Bəlayə səbr edərəm, gər vüsali‐yar olsa
Görünüş
Bəlayə səbr edərəm, gər vüsali‐yar olsa Müəllif: Hüseyn Nadim Naxçıvani |
Mənbə: Hüseyn Nadim Naxçıvani. Divan. Bakı,2011 |
Bəlayə səbr edərəm, gər vüsali‐yar olsa,
Əlimdə dəsti əgər bircə gün şikar olsa.
Rəqib tə`nəsinə eylərəm zəmanədə tab,
Yanımda şərt ilə ki, yar bərqərar olsa.
Səbəb budur ki, qəmim aşikar olubdı mənim,
Çün əndəlib çəkər ah, gül dibində xar olsa.
O əndəlib kimi qəmlərim ziyadə olub,
Qəmim fənayə gedər əsl növbəhar olsa.
Məzəmmət eyləmə zahid məni, qəmim çoxdur,
Həmişə ağlayar hər kəs ki, intizar olsa.
Gözətləyər rəhi‐cananı Nadim əldə qələm,
Gərək nigarə yetə, qanı laləzar olsa.