Azarım
Görünüş
Azarım Müəllif: Aşıq İdris |
Mənim əziz dostum istəkli qardaş,
İndi yaman artıb dərdim, azarım.
Ağlaram gözlərim tökər qanlı yaş,
Şanı boşdu, bal gətirmir az arım!
Baharım gül açdı nə qara düşdü,
Ağ oğlan qəlbimə nə qara düşdü.
Ləl üçün püşkümə nə qara düşdü,
Niyə olsun az qeyrətim, az arım!
Yandırıb sinəmi necə dağlaram,
Dərdi qəm böyüdüb necə dağlaram.
İdris ah çəkib necə də ağlaram,
Yetişməzmi guşinizə azarım.