Bənd etmiş

Vikimənbə saytından
Bənd etmiş
Müəllif: Qaracaoğlan
Tərcümə edən: Nazim Zeynalov

Dinləyin bir gozəli tərif eyləyim,
Bir xalı var, şirin canı bənd etmiş.
Bir xalı var, qaşla göz arasında,
Bir xalı da ağ bədəni bənd etmış.

Bir xalı başının tacıdı, tacı,
Bir xalı Kəbədə hacıdı, hacı,
Bir xalı Urumdan alır xəracı,
Bir xalı da aşiqini bənd etmış.

Bir xalın bahası gürcü, Gürcüstan,
Bir xalın bahası Hindi- Hindistan,
Bir xalın bahası şol Ərəbistan,
Bir xalı da Tatar xanı bənd etmiş.

Bir xalı bənd etmış Şamı, Hələbı,
Bir xalı bənd etmış Misri, Antepi
Karac Oglan deyər, nazlı çələbi,
Bir xalı da Əl-Osmanı bənd etmış.