Bülbül (Molla Cuma)
Görünüş
Bülbül Müəllif: Molla Cuma |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Bahar oldu düşdü ahu-fəryada,
Həsrətsən lalətək yüzə sən, bülbül.
Ya gərək canını salasan oda,
Ya gərək əlini yüzəsən, bülbül.
Xızr kimi boylayıbsan dərinə,
Xar yalayır qızılgülün dərinə,
İsmi Pünhan açsa şəfqət dərinə,
Verrəm haqq yoluna yüz əsən, bülbül.
Molla Cuma ümid bağlar hər ayə,
Bir dərindən çıxıb getsin harayə,
Haray etsəm gəlib yetiş haraya,
Yetirdin dərdimi yüzə sən, bülbül.