Bəlasıdır
Görünüş
| Bəlasıdır Müəllif: Çıldırlı Aşıq İrfani |
| Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016 |
Nədir bu həngamə vakt-ı səhərdə,
Dərdimənd bülbülün vaveylasıdır.
Məhəbbət yelləri əsdikcə sərdə,
Çək cəvrini, yarın baş bəlasıdır.
Mən halımı yara etsəm ifadə,
Mərhəmətsiz zalım gəlməz imdadə,
Sirr-i yar ilə mülk-i fənada,
Necə tərk eyləsin o sılasıdır.
Çox gördük, keçirdik fələk devrini,
Xeyli çəkdim bu dilbərin cəvrini,
Kimsə bilməz dərunumun, dərdini,
İrfani bir Türkmən mübtəlasıdır.