Bülbül gülə mehman idi əğyar aldı apardı

Vikimənbə saytından
Bülbül gülə mehman idi əğyar aldı apardı (1994)
Müəllif: RAUF CAVAD

Bir baxışı ilə əqlimi, yar aldı apardı,
Dərdə salıb Həsrəti, Əliyar aldı apardı.

Qəlbim döyünür ağrı¬-acıdan hey cup-cup edir,
Bağrımı al-qan eləyib Nigar, aldı apardı.

Surəti bənzər tazə qızıl gülə, ağ qönçəyə,
Şahmar ilan, ruhi bədəndən var aldı apardı.

Hüsnünə təmaşa eylərdi gülü sevən hər kəs,
Bülbül gülə mehman idi əğyar aldı apardı!

Geymiş Hünər Aslan libasın, al-əlvan-qırmızı,
Boyanmış can al-qanə, üsyankar aldı apardı.

Tor tutmuşdu pas qəlbləri, günahkar kor gözləri,
Görmədilər Nuru, xar şeytanlar aldı apardı.

Tarixin əlləri qanlı ağ güllər qanı ilə
Dünya Aşiqlərə dar, xilaskar aldı apardı.

Qızıl gülü kim dərk edər anlar, eşq kimdir? Məna,
Rauf eşqə fədakar, səbəbkar aldı apardı!