Məzmuna keç

Böyük Sabirə

Vikimənbə saytından
Böyük Sabirə
Müəllif: Ümmügülsüm
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yadımdadır, bir gün, bir axşamçağı,
Yayıldı aləmə həzin bir xəbər:
- Gülerkən gülşəndə gülün yarpağı,
Sabir, böyük şair öldü, - dedilər.
O zaman ağnlı bir ürəklə mən,
Ağlamışdım sənə, ey dahi şair!
Düşündüm, yatmadım ta səhərəcən,
Söz qoşmaq istədim hüznünə dair.
Cocuq da olsaydım, tamrdım səni,
“Molla Nəsrəddin”in hər səhfəsindən.
Az güldürməmişdi sözlərin məni,
Müdriklik duyardım xoş nəfəsindən.
Tanırdım mən səni, ey cəsur insan,
Dözürdün həyatın çətinliyinə.
Səni qorxutmurdu nə ölüm, ne qan,
Hamı heyran idi mətinliyinə.
Hər sözün aynadı qaraya, ağa,
Qorxmazdın bəylərdən, şahlardan belə.
Əyməzdin başını, dönmüşdün dağa,
Daim vunışardın cəhalət ilə.
Bəzən də ən həssas şair diliylə
Oxşardın qəzəllə qönçəni, gülü.
Nece qıydı sənə ölüm əliylə,
Ağlatdı hicranm vətəni, eli.