Bənövşələr (Ağ Aşıq)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bənövşələr (Ağ Aşıq)
Müəllif: Ağ Aşıq
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Sən baharın qonağısan
Boynu buruq bənövşələr.
Eşq əhlilər qınağısan
Boynu buruq bənövşələr.

Məcnun Leyla xəyalında,
Kərəm Əsli sorağında,
Qurbaninin qəm bağında
Boynu buruq bənövşələr.

Ağ Aşığın bəxti kəmdi,
Fələkdən bu bir sitəmdi,
Dərdim bil səndən betərdi
Boynu buruq bənövşələr.