Məzmuna keç

Bəşərin Xocalı faciəsi

Vikimənbə saytından
Bəşərin Xocalı faciəsi! (1993)
Müəllif: RAUF CAVAD

Bəşərin Xocalı faciəsi!
Tarixin qanlı bir səhifəsi!
Başlandı zülmün müharibəsi!
Neçə min canın öldürülməsi!
Körpələrin, qocaların səsi,
Dəhşətlidir o günün naləsi!
Alınıb o gündə minlərlə can!

İlahi, bu dərd-qəm yıxdı məni,
Ürəyim sızladı, sıxdı məni.
Sözlər dilə gəlib yaxdı məni,
Sanki göydən yerə çaxdı məni.
O gündə töküldü nahaqdan qan!
Bəşərin Xocalı faciəsi!
Tarixin qanlı bir səhifəsi!

Bilməm, niyə o gün susdu dünya,
Yaratdı şərait zalımlara!
Şikayətim var, uca Allaha!
Çünki zülm olunub insanlığa!
Utanmazmı məgər bütün cahan?!
Bəşərin Xocalı faciəsi!
Tarixin qanlı bir səhifəsi!

Ya Rəbb, daşlaşmış artıq ürəklər!
Zülmü, zalım bilmiş mərdlik-hünər!
Rauf, ağlayır dildəki sözlər!
Dolmuş gecə-gündüz qəlbə kədər!
Gərək ki, oyansın yatmış vicdan!
Bəşərin Xocalı faciəsi!
Tarixin qanlı bir səhifəsi!
      ...Müəllif:Rauf Cavad