Bədnəzər sahibi
Görünüş
Rəvayətlər. Bədnəzər sahibi Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir yaman nəzərçi varımış. Nəyi nəzərriyirmişsə, o sahat ona
bir şey olmalıymış.
Bının bir qonşusu da varımış ki, bınnan yola getmirmiş. Qonşunun
da yaxşı bir öküzü varımış. Qonşu bilir ki, nəzərçi bının öküzün
nəzəriyyəcəh. Gətirip öküzün boyunduruğun dağdağan ağacınnan
düzəldir.
Bir gün qonşu yer şumladığı vax nəzərçi gəlir, bı öküzü nəzərriyir, əmə öküzə heş dad olmur. Nəqqədər orda durup öküzə baxırsa, bir şey çıxmır. Axırda qonşusu deyir ki, lənət gözüvə, çıx get, onsuz da bir şey eliyəmmiyəssən, boyundurux dağdağanandı. Nəzərçi kor-peşiman çıxıp gedir.