkdir xoşdәmaq olsun.
 
Әbusiqәmtәrir, karü kurü lal yoldaşdan
Gәrәk adәm hәzәr etsin, gәrәk çox-çox iraq olsun.
 
Xanın tәbi-şeriyyәsinә rişxәnd edib deyir:
 
İyirmi gündә bir şeri deyincә «ya Әli» dersәn,
Gәrәk şair bizim Zakir kimi hazırcavab olsun.
 
Yenә hәzl tәriqincә şair Cәfәrqulu xana yazdığı bir kağızında xanın әxlaqü әtvarını vә әhli-әyalı ilә vә qohum-әqrәbası ilә nә növ rәftar etmәsini filcümlә bәyan etmişdir. Haman kağızı xan Şuşa qalasında qaçaq olduğu әsnada yazmışdır ki, belә başlanır:
 
Vücudi-lәtifin, ey taci-sәrim,
Eşitdim Qәlәdә bәrhәm olubdur;
İztirabә düşüb bu macәradәn,
Tamam әhli-Şişә, pürqәm olubdur.
 
Bu namәnin axırından belә anlaşılır ki, xani-mәrhum neçә vaxt imiş ki,öz әhli-әyalını vә qohum-әqrәbasını nәzәrdәn salıb, onlara iltifat etmәz imiş. Amma indi mәrәzin şiddәtindәnmi vә ya başqa bir illәtin vüquundanmı tәrәhhümә gәlib, onları başına cәm edib, haqlarında mehribanlıq göstәrir:
 
Qış günü Doyranda qalan әhli-beyt,
Yay Әylisә mәskәn salai әhli-beyt,
Didarına müştaq olan әhli-beyt
Üzün görüb şadü xürrәm olubdur.
 
Tәәccüb eylәrәm, allahü әkbәr,
Boyaqçının küpü azıbdır mәgәr
Yüz ildi nәzәrdәn saldığın Yetәr
Tazәdәn sizinlә hәmdәm olubdur.
 
Qövmü qardaş düzülübdür yanına,
Duagudur dövlәtinә, şanına;
Neylәsin, qarışıb qanı qanına,
Fәqirlәr sileyi-әrham olubdur.
 
Otaqda qatıban qurunu yaşa,
Yeyәrlәr, içәrlәr verib baş-başa;
Biz görәn tәk deyil Abdulla paşa,
Cürәt bәhәm edib, ötkәm olubdur.
 
Düşmüşdü nәzәrdәn müddәt binәva,
Çıxmalı deyildi üzә mütlәqa;
Neçә gündü saçı, saqqalı guya --
Külahi-Buxara tәk püf-nәm olubdur.
 
Өz xәlәfin gәrәk gözlәyә kişi,
Sağlığında ola alış-verişi;
Hidayәt ağanın düzәlib işi,
Vәliәhdliyi möhkәm olubdur.
 
Xan varisi lazimәdir ola xan,
İşlәyә bәratı hәr tәrәf, hәr yan;
Gurginә dönmüşdü biçarә oğlan,
Zahirәn ki, indi Rüstәm olubdur,
 
Mehrü mәhәbbәtin keçsә bu minval,
Çıxar aralıqda olan qilü qal;
Basqın qoşun kimi dağılan әtfal --
Yığılıb üstünә, sәrcәm olubdur.
 
Bu minval yenә bir neçә bamәzә qafiyәlәr yazıb, axiri-kәlamda deyir:
 
Yarımayıb bir kәs ömründә sәndәn,
Mükәddәr qayıdıb qapına gәlәn.
Әsirgәmә feyzin, ey qibleyi-mәn, --
Düşәndә Zakirә kәm-kәm olubdur.
 
Yuxarıda isimlәri zikr olunan möhtәrәm şәxslәrdәn әlavә, mәrhum Zakirin sair dost vә aşnalarına bir çox әhәmiyyәtli mәktubati-mәnzumәsi vardır ki, cümlәsinin buraya küncayişi yoxdur. O mәktublardan mәşhuru Baharlı Mirzә İsmayıla, Zәngilanlı Mәhәmmәd bәy Behbud bәy oğluna, Sarıcalı Mirzә Mehdiyә, Quyular Әli bәyә, Böyük bәyә yazdığı namәlәrdir vә bunlardan maәda mәrhum Baba bәyә yazdığı «Car müqәddimәsi»dir vә «Tәbiblәrin hәcvi»dir. Bu iki axırkı әsәrlәrin barәsindә müxtәsәrәn mәlumat vermәyn faydadan xali görmәdik.
 
Baba bәyә yazdığı «Car müqәddimәsi»ndәn belә anlaşılır ki, Dağıstanda şuriş olan zamanı -- ki, qazi Mәhәmmәd әfәndi ilә Hәmzә bәyin tәhrik vә iğvası ilә başlanmışdı, -- Car mahalında lәzgilәr arasında dönüklük vә üsyan büruz etmişdi. Onların müqabilinә rus qoşunundan maәda Şәki, Gәncә vә Qarabağ xanlıqlarından dәxi atlı qoşun mühәyya olunub göndәrilmişdi. Qarabağdan gedәn nücәba sinfindә Qasım bәy dәxi var imiş. Bunların sәrkәrdәsi Miklaçevski imiş ki, o davada çox hünәr göstәribdir. Şair özü dә bir gün davaya çıxıb lәzgi tutub:
 
Mәn özüm dә bir gün çıxdım cövlana,
Görmәyibsәn, yolum düşdü bu yana;
Bir tüfәngli lәzgi mәrd-mәrdana
Tutulub әlimdә giriftar oldu.
 
O yerin meyvәcat vә mәhsulatını şair tәrif edib deyir:
 
Yer-yemiş babında misali-cәnnәt,
Eşidibsәn gendәn özün dә әlbәt.
Alma, şabalıtı yeyәnә minnәt,
Hәr çadıra girsәn bir tağar oldu.
 
Dımıq qoyun әti manәndi-şәkkәr,
Basdırma, qovurma hәr şamü sәhәr;
Bala barmaq batırmayır gәdәlәr,
İnәk ayranından bimiqdar oldu.
 
Sәrasәr әhvalı şәrh etdim sizә,
Qәnimәtü yәğma çıxıbdır dizә;
Tarının bir lütfü budur ki, bizә,
Nә bir yağış yağdı, nә dә qar oldu.
 
Bu «Müqәddimә»dә lәtifәli şer Qarabağ atlılarının bir parasının haqqında yazdığı sözlәrdir ki, qoçaqlar döyüş vә davaya çәndan hәris olmayıb vә ad-san qazanmaq fikrinә düşmәyib, әsnayi-cәngdә ancaq öz canlarının qeydinә qalıblar:
 
O ki, bizim atlılardan bir para
Vermişdi özünü püşti-divara,
Nә dәğdәğә çәkdi, nә düşdü dara,
Bir az yoldaşından intizar oldu.
 
Bu mәktub vә bundan başqa bir çoxları Adolf Bercenin mәcmuәsinә daxil olmayıbdır.
 
Qasım bәyin әsrindә universitetdә tәhsil edәn vә darülfünunun tibb şöbәsindә mәlumat kәsb edәn tәbiblәr olmadığından, İrandan gәlәn vә öz vәtәnimizdә nәşvü nüma tapan Әzrail ortaqları çox imiş. Şair bunların hәcvindә dostlarından birisinә yazır:
 
Mәnә buyurmuşdun Qәlәyә gәlsin,
Yenә cuşә gәlib bәhri-iltifat.
Sәnin mәrhәmәtin, mәnim ixlasım
Mehri-münәvvәr tәk alәmә isbat.
 
Qalmışam aranda müddәti-mürur,
Tәbiәtә sәfra eylәyibdir zur;
İstәr idim olam azimi-hüzur,
Naxoşam, hәrәkәt eylәyib ixlat.
 
Bağır oğlu Mәmmәd, Mәşәdi Hacı,
Әliqulu, Müqim sәrimin tacı,
Hәr mәrizә eylәsәlәr әlacı,
Ehtiyatın görün, tez olur mәmat.
 
Tiryәk yedirirlәr hәr kim olsa diqq,
Heyzәdәn aldırır xuni-basәliq.
Yenә bu hal ilә o qövmi-zindiq --
Өzlәrin sanırlar Әrәstu, Bokrat.
 
Falicә verirlәr qürsi-tәbaşir,
Müstәsqayә abi-kasni-maşәir;
Mәrizin mәrәzi yәni çәkә dir,
Sahibin çaparlar üç qatü dörd qat.
 
Nüsxeyi-tibbdә «şeş» oxur «şiş»i,
Mәlamәtdәn yoxdur qәmü tәşvişi;
Tәşxisi-mәrәzdә hәmin danişi
Budur ki, canı var, tәrlәsә mirat.
 
Tәbiәti-harrә xalis әngәbin,
Qabizә süfufü yәhuda darçin,
Bәlğәmi-mizacә tüxmi-xiyarin --
Münasib bilirlәr daimül-övqat.
 
Mәrizin üstünә yetişәn mәhәl,
Dәrviş Kәlbi hazır olur әlbәәl
Qәdәmlәrin guya katibi-әcәl
Yazıbdır baisi-mövtü münacat.
 
Fisqlәri zahir manәndi-günәş,
Hәq bilir sözümdә yoxdu qәllü qәş;
Yolları hәr yerә düşsә, sayәvәş --
Yanlarınca gedәr «әyyühәssәlat».
 
Gah görürsәn bir-birilә tapışır,
Gah atlanıb hәr tәrәfә çapışır
Lәnü tәn bunlar ilә yapışır,
Necә ali-Mәhәmmәdә sәlavat.
 
Qәlәnin adamı yetdi yarıya,
Necә ki, qoyuna ac qurd darıya;
Az çәkәr ki, mәzar dәyәr yarıya,
Bu növ ilә eylәsәlәr hәrәkat.
 
Vilayәtә salıbdılar şurü şeyn,
Şәrbәt tәk içirlәr dәmül-әxәveyn;
Bunların yanında qatili-Hüseyn
Zimmәdәn bәridir ruzi-әrәsat.
 
Bir kimsәyә ariz ola sәdәmә,
Baxmazlar fәqirә, yoxsula, kәmә,
Qәdәm götürmәzlәr hәqqül-qәdәmә,
Ya on tümәn pul gәrәkdir, ya bir at.
 
İmalәdә yәdi-beyzalәri var,
Hәqq üçün bir ondan başları çıxar;
Mәrәzi-digәrdә, inanma, zinhar,
Vüqufları ola, heyhat, heyhat!...
 
Otuz il laәqәl gedib qoyuna,
Bilfel çobandı, baxsan boyuna;
Dağılmışda xub düşmüşük oyuna,
Yetәn olmadımı әhli-kәramat.
 
Sәn gör necә xәrab olub zәmanә,
Çәmәnli Cәfәr dә mәrdü mәrdanә,
O da tәbib olub girib meydanә,
Çölün çәngәlindәn yığıbdı qat-qat.
 
O ki, İsmailin saf azıb vazı,
Gahi yerdә qılar ölü namazı,
Gah tapıb özü tәk bir annamazı
İşә qoyar xah türkü xah tat.
 
Gәrәk bu cahandan eylәmәk hәzәr,
Өz yerindә deyil çünki xeyrü şәr,
Nә tәbib, nә alim, Zakir, müxtәsәr,
Axtarasan yoxdu bir niksifat.
 
Tәsәllütü yoxdur «Töhfә»yә әsla,
Bilmәz nәdir «Qarabadın» mütlәqa;
Ağızdan-ağıza öyrәnib әmma
«Tibbi-Yusifi»dәn bir neçә әbyat.
 
Zakirin әsrindәn bu haladәk az qalıbdır yüz sәnә tamam olsun, amma mәәttәәssüf, yenә dә bizim biçarә «qara camaat» vә avam xalq bu qisim tamahkar vә avam tәbiblәrin çәngindәn xilas olmayıblar. Bunlar әksәr övqat mәrәzi bilmәkdә, yatalağı zatül-cәnbdәn tәmyiz etmәkdә aciz qalıb, bir mәrәzin әlacü dәrmanını başqasının haqqında istemal edirlәr vә yatalağı müsri mәrәzlәrdәn hesab etmәyib, mәrizin qab-qacağını, rәxtixabını vә yatacaq mәnzilini ayırmırlar. Ol sәbәbdәn mәrәz sağlara da sirayәt edir.
 
Bu qisim avam vә zülmkar tәbiblәrin haqqında hәqir sabiqdә Bakıda nәşr olunan «İrşad» ruznamәsinin 1906-cı sәnәsindә çıxan 108-ci nömrәsindә «Әcәlsiz ölәnlәrimiz» sәrlövhәsi ilә uzun bir mәqalә yazmışdıq. Haman mәqalәdә mәrhum Zakirin burada dәrc olunan әbyatından bir neçәsini yazıb, şәrhi babında bunu da әlavә etmişdik ki, bizim mayeyi-hәyatımız olan dәhat әhli indi dә sahibsiz vә qeydkeşsiz cәhalәt alәmindә mütәhәyyir vә sәrgәrdan qalmaqdadırlar, sadәliklәri vә avamlıqları ucundan hәr qisim bәlalara düçar olmaqdadırlar.
 
Cümlә elm vә mәrifәt kәsb etmişlәrimizә borcdur ki, onların qeydinә qalıb, cәhl qaranlığından onları xilas etsinlәr; nicatü sәadәtә çıxmaqlarına yol göstәrsinlәr. Vәli çox әfsus ki, darülfünunlarda tәbabәt elmini kәsb etmiş olan müsәlman tәbiblәrindәn çox azı tapılar ki, kәndә getmәyi özünә qәbul elәsin. Әksәri şәhәrlәrdә qulluq edirlәr; o yerlәrdә ki, onlarsız da tәcrübәli vә haziq tәbiblәr az deyil.
 
Qara camaatımız yenә irәliki kimi bilkülliyyә elmsiz vә tәcrübәsiz tat ilә türk әlindәn -- ki, әlhәqq әcәl saqilәridirlәr,--badә nuş etmәkdәdirlәr. Camaat pulu ilә ali mәktәblәrdә elm vә bilik tәhsil edәnlәrimizin müqәddәs borclarıdır ki, avam xalqın imdadına yetişsinlәr vә әcәlsiz fövt olmaqlarına mane olsunlar.
 
Bundan әlavә, gәrәkdir әhi-qәlәmimiz tәbabәtә dair kitabçalar rusdan tәrcümә edib vә risalәlәr tәrtib qılıb, tavanalı şәxslәrin hәmiyyәti ilә çap etdirsinlәr vә mәccanәn xalq içindә intişar elәsinlәr. Bizim zәnnimizә görә, bimәzmun komediyalar vә mәişәtimizә әsla münasibәti olmayan kitabçalar yazmaqdan belә risalәlәr artıq faydalıdır. Belә kәndlәrdә vә müsәlman mәrkәzlәrindә әczaxanalar vә xәstәxanalar açmaq da himmәt vә mәrifәt sahiblәrinin baş vәzifәlәrindәndir.
 
Zakirin şüğlü vә sәnәti mülkәdarlıq vә maldarlıq olduğuna görә, övqatını özünә mütәәlliq Xızrıstan kәndindә әkinçilәr vә köçәrilәr ilә bir yerdә keçirәrmiş. Onlar ilә yaz vә qış müaşirәt vә müamilәt edib, bir havada, bir övzai-mühit içrә dolanıb, özü dәxi bir növ tәrәkәmәlәnmiş imiş. Onların ehtiyacını öz ehtiyacı vә onların şadlığını öz şadlığı, onların qara gününü öz qara günü hesab edәrmiş. Bu axır vaxta kimi bizim çöl bәylәrinin әksәri bu növ güzәran edirlәrdi. İndi bәylәr vә mülkәdarlar başqa sayaqda başlayıblar dolanmağı. Өz halal kәsblәrini vә gözәl şüğllәrini darğalara vә nökәrlәrә vagüzar edib vә kәndlәrini buraxıb şәhәrә köçüblәr; günlәrini bazarlarda, meydanlarda, qәhvәxanalarda vә klublarda boş vә bikar keçirmәkdәdirlәr.
 
Bәs, Zakir çox müddәt millәti arasında yaşadığı üçün onun dilini dәxi mükәmmәl surәtdә bilirmiş vә hәr nә ki, hissiyyat vә xәyalatından vücuda gәlibdir, tәmamisini öz camaatının mәişәtindәn götürübdür. Mәsәlәn, şair ömrünün sinnә dolmuş çağında qocalığından şikayәt edib, gözәl günlәrin bihudә sәrf olmasından vә daim şәrü şur ilә keçmәsindәn tәәssüf vә nalә edib deyir:
 
Әfsus, günüm keçdi şәrü şur ilә daim,
                               Gәldi dәmi-rehlәt.
Tutmuş hәlә dünyanı könül hirs ilә qaim,
                                Tәdbirinә lәnәt!
Getdi hamı hәmdәrdi-xoşәxlaqü mülayim,
                                  Qaldım mәni-hәsrәt.
Çöldә Әli bәy, Tәhdilidir Qәlәdә tayım,
                                   Onlar da kәmülfәt.
Çoxdur әdәdi fövt olanın, hansını sayım?
                                   Mәcmuuna rәhmәt.
 
Şairin xoşәxlaq vә mülayim dostları bәqa gülşәnindә seyr etdiklәri halda, özü dünyayi-dunu hirsü tamah ilә bәrk tutubdur, ondan әsla әl götürmәk istәmir. Dünyaya bu qәdәr aludә olmağı vә onun yaxasından iki әl ilә yapışmağı şair böyük bir qüsur vә nәfsin dәğdәğәsindәn zühura gәlәn alçaq bir sifәt bilib, onun tәdbirinә lәnәt oxuyur.
 
Şair çox qocalıbdır. Ağzında otuz iki dişdәn ancaq üç-dördü qalıbdır, onlar da laxlayır vә bir-birini tutmaz ki, bir şey çeynәyib uda bilsin. Hәtta öz arvadı da ona mәhәlgüzar olmur:
 
Müddәtdi düşüb diki-dәrunum saf әmәldәn,
                                            Әfsürdәçirağәm.
Bir loğmadan әfzun yemәzәm xövfü xәlәldәn,
                                            Bu barәdә dağәm.
Birәğbәt olub xahişim әtami-gözәldәn,
                                             Guya ki, naçağәm.
Fәrq etmәz idim bir zaman ayranı әsәldәn,
                                              İndi bu sayağәm.
Vay oldu ki, bir gün tükәnә qәnd ilә çayım,
                                              Alır mәni xiffәt.
 
Çün qocaların, xüsusәn, Zakirin әsrindә zindәganlıq edәn laqeyd vә tәnpәrvәr ağaların vә mülkәdarların ümdә fikir vә xәyalları yemәk vә içmәk olub, ol sәbәbә şair münasibi-hal deyir:
 
Batmış şikәmin aldı bizi heyvәrә fikri,
                                    Doymalı deyil bu.
Qış aş, plov dәğdәğәsi, yaz kәrә fikri
                                    Bağrımız edәr su.
Köç vaxtı ulağ kәmliyi, dağü dәrә fikri,
                                    Olmaz belә qiyqu.
Ta çәnd otaq dәrdisәri, pәncәrә fikri,
                                     Әndişeyi-bahu.
Yekdir ki, lәhәd küncü ola köşkü sәrayım,
                                      Sәrmәnzili-xәlvәt.
 
Çöl bәylәrinin vә ümumәn kәnd әhlinin işlәri artıcaq çәtinә düşür. Qış fәsli bәrk gәlәndә, çovqunlu vә qarlı ruzigar әsәndә bir yandan azuqә azalır, bir yandan ot-әlәf tükәnib çarpa arıq düşür, bir yandan da odun tapılmır. Hәr adam örkәn vә çatı götürüb, odun dalısınca kola-kosa tәrәf yüyürürlәr. Bir növ şuriş vә vәlvәlә düşür ki, guya qiyamәt bәrpa olubdur.
 
Çöl xalqının belә pәrişan halını şair ziyadә mәharәt ilә nәzmә çәkir, sanki onlar göz önündә durublar. Şairin öz kәlamına rücu edәk:
 
Çöl xәlqinә bir il gәlә gәr qış gәlә qatı,
                                     Lağәr düşә çarpa.
Yeksәr qarışır bir-birinә türk ilә tatı,
                                      Aşuradı guya.
Hәr kәs götürür dәstinә bir örkәnü çatı,
                                       Hiyzüm qıla peyda.
Gözlәr ki, bitib ot, kökәlә camışü atı,
                                       Arxayın olub ta.
Gәh-gәh deyә, ey ilxıçı, qırxıldımı dayım?
                                        Nә eyş, nә rahәt?
 
Qasım bәyin başqa qisim әşarü asarına gәlәndә kәmali-cürәt ilә demәk olar ki, bunların dәxi tәmamisi eybü nöqsandan xali, ziyadә mövzun vә hәqiqi hissiyyatdan nәşәt etmiş kәlamlardır. Onlardan nümunә olaraq bir neçәsi burada dәrc olunur.
 
MÜXӘMMӘSİ-ZAKİR
 
Görün bu çәrxi-dunpәrvәr nә babәt ruzigar eylәr,
Çәkib ağuşuna hәr nakәsi kamil әyar eylәr,
Xilaf әhlin sәrәfraz, әhli-sidqi xaksar eylәr,
Mәnim könlüm rәqibin tәnәsindәn çox qübar eylәr,
Açıb dәrdi-dili-pünhani xәlqә aşikar eylәr.
 
Açıb ibrәt gözilә bir nәzәr qılsan bu dövranә,
Hücumi-mәsiyәt rәxnә salıbdır mülki-imanә,
Olub ifritәpәrvәrlik dәxi yaği Süleymanә,
Pәrilәr taәt eylәr sidq ilә quli-biyabanә,
Görәn fәrzanәvu aqil necә sәbrü qәrar eylәr.
 
Olubdur xәlq zalım, qәlb xain, qәflәt әyyami,
Edirlәr fisq zahir, kimsә çәkmәz xövfi-bәdnami,
Deyәrlәr qaziyә böhtan, bәzәrlәr şeyxülislami,
Soran yoxdur münәccimdәn: nәdir bu әmrin әncami --
Ki, hәr mahi-mәhәrrәmdә bular bir sәngsar eylәr?
 
Oturmuş makiyan indi xorusun xanәdanında,
Şükuhi-sәltәnәt etmiş dәxi xan xanimanında,
Qәrәz, bir xarü xәscә sayә yoxdur asitanında,
Qәza bu növ ilә şahbazı axır aşiyanında --
Salıb dami-bәlayә, aşiyanın tar-mar eylәr.
 
İlahi-görmәsin gözlәr bu әhvalı ki, mәn gördüm!
Süleyman barigahın payimali-Әhrimәn gördüm,
Mәvalilәr müsәllasın kinişti-bәrhimәn gördüm,
Nişimәngahi-tәrlanda, xudavәnda, dünәn gördüm --
Yığılmış bir neçә zağü zәğәn hәr yan şikar eylәr.
 
Dönüb vәzi-zәmanә, fәrq edәn yox ziştü zibani,
Seçәn yoxdur müsәlmandan yәhudü gәbrü tәrsani,
Zühur et, ey şәriәt tәxtinin şayәstә sultani,
Götür bürqә cәmalından, münәvvәr eylә dünyani,
Qalıb zülmәtdә alәm, göz yolunda intizar eylәr.
 
Sәmumi-sәrsәri-dövran pozubdur bağ növrağın,
Çәmәndә dağıdıb bәrqi-hәvadis sәbzә yığnağın,
Edib viranә takın bar içindә zәrnişan tağın,
Gülün fәrş eylәyib badi-xәzan sәhrayә övrağın,
Görüb biçarә bülbül arizuyi-novbәhar eylәr.
 
Tәrәhhüm görmәdim munda mәn ol bimehr canandan,
Dәyәndә sinәmә yüz min xәdәngü tir müjgandan,
Pәrivәşlәr mәgәr sormaz xәbәr hali-pәrişandan,
Görünmәz xiymeyi-Leyli, köçüb getmiş biyabandan,
Qalıb Mәcnuni-sәrgәştә, qan ağlar, ahü zar eylәr.
 
Tәriqi-eşqdә mәn olmuşam Fәrhadә hәmpәhlu,
Deyil vaqif mәnim halımdan ol Şirin-rәhi-bәdxu,
Rәqibi-bimürüvvәtdәn, bilir hәq, çәkmәzәm qayğu,
Deyirlәr әhli-eşqә cövr olur, әğyardәndir bu,
Yalandır, aşiqә hәr zülm olursa, bil ki, yar eylәr.
 
Tәğafül bilmәzәm mәn xubrulәrdә nә adәtdir --
Ki, çәkmәzlәr qәmi-üşşaqı bir dәm, bu nә söhbәtdir?
Qәrәz, bir guşeyi-çeşm ilә baxmaq eyni-dövlәtdir,
Bәlalı başlar üzrә sayә salmaq çox sәadәtdir,
Mәhәbbәt görsә aşiq, yar yolunda can nisar eylәr.
 
Hәzәr qılsın görәn kәslәr, bu nә mәğşuş dövrandır,
Bu dövranda onunçün kim, gәdavü şah yeksandır,
Әgәr künci-fәraqәt istәsәn, bir gәnci-pünhandır,
Şikәstә Zakirәm, könlüm mәrizi-dәrdi-hicrandır,
Әlaci-dәrdimi axır mәnim ol hәştü çar eylәr.
 
Qasım bәyin bu kәlamı Molla Pәnah Vaqifin «Mәn cahan mülkündә mütlәq doğru halәt görmәdim» şerilә başlanan müxәmmәsinә mәnәn çox oxşayır. Hәr iki şair ruzigari-kәcrәftarın vә dövrani-dunpәrvәrin qәddaranә gәrdişindәn ahü nalә edib, öz әsrlәrinin keyfiyyәti-halını bәyan qılırlar. Hәr iki şair batilin haqqa, әyrinin doğruya, mәsiyәt vә şәrarәtin zöhdü tәqvaya, zülmati-cәhalәtin nuri-hidayәtә, büxlü hәsәdin mürüvvәt vә әdalәtә, çirkinliyin hüsnü lәtafәtә qalib gәlmәsini müşahidә vә müayinә edib, alitәblәri dәnilәr vә şәyyadlar pәncәsindә dәstgirü mәğlubü pәrişanhal görürlәr. Sahibi-şәriәtә vә hadiyi-hidayәtә üz çöndәrib, ondan kömәk dilәyirlәr.
 
Vaqif deyir:
 
Ya imamәl-insü vәlcinnü şәhәnşahi-ümur,
Getdi din әldәn, bu gündәn böylә sәn eylә zühur,
Qoyma kim, şeytani-mәlun eylәsin imanә zur,
Şöleyi-hüsnünlә bәxş et tazәdәn dünyayә nur.
Kim, şәriәt mәşәlindә istiqamәt görmәdim!
 
Zakir deyir:
 
Dönüb vәzi-zәmanә, fәrq edәn yox ziştü zibanı,
Seçәn yoxdur müsәlmandan yәhudü kәbrü tәrsanı,
Zühur et, ey şәriәt tәxtinin şayәstә sultanı,
Götür bürqә cәmalından, münәvvәr eylә dünyanı,
Qalıb zülmәtdә alәm, göz yolunda intizar eylәr.
 
Vaqifin şikayәti mәhz Adәm atanın çiy süd ilә pәrvәriş tapmış övladındandır. Zәmanә onları bietibar vә bimürüvvәt edibdir. Xeyir әvәzinә şәr, yaxşılıq әvәzinә pislik, düzlük yerinә әyrilik etmәyi özlәrinә şüar ediblәr. Vaqif dünyayi-dundan sair mәxluqa yetişәn afәtü bәladan bir növ imani-nәzәr qılıbdır. Amma Zakir öz fәna halı ilә mәәn gülüstanın solmuş bağ vә bağçasına vә sәhra-çәmәnin pozğun halına vә pәrişan övzaına diqqәt yetirib, öz hüznü әlәminә onları da şәrik edir. Necә ki, şair hali-dilini xeyrü sürura tәbdil etmәk üçün «şәriәt tәxtinin şayәstә sultanı»nı arzu edir, habelә dә gülüstan vә çәmәn qәzәlnәvası bülbülün dilindәn bahari-alәmaranın tez yetişmәsini ilhahü tәmәnna elәyir. Әzbәs ki, sәmumi-sәrsәri-dövran bağü sәhranın nizamü növrağını pozubdur:
 
Sәmumi-sәrsәri-dövran pozubdur bağ növrağın,
Çәmәndә dağıdıb bәrqi-hәvadis sәbzә yığnağın,
Edib viranә takın bağ içindә zәrnişai tağın,
Gülün fәrş eylәyib badi-xәzan sәhrayә övrağın,
Görüb biçarә bülbül arizuyi-novbahar eylәr.
 
Yenә müxәmmәsi-Zakir:
 
Nә xoşdur dövri-ruyindә müsәlsәl ol qәra zülfün,
Sәrasәr hәr biri üşşaqә bir dami-bәla zülfün,
İki şәhmarә bәnzәr gәnci-hüsnündә düta zülfün,
Bulanır hәr tәrәf, qovlar mәni әfinüma zülfün,
Nәdәndir, bilmәzәm, әfsunә gәlmәz mütlәqa zülfün.
 
Tutubdur sәhni-duşindә arasın hәm solü sağın,
Enib payindә övsafın edәr tәqrir yaylağın,
Pәrişan etmisәn cәmiyyәtin düzmәk bu yırnağın,
Әcәbdirmi çәkәndә rövşәn eylәr çeşmin üşşaqın,
Dәmadәm xaki-payindәn götürmüş tutiya zülfün.
 
Sürahi gәrdәnin, әmma miyanın özgә babәtdir,
Qiyamәtdir qәdin, әmma bәsi biistiqamәtdir,
Hәzәr qıl bәdnәzәrdәn, gәzmә bipәrva, әmanәtdir,
Soruşdum şanәdәn: zülfә pәrişanlıq nә adәtdir?
Dedi ki, xoş bilir mәndәn işin badi-sәba zülfün.
 
Uca şanlılara, ey dil, yaraşır kәmtәrin olmaq,
Sәadәtdir hәmişә sahibi-caha qәrin olmaq,
Deyil, söylәşmәk ilә mümkün әsla nazәnin olmaq,
Bilib üftadәlikdәndir cahanda sәrnişin olmaq,
Budur vәchi düşәr pabusuna misli-gәda zülfün.
 
Nәsimi-sübhdәn rüxsari-al üzrә siyәh tellәr
Sanasan pәr açıb, zağü zәğәn gülşәndә seyr eylәr,
Өzü pür-piç, ucları, dümi-әqrәb kimi çәnbәr,
Uzandıqca uzanır ömrü, yoxsa, ey pәripeykәr,
İçib lәli-lәbindәn Xızrvәş maül-bәqa zülfün?
 
Dolannam başına şamü sәhәr manәndi-pәrvanә,
Demәzsәn bir görün necә keçir әhvali-divanә,
Bu qәdr cövrü zülm insan edәrmi, zalım, insanә?
Nә müddәtdir düşübdür dәlvi-dil çahi-zәnәxdanә,
Nola çәngal ilә bir dәm çәkә müşgülgüşa zülfün.
 
Kәmali-hüsndür gisuyi-mişkin sәfheyi-rudә,
Ziyası әncümün әfzun olur şami-qaranqudә,
Su içrә bir siyәhgun marә bәnzәr әksi güzgudә,
Cәfasından deyil hindü hәbәş bir lәhzә asudә,
Xәtasından deyil eymәn dәxi Çinü Xәta zülfün.
 
Cahan içrә sәnin tәk dilbәri-xoşxәttü xal olmaz,
Sәmәnbu, mahru, şәkkәrşikәn, şirinmәqal olmaz,
Süxәnçin olmayan alәmdә, mütlәq, payimal olmaz,
Arasında belin mucә kәmәrlә qilü qal olmaz,
Miyanzәnlik tәriqin ortaya ta salmaya zülfün.
 
Şikәstә Zakirәm, nәsri bilirdim cümlәdәn әfzun,
Düşәndә rişteyi-nәzmә çәkәrdim bәs düri-mәknun,
Künun sövdayi-eşqi bir mәhin etmiş mәni Mәcnun,
Dәxi mәndәn tәvәqqe etmәsin әşari-xoşmәzmun,
Edәr әhvalımı dәrhәm qәmi sübhü mәsa zülfün.
 
Müәşşәrat növi kәlamından birisinin iki әvvәlinci vә bir axırıncı bәndlәrini burada yazmaqla iktifa edirik. Ortadakı iki bәndlәri bәzi sәbәblәrә görә buraxırıq. Şair özü dә әndazәdәn çıxmağa müqirr olub deyir:
 
Dilbәrin seyrә çıxmaq babında:
 
Küstaxlıq oldu, mәnә düşmәzdi bu әsla,
                        Endim çox aşağә....
 
Zakirin müәşşәr kәlamı:
 
Әzm etdi sәhәr naz ilәn ol sәrvi-dilara
                        Seyr etmәyә bağә,
Ta yetdi xәbәr, әhli-çәmәn oldu mühәyya
                        Yeksәr bu sorağә.
Şәbnәm birlә yüz göz açıb hәr çiçәk
                        Keçdi solü sağә.
Ruxsarına әvvәlcә edim diyü tәmaşa
                        Gül çıxdı budağә.
Payinә nisar etmәk üçün laleyi-hәmra
                        Dürr tökdü tabağә.
Sәrmәst gözün görgәc özün nәrgisi-şәhla
                        Bәnzәtdi naçağә.
Pişvazına şümşadü sәnubәr, dәxi tuba
                        Dik durdu ayağә.
Tutdular o şahi-şәrәfin cümlә sәrapa
                        Yolunu çirağә.
Hәr birisi bir töhfә ilә yeksәrü yekca
                        Daşlandı qabağә.
Kimdir ki, nisar eylәmәyә varını aya,
                        Ha böylә qonağә?!
Xacә, belә sövda, belә bazar әlә düşmәz,
                        Fәrş eylә dükanı.
Bu sayiqi-sadә, meyi-gülnar әlә düşmәz
                        Novruz zamanı.
Hәm mütribü ney, çәngü dәfü tar әlә düşmәz,
                        Sür eyşi-cәvanı.
Çün dövr müxalifdi digәr yar әlә düşmәz,
                        Çaldır aşuranı.
Ver şüğlünü Şәhnazә ki, zinhar әlә düşmәz,
                        Çәk övcә sәdanı --
Dügahü Segah, iç meyi, tәkrar әlә düşmәz
                        Gәrm eylә hәvanı.
Ahәngi-sәfabәxşü xoşәtvar әlә düşmәz,
                        Çün әhli-İranı --
Axtarmaq ilә mövsümi-gülzar әlә düşmәz,
                        Azәrbaycanı.
Hicazә, Nişaburә onu eylәmә hәmta,
                        Hәm mülki-İraqә.
Zakir, tәlәbi-rifәt ilә olma cigәrxun,
                        Ver halına tәğyir.
Hәr vәqt qәmi-dәhr sәni etsә digәrgun
                        Aşüftәvü dilgir,
İç saqiyi-gülçöhrz әlindәn meyi-gülgun,
                        Heç eylәmә tәqsir.
Bir vasitәdir dәfi-qәmi-dәhrә bu mәcun,
                                  Lazımdımı tәqrir?
Ol vәchdәn eylәrlәr ona rәğbәti-әfzun,
                        Hәm novrәsü hәm pir --
Kim, birdir onun bәzmiara müflisü Qarun,
                        Nә fәrq, nә tövfir.
Gördüm yazılıbdır qәdәh üstündə bu mәzmun --
                        Kim, badәdir iksir.
Feyzindәn olur zar gәda, sahibi-milyon,
                        Hәm şahi-cahangir.
Gәr cәm oluban eylәyә Loğmanü Fәlatun --
                        Yüz fikr ilә tәdbir,
Bir çarә meyi-nabdәn özgә dәxi qәta --
                        Yox dәrdi-fәraqә.
 
Bu müәşşәri-müstәzadında Zakir muğamatların bir çoxunu cinas sәbkindә zikr qılıbdır. Bu qisim şer demәkdә onun artıq mәharәti var imiş. Onun tәcnislәrindәn bir neçәsi aşağıda yazılacaqdır.
 
Qәzәliyyata gәldikdә, demәk olar ki, Qövsidәn sonra Zaqafqaziya şüәrası arasında Zakirdәn gözәl vә xoşmәzmun qәzәl yazanı olmayıbdır. Qәzәl yazmaqda mәrhumun yәdi-beyzası var imiş. Onlardan bir neçәsini oxucuların nәzәri-mәrhәmәtlәrinә tәqdim edirik ki, özlәri mütaliә buyurub vә qeyrilәrin bu növ kәlamları ilә tutuşdurub, tәşxis vә tәmyiz etsinlәr.
 
Qәzәli-Zakir:
 
Hüsni-nigar әhli-nәzәr afitabıdır,
Qoymaz, nә sud, görmәyә, gisu sәhabıdır.
 
Tәbxi-qәza üçün mücәmi yandırın -- dedim,
Tәbbaxi-yar tulladı kim, çubi-abıdır.
 
Badi-sәhәrlә nikhәti-zülf üstә şanәnin --
Өmri-dirazdır arada inqilabıdır.
 
Pamal olursan, etmә sәrazir, çox dedim,
Tutmadı zülf pәndimi, çәksin, әzabıdır.
 
Qәmzәn xәdәnginә çәkib üşşaq bağrını,
Guya hәlal mürci-şikarı kәbabıdır.
 
Lәb şәhdi-әngәbin, xәti-novdur sipahi-mur,
Qәd sәrvi-bağ, kakili-mişkin qürabıdır.
 
Püstani-yardır görünәn çaki-sinәdәn,
Ya cәnnәt içrә çeşmeyi-Kövsәr hübabıdır?
 
Dün sübh şanә sәxt dәyib tari-zülfünә,
Dildә hәnuz şol әsәrin piç-tabıdır.
 
Buyi-vәfa verir, necә mәn ondan әl çәkim?
Gülgun sirişk bәrgi-mәhәbbәt gülabıdır.
 
Gәr qәtli-am istәsә mücgani-çeşmi-mәst,
Qövsi-qüzeh qaşın ona tiri-şәhabıdır.
 
Gül dәftәrin tökübdü sәba, zahirәn bu gün
Biçarә bülbülün yenә baqi hesabıdır.
 
Өvraqi-lәlin açmağa etdim hәvәs, dedi:
Bilmәzsәn onu, elmi-müәmma kitabıdır.
 
Saqi, şәrabi-nabını get qeyrә әrz qıl!
Zakir o şux nәrgisi-mәstin xәrabıdır.
 
Qәzәli-Zakir:
 
Dün hökm qıldı qәtlimә ol şәh itab ilә,
Şad eylәdi gәdasını bu xoş cәvab ilә.
 
Olsun qara günü görәlim qanlı qәmzәnin,
Өldürmәdi mәni, yenә qoydu әzab ilә.
 
Zülfi siyahlәr qәmini şam ta sәhәr --
Өmri-dirazdır çәkirәm piçü tab ilә.
 
Gündüz üzün qәmi, gecә zülfün keşakeşi,
Asayişim nә xurd ilә hasil, nә xab ilә.
 
Өldürmәsәn, nә sud mәnә bәrqi-tiğdәn,
Mümkün deyil ki, sir ola tәşnә sirab ilә.
 
Ol gül üzardә әrәqin xoş sәfası var,
Türfә budur ki, saziş edәr atәş ab ilә.
 
Zakir o şux nәrgisi-mәstin xәrabıdır,
Ha böylә sәrxoş olmaq olurmu şәrab ilә?
 
 * * * * * *
 
Cahan içrә mәnim bir sәngdil, bimehr mahım var,
Büti-peymanşikәn, bir şuxçeşmi-kәcnigahım var.
 
Yolunda dürrlәr sәrf elәyibdir mәrdümi-çeşmim,
Olurmu göz-gözә danmaq, iki adil güvahım var.
 
Nigarım zülf tәk qoymaz düşәm pabusuna bir dәm,
Pәrişan halım ondandır, әcәb bәxti-siyahım var!
 
Mәnә mehrabü mәnbәr vәsfini tәkrar edәn vaiz
Utanmazmı, baxıb görsә bu surәt qiblәgahım var?
 
Könül şәhrin çapıb yәğmaladı qәm lәşkәri, Zakir,
Neçün imdad qılmaz, bәs deyirdin padşahım var?
 
 * * * * * *
 
Dün eylәdim nәzarә bәsi lalә dağına,
Gәlmәz o dağ daği-dәrunum ayağına.
 
Gәlmişdi bәhsә teyyi-mәrahil edib günәş,
Qoydu ruxün yetәn kimi eynin bucağına.
 
Bir pakzadi-nadirәsәn, almayıb hәnuz
Sәn kimi tifli madәri-kiti qucağına.
 
Ver guşmal möhrә ki, çox xudnümalәnir,
Әzbәs ki, bir pul adı dәyibdir qulağına.
 
Әzmi-çәmәn qılıb bu gün ol sәrv, qorxuram
Bәrki-hәnavü gül dolaşa әl-әyağına.
 
Өmri-dirazdır çәkirәm zülf rәncәsin,
Bir tari-muyi keçmәdi könlüm darağına.
 
Әksi-lәbin sәadәtini bulmasaydı mey,
Meyl eylәmәzdi hiç kәs ol qan çanağına.
 
Versin, nә növ hadisә üz versә Zakirә,
Müşküldü sәbr yari-әzizin fәrağına.
 
  * * * * * *
Can cilvәlәnir qamәti-mövzunu görәndә,
Dil tazәlәnir arizi-dilcunu görәndә.
 
Zәnciri-cünunә birә yüz rәğbәtim artar,
Ruxsarı üzә zülfi-pürәfsunu görәndә.
 
Pürpiç oluram hәr dәm oda düşmüş ilan tәk
Ol arizi-gülnardә gisunu görәndә.
 
Dağıldı xiridari-qәmi-eşqin olanlar,
Bu mәrdümi-çeşmim tökәn altunu görәndә.
 
Gәlmişdim edәm mәrdümi-çeşminlә müdara,
Bildim ki, düzәlmәz bu iş әbrunu görәndә
 
Xunxarәliyi eyb deyil nәrgisi-mәstin,
Hәr kim ola, qaynar qanı gülgunu görәndә.
 
Ey әhli-hünәr, cәm deyil Zakir hәvası,
Eyb eylәmә şerindәki mәzmunu görәndә.
 
  * * * * * *
 
Fәsli-bahar gәldi, könül, künci-bağ tut.
Möhnәt bizi ayaqladı, bir dәm әyağ tut.
 
Tәsbih tarını neçә gün alma dәstinә,
Dәsti-lәtifi-saqiyi-simin sağ tut.
 
Tök cami-zәrnigarә şәfәqgun badәni,
Yәni fәraq şamına rövşәn çirağ tut.
 
Zar eylәmişdi xalqı fәğanü nәvalәrin,
Bir gәz özün dә nayü nәvayә qulaq tut.
 
Өz adәtincә hәr kәsә versәn şәrabi-nab,
Növbәt mәnә yetәndә, әzizim, çanağ tut.
 
Çәk yanına tәmamiyi-tәqvavü taәti,
Şәbanın axirinәcәn bizdәn qıraq tut.
 
Zakir, köç eylә, mәnzili-mәqsudә vasil ol,
Dünyanı bir ribat, özünü bir qonaq tut!
 
Zakirin vәsfi-dilbәr vә mәdhi-gözәl babında yazdığı mürәbbeat vә qafiyәlәr Molla Pәnah Vaqifin әşarı kimi açıq vә sadә dildә yazılmış, tәbii hissiyyatdan vә dәruni zövqdәn vücuda gәlmiş kәlamlardır. Onlardan bir neçәsi nümunә üçün aşağıda yazılır.
 
Qarabağ hakimi Mehdiqulu xanın kәrimeyi-aliyәsi Xurşidbanu bәyimin naxoşluğu halında yazdığı kәlam:
 
Ey bürci-sәltәnәt mahi-әnvәri,
Düşmәyәsәn görüm ziyadәn sәni!
Gecә-gündüz hәqdәn budur dilәyim
Hifz elәsin yaman bәladәn sәni!
 
Sipehri-bәrinin hilalı sәnsәn,
Şәrafәtdә mәlәk misalı sәnsәn,
Gülşәni-Xәlilin nihalı sәnsәn,
Barvәr istәrәm xudadәn sәni.
 
Mәsihi çıxardan övci-әlayә,
Salan üftadәlәr başına sayә,
Yetmişdә İshaqı verәn Sarayә,
Qurtarsın bu rәncü inadәn sәni.
 
Bәstәri-möhnәtdә bixürdü bixab,
Kimdir, aya, razı çәkәsәn әzab,
Ol saqiyi-Kövsәr eylәsin sirab,
Әzizim, daruyi-şәfadәn sәni.
 
Çubi-Çini nәdir, qiblәsәn, nәsәn,
Tәәccüb eylәrәm bu әhvalә mәn;
Dәstgirin olsun Hüseynü Hәsәn,
Fәrağәt olasan cәfadәn sәni.
 
Sәqfi-sәrayını, ey güli-novrәs,
Hәddi nәdir edә nişimәn mәkәs?
Tәrcih verә gәrәk aqil olan kәs
İsmәtdә yüz huriliqadәn sәni.
 
Tikilәn evlәrә atandır sәbәb,
Payәndazın olsa canlar nә әcәb!
Cami-bәzmi-eyşin daim lәbalәb,
Qalmayasan zövqü sәfadәn sәni!
 
Bu nә keyfiyyәtdir, bu nә macәra,
Rәyincә dolanmaz tәqdiri-qәza?
Pәdәri-mәrhumun hәr sübhü mәsa
Günilәrdi badi-sәbadәn sәni.
 
Şikәstә Zakirә veribsiz әmәk,
Әmәk bilmәyәni kor etsin nәmәk!
Neçә ki, baqidir hәyatı, gәrәk
Unutmaya xeyir-duadәn sәni.
 
Bu kәlamdan anlaşılır ki, şairin Xurşidbanuya artıq ixlas vә iradәti var imiş ki, belә xoşmәzmun vә gözәl şerlәr ilә ol sәltәnәt bürcünün mahi-münәvvәrini tәrif vә tövsif qılıbdır. Xurşidbanu bәyim isә hәqiqәtdә nәcabәt vә hüsni-mәlahәtdәn maәda elm vә kәmalı ilә dәxi öz zamanının bәrgüzidәsi olub, hәr qisim tәrifü tәhsinә layiq bir vücud idi vә özünün dә tәbi-şeriyyәsi var idi. Bir çox gözәl qәzәllәri vardır ki, öz mövqeyindә onlardan bәhs olunacaqdır.
 
Zәmanә Zakirin yarını pәrişan vә digәrgun etmәyi barәsindә:
 
Dün düşdü güzarım yarın kuyinә,
Dәrdü qәm çövrәsin alıbdı gördüm.
Soruşdum әhvalın, cavab vermәdi,
Gözlәri yaş ilә dolubdu gördüm.
 
Ahü zar çәkmәkdәn yox olub varı,
Ayinәsin tutmuş möhnәt qubarı;
Әyyami-xәzana dönüb baharı,
Saralıb gül rәngi, solubdu gördüm.
 
Kamana dönübdü qamәti-mövzun,
Әhvalını fәlәk edib digәrgun;
Gecә-gündüz ağlamaqdan әşki-xun
Almas kipriklәri yolubdu gördüm.
 
Hanı ol mәn görәn әhmәr yanaqlar,
Müsәlsәl giysular, nәrmin buxaqlar?
Tәravәtdәn düşüb qönçә dodaqlar,
Deyib-danışmaqdan qalıbdı gördüm.
 
Zakir, xarab olsun belә zәmanә,
Hәmişә yaxşılıq verir yamanә:
Yar ilә qolboyun gәzdiyim xanә --
Dağılıbdı, bәrbad olubdu, gördüm.
 
Yarın fәraqü hәsrәtindә yazdığı qafiyәlәr:
 
Qadir allah bir dә sәbәb salaydı,
Bәyaz çәbinindә tağı görәydim.
Sürtәydim üzümü gülgәz yanağә,
Siyah zülfü, tәr buxağı görәydim.
 
Sәs-sәsә verәydi hәzarә bülbül,
Düşәydi payinә bәnәfşә, sünbül;
Xuraman-xuraman, әllәrindә gül
Gәzәydik hәr tәrәf bağı, görәydim.
 
Bu dövran dolanıb, zәmanә dönә,
Tarının kәrәmi olaydı mәnә;
Oturub sәninlә dizbәdiz yenә --
Deyib, gülüb, danışmağı görәydim.
 
Dәrdü qәm çәkmәkdәn qan olub cigәr,
Gәtirәn yox nazlı yardan bir xәbәr;
O qәdәrә ölmәyәydim, müxtәsәr,
Yenә o gördüyüm çağı görәydim.
 
Zakirәm, çәkәrәm cövrü cәfanı,
Yadlar ilә sürәr zövqü sәfanı;
Nә gәrәk sevәydim ol bivәfanı,
Nә dә belә hicran daş görәydim.
 
Vәsfi-dilbәr babında yazılmış qafiyәlәr:
 
A lәblәri badә, ağzı piyalә,
Bir söz desәm, olma bidәmağ, sana!
Dolanım başına, daha yaraşmaz
Yadlar ilә deyib-danışmaq sana.
 
Әcәb bihәyadır çәrxi-kәcrәftar,
Hәr ayda bir hilal eylәr aşikar;
Şәksiz sәnin ilә әdavәti var,
Onunçün göstәrir qaş-qabaq sana.
 
Mәdәnisәn felin, nazü qәmzәnin,
Bәrabәrin yoxdur alәmdә sәnin
Tәhrik eylәmәsә sәba, qönçәnin --
Ağzı nәdir aça dil-dodaq sana?!
 
Cәvahir qolbaqlar bәyaz bilәyi --
Gahi qucar, gahi eylәr hәnәyi;
Behiştin hurisi, göyün mәlәyi --
Yetişmәz, yüz çala әl-ayaq sana.
 
Zakirәm, eylәdin әqlimi zail,
Olmaz belә surәt, belә şәmayil;
Elә mәn deyilәm hüsnünә mail,
Göz dikibdir tamam Qarabağ sana.
 
Tәcnisi-Zakir:
 
Өmürlәr sәrf edib, canlar üzmәmiş
Hәmdәm olmaz, ey dil, oturan sana.
Mәnzili-mәqsudә yetmәk istәyәn
Hәzrәti-Musa tәk o Turan sana.
 
Cigәr yandı hәrarәtdәn yәx arac,
Şirin canım qәm oduna yaxar ac;
Zülfün alır Hindü Çindәn ya xәrac,
Bәndeyi-fәrmandır o Turan sana.
 
Sәn ağasan, mәnәm sәnin öz gәdәn,
Dil mürğünә verә bilmәz özgә dәn;
Dәli könül, umub-küsmә özgәdәn,
Alәm bilir odur ot uran sana.
 
Uca dağlar dәrdim ilә yar olmaz,
Bir sinәyә ox dәymәsә, yarılmaz;
Әbәs yerә cәfa çәkmә, yar olmaz --
Rәqib ilә durub-oturan sana.
 
Görmәmişәm zülfün kimi tәrlanı,
Xәstә cismim şәfa tapar tәrlanı,
Zakir, qәsdin tutmaq isә tәrlanı,
Çәkilib bir küncә otur, an sana.
 
Zakirin bu qisim tәcnislәri az deyil. Biz ancaq birini yazmağa iktifa etdik. Tәcnislәrdә mәna lәfzәn gözәl mәdhindә tәrtib olunmuş qafiyәdirlәr vә lakin bәzi lәfzlәrin tәlәffüzdә bir-birinә şәbahәti vә oxşayışı çox isә dә, mәnaları ayrıdır vә bir parası çox çәtinlik ilә fәhm olunur. Bu cür kәlamlar şairin vәtәn dilini yaxşı bilmәyinә şәhadәt verir. Farsların ... Sәdisi vә rusların Puşkini öz ana dillәrinin ustadı vә xaliqi mәnzәlәsindә olduğu kimi, Zakirdә Azәrbaycan türklәrinin ustadi-lisanı olmağa haqlıdır. Dilimizin hәr qisim üslub vә şivәsinә vә tәrzi-mükalimәsinә bәlәd vә aşina olduğu mütәәddid әsәrlәrindәn görünür.
 
Әgәrçi Zakirin nәsr ilә yazdığı bir әsәr dә olsa, biz tәsadüf etmәdik, vәli bәzi şәxslәrin rәvayәtinә görә, Mirzә Fәtәli Axundov tәrtib qıldığı «Hacı Qara» komediyası Qasım bәyin nәticeyi-xәyalatıdır ki, nәsr ilә yazıb mirzeyi-mәrhuma tәqdim edibdir. O dәxi mәzkur vaqeәni «Sәrgüzәşti-mәrdi-xәsis» ünvanı ilә indiki dona salıbdır. Bu qövlün haqq vә batil olmasını ravinin öhdәsinә hәvalә edirik596. Amma şair özü dә nәsrә mahir olmasını bir kәlamında yad edir:
 
Şikәstә Zakirәm, nәsri bilirdim cümlәdәn әfzun,
Düşәndә rişteyi-nәzmә çәkәrdim bәs düri-mәknun,
Künün sövdayi-eşqi bir sayaq etmiş mәni mәğmun,
Dәxi mәndәn tәvәqqe etmәyin әşari-xoşmәzmun,
Edәr әhvalımı dәrhәm qәmi sübhü mәsa zülfün.
 
Başqa bir şerindә Zakir öz tәbiәti-şeriyyәsinin vәsfindә mәşuqәsinә xitabәn deyir:
 
Qoyma әğyarı sәri-kuydә mәva tutsun,
Aşiqi-sadiqini bülbüli-şeyda tutsun.
Zakirin kimi onun sövti-qәzәlxanımı var?
Tәbi-mövzunumu var, şeri-nümayanımı var?
Eşidәn incir onun tәrzi-nәvasın görcәk,
Şivәsi cәngü cәdәl, nalәvü әfğanı kәlәk.
 
Bununla belә Zakir sair şüәra kimi özünü çox öyüb tәrif edәn vә tәbiәti-şeriyyәsi ilә iftixar edәn şairlәrdәn deyil vә bilәks özünün üftadә vә şikәstә nәfs vә әhli-tәvaze olduğunu bir çox asarında zikr qılır vә әksәriyyәtәn qәzәllәrinin axırını «şikәstә Zakir» demәklә xәtm edir:
 
Qәmü möhnәt yükün alәmdә yoxdur çәkmәyәn, әmma --
Şikәstә Zakirin çәrxi-fәlәk barın giran tutmuş.
 
Matәmi-seyyidüş-şühәda vә әhvalati-cansuzi-Kәrbәla Zakirә, müttәqi vә övladi-rәsul olduğu üçün, ziyadә tәsir edәrmiş. Bu cәhәtә ol mәrhum bir neçә növhәlәr bu qissәyә dair inşad qılıbdır. Onlardan birisini --ki, imam Hüseyn әleyhissәlamın hәmşireyi-möhtәrәmәsi Zeynәbi-әlәmpәrvәrin hali-pәrişanına şamildir, --burada yazmağı lazım gördük.
 
Növheyi-Zakir:
 
Bu nә mahdır ki, hәddәn keçib iztirabi-Zeynәb?
Fәlәk üzrә mahü mehri elәdi kәbab Zeynәb.
 
Yox ümidi-sübh hәrgiz üsәrayi-qeydi-şamә,
Nә yaman qirani-nәhsә düşüb afitabi-Zeynәb?
 
Dedim әndәlibi-zarә ki, nә ahü-zardır bu?
Dedi: bu fәğanә bais әlәmi-cәnabi-Zeynәb.
 
Dәxi lalәdәn soruşdum: niyә dağidar olubsan?
Dedi: yandırıbdı bağrım o evi xәrab Zeynәb.
 
Gülü, sünbülü çәmәndә bu gün әşkbar gördüm,
Oları edib pәrişan yәqin inqilabi-Zeynәb.
 
Bu bәlalı çöldә qönçә necә bürqәvar olsun --
Kim, әsir Şami-şumә gedә biniqab Zeynәb.
 
Өzün etsә qәrqeyi-xun, nә әcәb, o, qәtlgahda
Bәdәni-Hüseyni göz-göz görә çün cәnab Zeynәb.
 
Deyil özgә ğazә hacәt bunun әllәrin haman dәm
Dәmi-Qasim ilә eylәr necә gör xizab Zeynәb.
 
Götür zivәri aradan ki, fәğani-şanә qoymaz
Sәri-zülfi-novәrusә verә piçü-tab Zeynәb.
 
Yetişibdi bir mәqamә işi sәrburәhnә Şamә
Gedәr, üz tutub mәkәsdәn elәyәn hicab Zeynәb.
 
Nә rәvadı küçә-küçә gәzә rugüşadә, ey çәrx,
O öz әksi-qamәtindәn edәn ictinab Zeynәb?!
 
Nә hәyadı sәndә, ey göy, nә vәfadı sәndә, ey yer,
Neçә gündü Kәrbәlada nә xuru nә xab Zeynәb.
 
Qamu şiәnin günahın sәn özün bağışla, ya rәb,
Bedili-qәmini-Gülsüm, beruxi-pürabi-Zeynәb.
 
Dәxi Zakiri hesab et sәgi-kuyi-Kәrbәladәn
Behәqi-fәğani-Zәhra, behәqi-әzabi-Zeynәb.
 
Bu vaxta kimi nә qәdәr ki, dәşti-Ninәvada vüqua gәlәn faciә barәsindә vә xüsusәn әhli-beyti-seyyidüş-şühәda haqqında növhәlәr deyilibsә, heç bir şairә bu zәriflikdә, bu dәrәcәdә nazik istiarә vә şirin ibarәlәr ilә növhә demәk müyәssәr olmayıbdır. Әndәlibi-zarın ahü nalәsini, lalәnin dağdar olmasını, gülün vә sünbülün çәmәndә pәrişan vә әşkbar olmasını, qönçәnin boynubükülü vә ağzıyumulu qalmasını şair bir-bir sual edib, illәt vә baisini xәbәr aldıqda hәr birisi zәbani-hal ilә cavab verirlәr ki, onları bu fәğana gәtirәn, belә dağdar qılan, pәrişan hala salan Şami-şuma әsirvar, biniqab gedәn cәnab Zeynәbin qәmü әlәmi olmuşdur.
 
Sonradan şair çәrxi-cәfapişәyә xitab edib deyir: Nә rәvadır sәndә, ey çәrx, öz qamәtinin әksindәn hicab edәn Zeynәb ruküşadә küçәlәrdә gәzsin? Zәmin vә asimәna üz tutub deyir:
 
Nә hәyadı sәndә, ey key, nә vәfadı sәndә, ey yer,
Neçә gündü Kәrbәlada nә xurü nә xab Zeynәb.
 
Mәrhum Qasım bәy Zakirin әsәrlәrindәn vә sәrgüzәştindәn bu qәdәr yazdığımıza burada iktifa edirik. Bununla belә çox arzu edirik o mәrhumun dostu Axundov Mirzә Fәtәliyә yazdığı divani-әşarı çap oluna idi, haman sәbkü qayda üzrә ki, şair onu tәrtib qılıbdır. Mәzkur divanda çox türfә qәzәllәr vә gözәl әsәrlәr vardır ki, cümlәsini burada dәrc etmәyә imkan yoxdur. Zakirin divani-әşarı әdәbiyyat xәzinәmizin ziqiymәt bir daşı mәnzәlәsindә ola bilәr.