Məzmuna keç

Bən bir əcəb elə gəldüm, kimsə halum bilməz bənüm

Vikimənbə saytından
Bən bir əcəb elə gəldüm, kimsə halum bilməz bənüm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Bən bir əcəb elə gəldüm, kimsə halum bilməz bənüm,
Bən səylərəm, bən dinlərəm, kimsə dilüm bilməz bənüm.

Bənüm dilüm quş dilidür, bənüm elüm dost elidür,
Bən bülbüləm, dost gülümdür, bilün, gülüm solmaz bənüm.

Ol dost bana gəlsün demiş, sundum qədəh, alsun demiş,
Aldum qədəh, içdüm şərab, ayruq könlüm ölməz bənüm.
 
Nə Turum var, nə turağum, hiç yerdə yoqdur qərarum,
Həqqe münacat etməgə bəllü yerüm olmaz bənüm.

Sor turdığum yeri bana, gelürsən gösterəm sana,
Bir zərrəcə Həqdən ayru gözüm nəsne görməz bənüm.

Tur tağında bir təcəlli gör Musayə nələr qıldı,
Yunus aydur, Həqq qatında sözüm gerü qalmaz bənüm.