Məzmuna keç

Bən ol yari sevdügümi necə bir gizləyü biləm

Vikimənbə saytından
Bən ol yari sevdügümi necə bir gizləyü biləm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Bən ol yari sevdügümi necə bir gizləyü biləm?!
Könlümə sığmaz, nedəyİn, məgər razum ele deyəm?!

Dilüm dutub yürüdügüm yadlığuma dəlil imiş,
Yaqam yadluq pərdəsini, hicabumı bən gedərəm.

Anun ilə əhvalumı aləmlərə bildürəyim,
Çağıruban muştulayam aləmi üstümə derəm.

Aşiqlərim könli, gözi məşuq dəpə getmiş olur,
Könlüm ile qövl etmişəm, başəd ki me’şuqə irəm.

Canum qurban qılur idim cam qəbul qılur ise,
Qaçan isə ölisərəm neçün böylə diri duram?!

Şükranə canum üstınə bən dost İçün ölür isəm,
Ölmək lazımdur qamuya, bən ölümdən qanca varam?

Elmü əməl sözi dəgül Yunus dili söyledügi,
Dil nə bilür dost xəbərin bən dostilə necə birəm?!.