Bənüm bunda qərarum yoq, bən bunda getməgə gəldüm
Görünüş
Bənüm bunda qərarum yoq, bən bunda getməgə gəldüm Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Bənüm bunda qərarum yoq, bən bunda getməgə gəldüm,
Bəzirganam, məta’um çoq, alana satmağa gəldüm.
Bən gəlmədüm də’vi içün, bənüm işüm sevi i çün.
Dostun evi könüllərdür, könüllər yapmağa gəldüm.
Dost əsrigi dəliligüm, aşiqlər bilür nəligüm,
Dəgşüribən ikiligüm birligə yetmegə gəldüm.
0 xocamdur, bən qulıyam, dost bağçası bülbüliyəm,
01 xocamun bağçasına şad olub ötmege gəldüm.
Bunda bitiş olan canlar anda bilişürlər imüş,
Bilişübən xocam ile halum ərz etməgə gəldüm.