Məzmuna keç

Böyük şair mənəm, məna süfrəsi də mənimkidir

Vikimənbə saytından
Böyük şair mənəm, məna süfrəsi də mənimkidir
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Ənvər Əlibəyli


Böyük şair mənəm, məna süfrəsi də mənimkidir;
Ünsüri də, Rudəki də artığımla dolanarlar.

Adım alim nəfsi kimi təzəlikdən dipdiridir,
Kəramətli adamlar tək mənim də az tamahım var.

Sözüm gündüz qədər ağdır, vəziyyətim gecə kimi,
Şerim qılınc çəkən hindu, ahını göyə min ox atar.

Qart qarının qarşısında kimsə mərdlik edə bilməz,
El uşaq tək acizdir, mən olmaram uşaq tək zar*.

Mən körpəcə bir bülbüləm, bircə buğda bəsdir mənə,
Mən barama qurduyam və deyilənı bir mərdümazar.

Bayquş başdan böyüksə də, o, quşların ən pisidir,
Kiçik başlı əl quşusa hər bir quşdan baş sayılar.

Nə vaxtadək sən gül kimi "qızılım var" deyəcəksən,
Səhər yeli kimi əssəm, ləçəklərin bərbad olar.

Sən xoşsöhbət, doğrugörən deyilsən, mən əfv edirəm,
Çünki çaşgöz əyri görər, qanqal daim zəhər dadar..