Bülbül mənim əfqanıma qatlanmadı uçdu

Vikimənbə saytından
Bülbül mənim əfqanıma qatlanmadı uçdu
Müəllif: Qövsi Təbrizi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Bülbül mənim əfqanıma qatlanmadı uçdu,
Yanm gecə qönçə yuxudan durdu və köçdü.
Mən tak tikib mey yerinə xuni-dil içdim,
Sözdür bu ki: “Hər kimsə nə əkdi, onu biçdi”.
Hicran gecəsi gəldi yenə başıma, ey vay,
Hərçənd yaman keçdi günüm, şükr ki, keçdi.
Qurtulmadı, yarəb, ciyərim qam, nə sirdir
Hərçənd ki, göz tökdü ayağə könül içdi.
Vəsfi-ruxi-gülrəngin onun başladı Qövsi,
Gülzaridə bülbül yenə gül dəftərin açdı.