Azərbaycan istiqlal

Vikimənbə saytından
Jump to navigation Jump to search
Azərbaycan istiqlal
Müəllif: Əmin Abid Gültəkin
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərde sönsə belə.


Ansızın bəldəmizi sardı bir gecə,
Xırpaladı həyati bir qara pəncə,
Üfüqləri titrətdi şiddətli yellər
Bir qiyamət fəryadı yüksəldi yer-yer.
Dağ, daş, dəniz çaıparaq biri-birinə
Könüllər gömüldü yerin dərinlərinə.
Yalçın dağlar başından şimşəklər daşdı.
Ortalıqda bir dəli tufan qaynaşdı.
Yıxdı, yaxdı qarşısına çıxan şeyləri
Məmləkət oldu artıq bir yanğın yeri.
Əski vətəndən bizə bir viran qaldı,
Yurdumuz pək qorxulu matəmə daldı.
Hər qayanm altında bir ruh inlərdi,
Yükselən fəryadlara yellər səs verdi.
Bir ölüm əl uzatdı şanlı millətə,
Dünki böyük səadət döndü nikbətə.
Devrildi həp taxtından şərəfli heyat,
Məhbəs kəsildi bizə böyük kainat.
Artıq qeyb eyləmişdi kəndini hər kəs,
Ağızlarda donmuşdu hıçqınqlı səs.
Mənliyi alınmışdı Türkün əlindən,
Aynlmışdı vəhşətlə öz gözəlindən.
Bütün millət uçuşub daşlar başına,
İltica eyləmişdi son göz yaşına.
Vətən xərabəsində bürünüb ahə,
Yalvanyordu candan böyük Allaha.
Yalvanyordu haqqa öz haqqı üçün
Yamyordu ələmlə həp için-için...
İllər keçdi... Türk eli inlədi yenə...
Azərilər dərdini gömdü qəlbinə,
Bəklədi tannsmın böyüklüyünü
Bəklədi qurtaracaq müqəddəs günü.
Çünki haqqm nuru idi alnmda yanan,
Yurdunun halesinə etmişdi iman.
Biliyordu sönməz yaxdığı ocaq
Səltənəti ta həşrə qədər duracaq.
Nəhayət bir gün gəldi, durdu goz yaşı,
Yüksəldi çoxdan bəri əyilən başı.
Millətin ta ruhundan bir günəş doğdu
Məmləkəti qaplayan zülməti boğdu...