Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi

Vikimənbə saytından
Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 71

Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi,
Ömrün nədi mənası ömür yoldaşı getdi.

Aşiqlə yarın yolları ayrıldığı gündən,
Zənn eylə qopub bəxt üzüyündən qaşı, getdi.

Yar saldı gözündən məni, bir surətə düşdüm,
Kim saldı nəzər axdı gözündən yaşı, getdi.

Bir dosta dedim, gəl sinəmin yarələrin say,
Üçdən birin hesablamamış yaddaşı getdi.

Zalım elə baxdı, ürəyim titrədi tir-tir,
Min yarə vurub bağrıma xəncər qaşı getdi.

Sevda çölünü gəzməyə çıxdı neçə aşiq,
Məcnun idi ən başda gedənmiz, başı getdi.

Kim bilməsə sağlıqda nədir zövqü-məhəbbət,
Öldükdə deyərlər naşı gəldi, naşı getdi.

Cəhd eylə, Vüqar, ömrünü mənalı keçir ki,
İz qoydu desinlər, deməsinlər yaşı getdi.