Bənzər (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bənzər Müəllif: Aşıq Abbas Tufarqanlı |
Pərim, sənin məmələrin,
Mən bilmirəm nəyə bənzər?!
Biri yasin surasına,
Biri əlif-beyə bənzər.
Biri mimdi, biri cimdi,
Bunnarı xəlq edən kimdi?
Biri səhər doğan gündü,
Biri axşam aya bənzər.
Biri Bağdadın xurması
Biri Alxatın alması,
Biri şəkərin xırdası,
Biri şamamaya bənzər.
Abbas deyər ağlım çaşır,
Qolların boynum danaşır.
Duruf taxt üstə boylaşır,
Bir cüt şahzadəyə bənzər.