Məzmuna keç

Bəni hər dəmdə nedim öldürür eşq

Vikimənbə saytından
Bəni hər dəmdə nedim öldürür eşq
Müəllif: Şeyx İbrahim Gülşəni


  
Bəni hər dəmdə nedim öldürür eşq,

Qara yerə dirilmə girdürür eşq.

Qılup rüsvavü məlamət rindü bədnam

Cəhan xəlqini bana güldürür eşq.

Nedim Məcnun kibi xəlqi cəhanun

Yerub sevmədügini sevdürür eşq.

Girüb bazari-hüsnə sevduginə

Bəha can ver, deyübən öldürür eşq.

Olub məst, xiyalun unuduram,

Özüm xafi önümə düşürür eşq.

Nə sevdadır başumda püxtəvü xam

Ki, mehr ilə dəmadəm pişirür eşq.

Qiyamətdür məgər bu səpvqamət

Ki, həşrin xəlqün ana düşürür eşq.

Cəhan qovğasın aşiq başına

Aru kimi yığuban düşürür eşq.

Demin rüsvavü rində, saxla canun

Qaçan gizləyüb ani yaşurur eşq.

Gözüm dəryasının rövşən suyunu

Bulandırub rəvandan aşurur eşq.

Bana der Gülşəni kim Rövşəninün

Xiyalundan bilumi şaşurur eşq.