Məzmuna keç

Azalarmola

Vikimənbə saytından
Azalarmola
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ay ağalar, bəylər, duran qazılar,
Bu dərdlər sinəmdən azalarmola?
Bu gizlin sirrimi aşkar eyləsəm,
Dillərə düşübən söz olarmı ola?

Yar odu ki, öz yarını qandıra,
Uçan könül şikarına mindirə,
Bir çıraq ki, haqqm özü yandıra,
Seyrağıb dəyməkdə qaralarmola?

Əriyibən torpaqlara qatılsam,
Həna olub əllərinə yaxılsam,
Qul oluban bazarında satılsam,
Məni qulluğuna yar alaramola?

Dilqəmi öldürər bu dərd nə isə,
Loğman təbib gər yarımı görüsə,
Zimistan könlümə yar əli dəysə,
Üröyşən tapıban yaz olarmola?