Bülbülün geydiyi sarı

Vikimənbə saytından
Bülbülün geydiyi sarı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bülbülün geydiyi sarı,
Ağlayaram zarı-zarı.
İtirmişəm gözəl yarı,
Oxu, oxu, nazlı bülbül!

Axtarıram nazlı yarı,
Oxu, oxu, nazlı bülbül!

Bülbülün geydiyi atlaz,
Atlaza iynə batmaz.
O qız ölər, məni atmaz,
Oxu, oxu, nazlı bülbül!

Bülbülün geydiyi yaşıl,
Gün dəyəndə parıldaşır,
Qız görsəm, dilim dolaşır,
Oxu, oxu, nazlı bülbül!