Məzmuna keç

Bənzər (Aşıq Ömər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bənzər (Aşıq Ömər)
Müəllif: Aşıq Ömər
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bu qarşıdan gələn dilbər
Boyu sərvi dala bənzər.
Yanında bir qızla belə
Qönçə açmış gülə bənzər.

Gəlinin gözləri məndə,
Qız cəfalar etməz dosta.
Gəlin şərbət kimi tasda,
Qız tabaqda bala bənzər.

Gəlin qıza bulur suçu.
Qızın gəlinə yetər gücü.
Gəlinin əbrişim saçı,
Qızın sırma telə bənzər.

Daşlar olsun yapınızda.
Mişgi-ənbər qoxunuzda.
Aşıq Ömər qapınızda,
Bir azadsız qula bənzər.